Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3776/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəvələri, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 193 (yüz doxsan üç) manat və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 ilə 2016-cı ildə evlənib ailə qurmuş və birgə nikahdan xx.xx.2017-ci il tarixdə X6 və xx.xx.2020-ci il tarixdə X3 anadan olmuşdur. Uşaqların X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Uşaqların atası vəfat etdikdən sonra iddiaçı uşaqların maddi tələbatlarının ödənilməsində çətinlik çəkir, heç bir yerdə işləmir, gəlir və qazanca malik deyil. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment ödəməsini, uşaqların saxlanmasına maddi yardım göstərməsini tələb etsə də, cavabdeh aliment ödəməkdən yayınmışlar. Göründüyü kimi uşaqların valideyni vəfat etdiyindən maddi yardım almaq mümkün deyildir və bu səbəbdən də uşaqların saxlanılması üçün aliment uşaqların babasından tutulmalıdır. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişlər və iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat ödəniş etmişdir. 12 avqust 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, alimentin tutulması tələbi ilə razı deyil. Halhazırda müntəzəm gəliri yoxdur. Bu halları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 170613 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 ilə X5 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6007 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir; AZ-İV 458863 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2921 nömrə ilə qeyd edilmişdir. AZ-İV 035186 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 5930 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 074885 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdehin oğlu Cavabdeh birgə nikahından xx.xx.2017-ci il tarixdə X6 və xx.xx.2020-ci il tarixdə X3 doğulmuşdur. Cavabdehin oğlu X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı uşaqların babasından - Cavabdeh nəvələri xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 193 (yüz doxsan üç) manat və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat alimentin tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 89-cu maddəsi təşkil edir. Həmin maddəyə əsasən isə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr baba və nənədən aliment almaq hüququna o vaxt malik olurlar ki, öz valideynlərindən maddi yardım ala bilməsinlər, habelə baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olsunlar. Hazırki işdən isə mübahisəsiz olaraq müəyyən olunur ki, iş üzrə Cavabdeh oğlu X4 vəfat etmişdir, İddiaçı övladlarını valideynlərinin yanında təkbaşına böyütməkdədir. İş üzrə Cavabdeh isə hər hansı sosial müavinət almır və ya gəlir mənbəyinə malik deyil. İddiaçı tərəf cavabdehin gəlirinin olmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı özü də uşağın valideyni olmaqla, onu saxlamaq vəzifəsini daşıyır. Belə olan halda, iddia tələbi Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilən ikinci şərtlə uzlaşmır. İkinci şərti isə baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olmasından ibarətdir. Buna görə də, iddia tələbinin dəlilləri əsassızdır, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” barədə tələbin əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3776/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3776/2022
06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver