Məhkəmə qərarları › İş №2(005)-3788/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3788/2021

26.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3788/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlunun iştirakı ilə, İddiaçı Xanhüseyn qızının Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının və ya həmin əşyaların satıldığı və məhv edildiyi təqdirdə onların dəyərinin cavabdehdən alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xanhüseyn qızı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının və ya həmin əşyaların satıldığı və məhv edildiyi təqdirdə onların dəyərinin cavabdehdən alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə uyğun olaraq iddiaçıya məxsus olan cehiz və qızıl-zinət əşyalarının və ya həmin əşyaların cavabdeh tərəfindən satıldığı və məhv edildiyi təqdirdə onların dəyərinin Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 08 avqust 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Hal-hazırda cavabdehlə ailə münasibətlərinə son qoymuşlar və nikah Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1252/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə ailə qurarkən onunla birlikdə yaşadıqları gəlin köçdüyü Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30, ünvanda yerləşən "Kristal Abşeron-1” şəhərciyi, 8-ci binanın 6-cı mərtəbəsində yerləşən 193 saylı 2 otaqlı mənzilə öz cehiz əşyalarını gətirmişdir. Aralarında baş verən ailə münaqişəsindən sonra cavabdehlə birgə yaşadıqları mənzili tərk etmiş və valideyni ilə yaşayır. Sonradan iddiaçıya məxsus cehiz əşyalarını tələb etdikdə cavabdeh və onun valideynləri bir qismini qaytarsalar da, çox hissəsini və o cümlədən bəzi qızıl zinət əşyalarını qaytarmaqdan imtina etmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh və onun valideynləri cehiz əşyalarının yerləşdiyi mənzili iddiaçıya qaytarılmayan əşyaları ilə birlikdə satmışlar. Ona görə də əşyalarının qalan hissəsini də almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlu iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı cehiz əşyalarının mövcudluğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir və şahid ifadələrindən digər əşyaların iddiaçı tərəfindən aparılması təsdiq olunur.Eyni zamanda şahid ifadələri ilə iddiaçının tələb etdiyi əşyalar hələ nikah pozulmamışdan əvvəl aparıldığından iddia ərizəsi rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid X7 öz ifadəsində bildirdi ki, cehiz əşyalarının bir qisminin Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30, ünvanda yerləşən "Kristal Abşeron-1” şəhərciyində yerləşən mənzildən iddiaçı tərəfindən gətirilməsində iştirak etmişdi. Gətirilən əşyalar yataq dəsti, divan, stul və xırda qab-qacaq olmuşdur. Zinət əşyalarından yalnız iki üzük gətirilmişdir. Digər cehiz və zinət əşyaları cavabdeh tərəfindən verilmədi. Məhkəmə iclasında şahid X5 öz ifadəsində bildirdi ki, cehiz əşyalarının bir qisminin Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30, ünvanda yerləşən "Kristal Abşeron-1” şəhərciyində yerləşən mənzildən iddiaçı tərəfindən gətirilməsində iştirak etmişdi. Həmin mənzil nikah pozulduqdan sonra cavabdeh tərəfindən satılmışdır. Qızıl-zinətəşyaları cavabdeh tərəfindən geri qaytarılmamışdır. Məhkəmə iclasında X1 öz ifadəsində bildirdi ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30, ünvanda yerləşən "Kristal Abşeron-1” şəhərciyində yerləşən mənzil onun oğlu Cavabdeh məxsus olmuşdur. Nikah pozulduqdan sonra əşyaların geri götürülməsi üçün iddiaçı tərəfə müraciət etmiş, lakin iddiaçı tərəf əşyaları götürməmişdir. Bundan sonra o, oğlu ilə birlikdə Xırdalana köçmüşdür. X1 qeyd edir ki, cehiz əşyaların iddiaçı tərəfindən götürülməsində o, onun arvadı, oğlu cavabdeh və iki fəhlə iştirak etmişdir. Cavabdehdə üzük olmamışdır. İddiaçı üzüyü özündə saxlayırdı. Məhkəmə iclasında şahid X10 öz ifadəsində bildirdi ki, tərəflərin ataları arasında mətbəx mebeli ilə bağlı pul haqq-hesabı olmuşdur, mətbəx mebeli olan kombinin çıxarılması mümkün olmadığından mənzildə qalmışdır. X8 iddiaçının atasına pul verən zaman görmüşdür, lakin məbləği bilmir. İş materiallarına olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(001)-1252/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə X3 arasında 08.08.2019-cu il tarixdə 2109 nömrəli akt qeydi ilə 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 28.08.2020-ci il təvəllüdlü X6 anası İddiaçı Xanhüseyn qızının yanında saxlanılması və 19.11,2020-ci il tarixdən başlayaraq, 28.08.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı Xanhüseyn qızının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı iddiaçı şəxsə verilmiş və iddia ərizəsində öz əksini tapmış qizıl zinət əşyalarının və cehiz əmlakların cavabdehdə qalması öz təsdiqini tapmış və cavabdeh tərəf iddianın bu xüsusat üzrə hissəsini qismən qəbul etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əşyalar natura şəklində, bu mümkün olmadığı təqdirdə isə çatışmayan əşyaların dəyəri pul şəklində Cavabdeh alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı şəxs tərəfindən tələb edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30, Kristal Abşeron-1 şəhərciyi, bina 8, mərtəbə 6, 193 sayı mənzildə olan Sintepon yorğan (İŞBİR firmasının istehsalı) 2 ədəd-100 manat dəyərində; yastıq (İŞBİR firmasının istehsalı) 4 ədəd-40 manat dəyərində; yataq dəsti (ALTİNBAŞAQ firmasının istehsalı) 2 ədəd yorğan və üzlük- 160 manat dəyərində; yastıq üzlüyü 6 ədəd - 60 manat dəyərində; hamam dəsmalı 6 ədəd - 90 manat dəyərində; əl-üz dəsmalı 6 ədəd - 60 manat dəyərində; çay dəsmalı 10 ədəd -50 manat dəyərində; mikrofıber təmizlik dəsmalı 8 ədəd - 40 manat dəyərində; skatert 1 ədəd - 20 manat dəyərində; mop dəsmalı 2 cüt -10 manat dəyərində; qırmızı rəngdə səyahət çantası 1 ədəd - 40 manat dəyərində; ağ rəngdə çətir 1 ədəd - 30 manat dəyərində; udlinitel 2 ədəd -10 manat dəyərində; internet üçün modern aparatı 1 ədəd - 50 manat dəyərində; çanta 5 ədəd - 250 manat dəyərində; güzgü və şamdan- 60 manat dəyərində; cins şalvar 4 ədəd-100 manat dəyərində; kofta 6 ədəd - 120 manat dəyərində; hamam dəsti 2 ədəd -120 manat dəyərində; idman dəsti 3 ədəd - 150 manat dəyərində; Nişan donu 1 ədəd- 90 manat dəyərində; Xına donu 1 ədəd - 55 manat dəyərində; keta (istifadə olunmamış) 2 cüt -120 manat dəyərində; yay ayaqqabısı (istifadə olunmamış) 3 cüt - 120 manat dəyərində; ağ rəngdə gəlinlik ayaqqabı -1 cüt - 40 manat dəyərində; çəkmə 1 cüt - 90 manat dəyərində; ev ayaqqabısı (domaşnik) 4 cüt- 60 manat dəyərində; saç ütüsü 1 ədəd- 50 manat dəyərində; parfümeriya və kosmetika dəsti - 350 manat dəyərində; qırmızı rəngdə pul qabı («VİKTORİA SEKRET» firması) içərisində 650 manat pul ilə birlikdə 1 ədəd - 40 manat dəyərində; qazan qapağı və altlığı ilə birlikdə («WEST» firması) 1 ədəd - 55 manat dəyərində; asılqan 18 ədəd - 25 manat dəyərində; mətbəx mebeli 1 ədəd - 800 manat dəyərində; iki gözlü mətbəx vannası 1 ədəd- 60 manat dəyərində; iki gözlü elektrik plitə 1 ədəd - 35 manat dəyərində olmaqla ümumi dəyəri 4110 manat olan əşyalar və qızıl üzük 1 ədəd -120 manat dəyərində; qızıl nişan üzüyü 1 ədəd - 1850 manat dəyərində; qol saatı 2 ədəd -60 manat dəyərində; qızılı rəngdə qolbağ («VİKTORİA SEKRET» firması) 1 ədəd - 60 manat dəyərində olmaqla ümumi dəyəri 2090 manat olan qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların pul əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar