Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3848/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, Cavabdeh ilə 08.08.2006-cı il tarixində qeydə alınmış birgə nikahdan doğulmuş 13.03.2008-ci il təvəllüdlü X3 və 26.08.2009-cu il təvəllüdlü X11 üçün onlar yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 97.5 manat (585/2=292.5; 292.5/3=97.5) olmaqla, cəmi 195 manat məbləğində alimentin İddiaçı tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08.08.2006-cı ildə ailə qurmuş, birgə nikahdan 13.03.2008-ci il təvəllüdlü X3 və 26.08.2009-cu il təvəllüdlü X11 dünyaya gəlmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2733/2014 saylı, 11.09.2014-cü il tarixli qətnaməsi ilə nikaha xitam verilib. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1034/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsi müəyyən edilmişdir. Məhkəmə işə baxarkən prosesdə iddiaçının iştirakını təmin etməyərək hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, pensiya şəklində pul almağına baxmayaraq prosesdə iştirakı təmin edilmədiyi üçün bununla bağlı sübutları təqdim etmək imkanından məhrum olmuşdur. Beləliklə də, məhkəmə ailə qanunvericiliyinin normalarını iş üzrə düzgün tətbiq etməyərək Ailə Məcəlləsinin 76-cı maddəsini deyil, 78-ci maddəsini tətbiq etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. O ikinci qrup əlil və əmək fəaliyyətini tam itirmişdir. Yalnız dövlətin verdiyi 585 manat məbləğində təqaüd ilə dolanışığını təmin edir. Həmçinin, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-7050/2019 saylı, 26.11.2019 tarixli qətnaməsi ilə o, 08.02.2018-ci ildə rəsmi qeydiyyata alınmış birgə nikahdan dünyaya gəlmiş 15.03.2019-cu il təvəllüdlü X8 üçün də hər ay 160 manat olmaqla aliment ödəyir. Bununla yanaşı, yaşlı atası və anası da onun himayəsindədir. Həmin pensiyanın isə 340+160=500 manatını aliment olaraq ödəyir. Göründüyü kimi aliment ödədikdən sonra öz həyati tələbatını ödəməyi üçün cüzi miqdarda vəsait qalır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X9 iddia ilə razılaşmamış, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X9 əlavə olaraq bildirmişdir ki, uşaqlar və qızı hazırda onun yanında qalır. Hər iki uşaq məktəbdə oxuyur. Günü-gündən tələbatları artır. Ona görə də, alimentin azaldılması ilə razı deyil. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia rədd olunmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12.08.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 220519 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X5 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24.10.2014-cü il tarixdə 304 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Qədirova soyadı verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24.02.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 920508 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 18.03.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır; Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24.02.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 920503 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 26.08.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır; Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1034/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilməsi, qarşılıqlı iddia təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-752/2020 saylı, 14.01.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməsi, 18.03.2008-ci il təvəllüdlü X2 və 26.08.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Elektron Məhkəmə sistemində olan məlumatdan aydın olur ki, İddiaçı əlliyə görə 651 manat pensiya almaqdadır. Beləliklə, işin materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından məhkəmə iclasında aydın oldu ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçıdan sonuncu olaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1034/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi ilə hər ay, hər uşaq üçün 175 manat aliment tutulur. İddiaçı isə bildirir ki, yenidən nikaha daxil olmuş, yeni nikahdan 15.03.2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ailə vəziyyətində dəyişiklik məhkəmə tərəfindən alimentin miqdarının müəyyən olunmasından sonrakı dövrə təsadüf etmədiyinə görə, qeyd edilən hal aliment miqdarının azaldılması üçün əsas ola bilməz. Məhkəmə həmçinin iddiaçının maddi vəziyyətində dəyişikliyin olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, iddiaçının gəlirlərinin azalmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən həmin hal sübut edilmədiyindən, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, iddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1034/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsi qəbul edilərkən də ididaçı pensiya aldığı halda, hazırda da pensiya alır. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsində onun konkret iş yerinin olmamasına, aylıq gəlirinin dəyişən, qeyri-müntəzəm olmasına, aylıq gəlirinin olmamasına istinad etmiş olsa da, iddia tələbinidə göstərilmiş hallar alimentin azaldılması üçün əsas yaratmır. Bundan əlavə, iddiaçının başqa nikahdan olan uşağı üçün də aliment ödəməsi cavabdehlə birgə nikahlarından olan uşaqlarının saxlanması üçün maddi yardım göstərmək vəziyyətindən azad etmir. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3848/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3848/2021
28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver