Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-385/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh3, onun vəkili Vəkil3, Cavabdeh4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 28 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi, 2 saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, X2 Zeynəbxanım Kazım qızı göstərilməklə “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 28 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi, 2 saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 7E-109 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 və X11 arasında bağlanmış və Bakı şəhəri 11 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-260 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Məlikli (Əmirəliyeva) Səmra Mibariz qızı və Cavabdeh1 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, 4/Ə-1879 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 67/2294 saylı bağ sahəsinin alqı-satqı müqavilələrinə əsasən verilmiş çıxarışların və Dövlət reyestrində qeydiyyatlarının ləğv elilməsi, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 67/2294 saylı bağ sahəsinin iddiaçının xüsusi mülkiyyəti kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Baki şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi olan 67/2294 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında keçmiş X9 və istismarı Birliyi ilə bağlanmış xx.xx.2004-cü il tarixli 32262 nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2009-cu il tarirxli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, 67/2294 saylı bağ sahəsi (0,6 ha) xx.xx.2009-cu il tarixində iddiaçının adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. 2023-cü ilin fevral ayında iddiaçı mülkiyyətində olan sözügedən torpaq sahəsini satmaq üçün lazımi sənədləri əldə edərkən məlum olmuşdur ki, Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən, guya, təsdiq edilmiş 40-109 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, 67/2294 saylı (0,6 ha) bağ sahəsi xx.xx.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır. İddiaçı bu günə qədər mülkiyyətində olan, yuxarıda göstərilən torpaq sahəsini heç kəsə satmamışdır. Aşağıda göstərilən halları nəzərə aldıqda, belə bir alqı-satqı müqaviləsinin ümumiyyətlə mövcudluğu böyük şübhə yaradır. Adı çəkilən alqısatqı müqaviləsinin 4-cü bəndində göstərilir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 30000 manata satmışdır. Həmin müqavilənin 5-ci bəndində göstərilir ki, alıcı 30000 manat məbləğində pulu iddiaçıya nəğd şəkildə ödəmişdir. 2017-ci ildə notariat qaydada təsdiq olunmuş, qiymət məbləği 5.000 manatdan artıq olan müqavilələr üçün ödəniş notariusun depozit hesabı vasitəsi ilə ödənilirdi. Həmin vaxt notariat qaydasında bağlanan hər hansı bir müqavilənin tərəflərinin notariat ofisindəki kameralardan çıxarılmış şəkilləri müqavilə üzərində əks etdirilməli idi. Lakin xx.xx.2017-ci il tarixli adı çəkilən müqavilənin üzərində nə iddiaçının, nə də alıcının şəkli yoxdur. Yuxarıda qeyd edildiyi kimi, guya, satılmış torpaq üçün ödəniş, qanuna zidd olaraq, notariusun bankdakı depozit hesabına daxil edilməmişdir. Müqavilədə göstərilir ki, iddiaçı notariat kontoruna şəxsən gəlmiş və iddiaçının fəaliyyət qabiliyyəti yoxlanılıb. Müqavilə təsdiq olunan zaman iddiaçı kəskin beyin qan dövranının pozulmasından (insult) müalicə olunmuşdur. Həmin vaxt iddiaçı ağır əməliyyat keçirtmiş, sağ ayağı amputasiya olunmuşdur. Bütün bunların nəticəsi kimi, iddiaçı bu günə qədər yataq xəstəsidir. Bu barədə həkim arayışlarını iddia ərizəsinə əlavə etmişdir. Ən nəhayət, Bakı şəhəri 28 saylı notariat ofisinin Notariusu özünün xx.xx.2023-cü il tarixli, 346 nömrəli məktubu ilə bildirir ki, Bakı şəhəri 28 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə, İddiaçı ilə Cavabdeh2 arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsi Notariat İdarəsi rəisinin xx.xx.2023-cü il tarixli, 3- 16-5/2-14-6483/23 nömrəli məktubu ilə bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Bakı şəhəri 28 saylı notariat ofisində xx.xx.2017-ci il tarixli, 7E-109 reyestr nömrəli alqı-satqı müqaviləsinin rəsmilaşdirilməsi aşkar olunmamışdır. Eyni zamanda, həmin məktubda bildirilmişdir ki, X5 28 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləməmişdir. Cavabdeh2 saxta sənədlər əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsini özəlləşdirib, həmin torpaq sahəsini DƏDRXdə öz mülkiyyəti kimi xx.xx.2017-ci il tarixdə qeydə aldırmışdır. Bundan sonra Cavabdeh2 çıxarışı alandan bir ay sonra, yəni xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsini, torpağın alınması üçün X1. Bu alqı-satqı müqaviləsi Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu X20 tərəfindən təsdiq olunmuşdur. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 40- 879 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 xx.xx.2021-ci il tarixində Cavabdeh1 adına Dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 2 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 40-643 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixində Cavabdeh3 adına Dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Beləliklə, cavabdehlər, özlərinin yuxarıda göstərilən hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan ünvan 1ni qanunsuz mənimsəmişdirlər. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 7E-109 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 və X11 arasında bağlanmış və Bakı şəhəri 11 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-260 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Məlikli (Əmirəliyeva) Səmra Mibariz qızı və Cavabdeh1 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 4/Ə-1879 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 67/2294 saylı bağ sahəsinin alqı-satqı müqavilələrinə əsasən verilmiş çıxarışların və Dövlət reyestrində qeydiyyatlarının ləğv elilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə iddia tələbi tamamilə əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh2 31 may 2017-ci il tarixli alqısatqı müqaviləsi əsasında satılmışdır. Beləliklə, iddiaçı 2017-ci ildə bağlanılmış alqı-satqı müqaviləsini 2023-cü ildə, yəni 6 il sonra mübahisələndirmiş və beləliklə də, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Digər tərəfdən, iddiaçı iddia ərizəsində 2017-ci ildə imzazlanmış alqı-satqı müqaviləsindən, onun xüsusi mülkiyyətində olan əmlakın başqa şəxsin mülkiyyətinə keçdiyindən 2023-cü il fevral ayında məlumatı olduğunu qeyd edir ki, bu da tamamilə absurd bir məsələdir. Belə ki, şəxsin əmlakının satılmasından onun 6 il sonra xəbər tutması reallığa uyğun deyil. İddiaçı ona məxsus olmuş əmlakın başqa şəxsə keçdiyindən 2023-cü il fevral ayında məlumatı olduğunu yalnız sözlə qeyd edir və məhkəməyə buna dair heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən əqdin mübahisələndirilməsi müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Mahkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarına əsasən əqdin mübahisələndirilməsi müddəti iddia müddəti yox, kəsici müddətdir və kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. 2) İş materiallarından görünür ki, iddiaçı sənədlərdə “saxtalaşdırma” olduğunu bildirir və bu əsasla da əqdin etibarsız hesab edilməsini xahiş edir. Hazırki işlə bağlı hər hansısa cinayət işinə dair məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü mövcud deyildir. Qanuni qüvvəyə minmiş ittiham hökmünün mövcud olmaması isə iş üzrə heç bir saxtalaşdırmanın mövcud olmadığını təsdiq edir. Beləliklə də, hazırki işlə bağlı həqiqətən saxtalaşdırma mövcud olsaydı belə, ilkin olaraq həmin məsələyə cinayət hüququ müstəvisində qiymət verilməli idi ki, daha sonra müvafiq əqd etibarsız hesab edilsin. 3) İş materiallarından görünür ki, iddiaçının tələbi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədən sonra bağlanılmış digər alqı-satqı müqavilələrinin ləğv edilməsi və müvafiq Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt hesab edilir və müvafiq olaraq da onların ləğv edilməsi səlahiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati məhkəmələrin aidiyyətindədir. Buna görə də, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddia ərizəsinə etiraza uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, o, sözügedən torpaq sahəsini tam qanuni şəkildə əvvəllər tanımadığı İsgəndər adlı şəxsdən qızı Səmra üçün almışdır. Torpaq sahəsinin ətrafı hasarlı və qonşu evlərlə əhatəli olmuşdur. Həmin torpaq sahəsini hansı qiymətə almasını dəqiq xatırlamasa da, torpaq sahəsinin 0,6 ha olduğunu qeyd edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, Bakı şəhəri 28 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi, 2 saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbləri baxımından işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, MH seriyalı, № ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 0.06 hektar torpaq sahəsi olan 67/2294 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında keçmiş X9 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.2004-cü il tarixli, 32262 nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı ve ölçüsü sənədi əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi 67/2294 saylı bağ sahəsi (0,06 ha) xx.xx.2009-cu il tarixdə İddiaçı adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 4Ə-109 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 67/2294 saylı (0.06 ha) bağ sahəsi xx.xx.2017-ci il tarixdə xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş 06 iyul 2017-ci il tarixli, 4Ə-260 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2017-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 05 may 2021-ci il tarixi 40-879 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında Şüvəlan qəsəbəsi, 67/2294 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş 18 mart 2023-cü il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir; Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-109 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini 30000 (otuz min) manata Cavabdeh2 satmışdır; Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 346 saylı məkətubdan görünür ki, Bakı şəhəri 28 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə, İddiaçı ilə Cavabdeh2 arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Bakı şəhəri 28 saylı notariat ofisində xx.xx.2017-ci il tarixli, 7E-109 reyestr nömrəli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. Eyni zamanda, X5 28 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləməmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, № ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır; Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-260 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini 10000 manata X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır; 2 saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-879 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Məlikli (Əmirəliyeva) Səmra Mübariz qızı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini 55000 manata Cavabdeh1 satmışdır; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır; 2 saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2023-ci il tarixli, 4Ə-643 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini 60360 manata Cavabdeh3 satmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin arxivində saxlanılan sənədlər toplusunda ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, xx.xx.2017-ci il tarixdə reyestrdə 4Ə-109 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi mövcuddur. Həmin tarixdə bağlanılmış və reyestrdə 7E- 109 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi arxiv qovluğunda aşkar olunmamışdır; Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi 67/2294 saylı bağ sahəsi (0,06 ha) xx.xx.2009-cu il tarixdə İddiaçı adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 4Ə-109 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 67/2294 saylı (0.06 ha) bağ sahəsi xx.xx.2017-ci il tarixdə xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-260 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2017ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixi, 40- 879 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Şüvəlan qəsəbəsi, 67/2294 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Bakı şəhəri 28 saylı notariat ofisində xx.xx.2017-ci il tarixli, 7E-109 reyestr nömrəli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. Eyni zamanda, X5 28 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində alqı-satqı müqaviləsinin reyestr nömrəsini “7E-109” kimi qeyd etsə də, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin reyestr nömrəsi “4Ə-109”-dur. Bununla da aydın olur ki, iddiaçı iddia ərizəsində texniki yanlışlığa yol vermişdir. Bundan başqa Cavabdeh1 nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçının mübahisəli torpaq sahəsinin satıldığını əvvəldən bildiyini iddia etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bunun əksi olaraq, iddiaçı iddia ərizəsində onun mülkiyyətində olmuş torpaq sahənin satılmasını həmin torpaq sahəsini 2023-cü ildə satmaq istəyərkən bildiyini qeyd etmişdir. İş materiallarından görünür ki, iddiaçının vəkili tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə sorğu verilmiş, sonuncu tərəfindən sorğuya xx.xx.2023-cü il tarixdə cavab verilmişdir. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin satılmasını həmin dövrdə bilmişdir. Həmçinin tərəflərin izahatlarından məlum olmuşdur ki, torpaq sahəsi üzərində cavabdehlər tərəfindən hər hansı bir tikinti və ya quruculuq işləri aparılmamış, bununla da belə nəticəyə gəlmək olar ki, iddiaçının həmin sahənin satılmasından məlumatı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından 6 il keçdikdən sonra müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə müddətin ötürülməsi yuxarıda göstərilən obyektiv səbəblərlə əlaqədar olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfin hüququnun pozulduğu bildiyi an, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə tərəfindən sorğuya xx.xx.2023-cü il tarixdə cavab verildiyi andan hesablanmalı və buna görə də, hazırki mübahisəyə kəsici müddət tətbiq edilə bilməz. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına vя qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüцquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM 337.5-ci maddəsi). Görünüdüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış yeganə müqavilə 4Ə-109 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsidir. Sözügedən müqavilənin Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilməsi qeyd edilsə də, X5 28 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləməmiş və həmin notariat kontorunda qeyd edilən alqı-satqı müqaviləsi mövcud olmamışdır. Bu isə o qənaətə gəlməyə əsas verir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə (mülkiyyət) əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə (mülkiyyət hüququ) əsasən: İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-ci maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun: 8-ci maddəsinə əsasən notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər. 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında hər bir notariusun, habelə vakant xüsusi notarius vəzifəsini icra edən köməkçinin ona məxsus gerbli möhürü, təsdiq qeydləri ştampları, işlədiyi notariat ofisinin künc ştampı və blankları olmalıdır. Notariusun möhüründə notariusun soyadı, adı, atasının adı və işlədiyi notariat ofisinin adı göstərilməlidir. 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. 46-cı maddəsinə əsasən daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələrin təsdiq edilməsi, daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin aparılması və əmlak hüquqlarının dövlət qeydiyyatı “bir pəncərə” prinsipi əsasında bu Qanunda və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-109 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, daşınmaz əmlakın alqısatqısı müqaviləsi notarial qaydada müvafiq səlahiyyətləri olan notarius tərəfindən üzərində notariusun soyadı, adı, atasının adı və işlədiyi notariat ofisinin adı göstərilən möhürlə təsdiq edilməlidir. Cavabdeh2 arasında bağlanmış 4Ə-109 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edildiyi qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 ümumiyyətlə Bakı şəhəri 28 saylı notariat kontorunun notariusu vəzifəsində işləməmişdir. Eyni zamanda, sözügedən alqı-satqı müqaviləsindəki möhürdə X3 adı görünsə də, notariat kontorunun adı mövcud deyildir. Bu isə həmin möhürün həqiqi olmaması qənaətinə gəlməyə əsas verir. Buna görə də, sözügedən torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi zamanı İddiaçı iradə ifadəsinin olmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin qanunvericiliyin tələbləri pozulmaqla özgəninkiləşdirməsi, iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsinin tələbləri ilə tanınan və qorunan hüquqlarından məhrum edilməsinə yönəlmiş hərəkətləri kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-109 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarsız sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki məcəllənin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əhəmiyyətsiz əqdlər isə bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-109 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün əhəmiyyətsiz əqd olmaqla, etibarsız sayılmalı, həmçinin sözügedən alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh2 adına ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış da ləğv edilməlidir. Lakin məhkəmə iddia tələblərinin digər yəni, Cavabdeh2 və X11 arasında bağlanmış və Bakı şəhəri 11 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-260 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Məlikli (Əmirəliyeva) Səmra Mibariz qızı və Cavabdeh1 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 4/Ə-1879 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlər X11, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 67/2294 saylı bağ sahəsinin müvafiq alqı-satqı müqavilələrinə əsasən verilmiş çıxarışlarının və Dövlət reyestrində qeydiyyatlarının ləğv elilməsi hissəsi üzrə fərqli mövqeyə gəlir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh2 və X11 arasında bağlanmış və Bakı şəhəri 11 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-260 reyestr nömrəli alqı-satqı müqaviləsi, Məlikli (Əmirəliyeva) Səmra Mibariz qızı və Cavabdeh1 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, 4/Ə-1879 reyestr nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanan anadək rəsmi reyestr üzrə mənzil yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Məhkəmə hesab edir ki, sözügedən alqı-satqı müqavilələri bağlanan zaman müvafiq olaraq mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarışlara əsasən qeydə alınmış, həmçinin sözügedən müqavilələr notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında şəxslərin mülkiyyətinə verildiyindən cavabdehlər X11, Cavabdeh1 və Cavabdeh3 əmlak üzrə hüquqları vicdanlı əldə edilmiş olduğundan onların hüquqları qanunla dövlət tərəfindən qorunur. Belə ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi qərarlarında vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 və X11 arasında bağlanmış və Bakı şəhəri 11 saylı notariat ofisində, təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-260 reyestr nömrəli alqı-satqı müqaviləsi, Məlikli (Əmirəliyeva) Səmra Mibariz qızı və Cavabdeh1 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 4/Ə-1879 reyestr nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən əmlak hüquqları qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət reyestrindən verilmiş müvafiq çıxarışlarla təsdiq edilmişdir. Odur ki, hazırda həmin əmlakı əldə etmiş cavabdehlər X11, Cavabdeh1 və Cavabdeh3 vicdanlı əldə edən statusuna malik olmaları nəzərə alınmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Rəsmi dövlət qeydiyyatına alınmış hüquqları əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli plenum qərarına əsasən dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. О halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.Vəkil2 şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərilir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Həmçinin əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri- müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Bu baxımdan məhkəmənin qənaətinə görə, iddiaçının hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü 4Ə-109 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin digər tərəfi daşımalıdır. Lakin Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən iddiaçının məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü Cavabdeh2 hüquqi varisləri daşıyaraq, əmlakı əldə etmiş digər cavabdehlərin hüquqları xələl görməməlidir. Azərbaycan Respublikası МРМ-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericiliklə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı). Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir. (X.İ.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı) Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına dair olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir.... Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” xx.xx.2002-ci il taixli qərarı) Məhkəmə hesab edir ki, iddiaçının hüquqları qanunvericiliklə qorunan hüquqları pozulduğu üçün bu hüquqlarının bərpası ilə bağlı məhkəmə müdafiə hüququndan istifadə etməkdə haqlıdır. Lakin məhkəmə qeyd etməyi də zəruri sayır ki, cavabdehlər X11, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini vicdanlı əldə edən olduqları üçün onlarla bağlanmış müvafiq alqı-satqı müqaviləsinin etibarsızlığı və həmin alqı-satqı müqavilələri əsasında verilmiş müvafiq çıxarışların və qeydlərin ləğv edilməsi barədə tələbin təmin edilməsi yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından mümkünsüzdür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya ona vurulmuş ziyanın ödənilməsini tələb etmək kimi hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Vəkil2nrn şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsininin alqısatqısına dair 4Ə-109 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmalı, həmçinin sözügedən alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh2 adına ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilməli, iddiaçıya ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi nəticəsində vurulmuş ziyanı tələb etmək kimi hüquqlarının olması izah edilməli, iddia qalan hissələrdə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsininin alqı-satqısına dair 4Ə-109 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılsın. 4Ə-109 reyestr nömrəli, AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh2 adına ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilsin. İddiaçıya ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi nəticəsində vurulmuş ziyanı tələb etmək kimi hüquqlarının olması izah edilsin. İddia qalan hissələrdə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-385/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-385/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver