Məhkəmə qərarları › İş №2(005)-3873/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3873/2020

25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3873/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi yardım tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi yardım tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər ailə həyatı quraraq rəsmi nikaha daxil olmuş və nikahları xx.xx.2020-ci ildə 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Nikaha daxil olduqdan bir müddət sonra cavabdehin anasının müdaxiləsi nəticəsində demək olar ki, ailəsi ilə münasibətində ciddi problem yaranmışdır. Bu səbəbdən də hazırda o, öz valideyninin evində yaşayır. Hazırda 24 həftəlik hamilədir. Hamiləliyi ağır keçir, hər həftə həkim müayinəsindən keçməli olur və müalicələr alır. Cavabdeh bir ailə başçısı kimi artıq özünü təsdiq edə bilmir. Uşağın sağlam dünyaya gəlməsində ona bir ana kimi heç bir yardım etmir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/4 hissədə pul məbləğinin tutulub maddi yardım olaraq ona ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etmədi və rədd edilməsini xahiş etdi. Həmçinin cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı cavadehə qarşı iddia tələbi qanunun tələblərinə zidd əsaslarla tərtib edildiyindən, tam yanlış və böhtan xarakter daşıdığından rədd edilərək, məsuliyyətsiz tələbin böhtan xarakterini nəzərə alaraq qanunda nəzərdə tutulmuş qaydada araşdırılaraq, iddiaçının qanunsuz hərəkətlərinə hüququ qiymət verilməsi labüddür. Məlumat üçün bildirir ki, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlamışlar. Bir müddət ailə kimi yaşadıqdan sonra iddaçı həyat yoldaşı işə getmək bəhanəsilə evdən getmiş və qaynanası onun evə qayıtmasını ondan xahiş etmiş, lakin o, işi ilə bağlı evə gəlməyindən israrla yayınır. Cəmiyyətin mənafeyinə zidd ləaqətsiz hərəkətləri çox olmuş iddiaçı cəzasızlıqdan və hüquqlarından sui-istifadə edərək, ictimaiyyətə və ona qarşı qanunsuz əməlləri davam etdirib, heç bir əxlaq normasına və mənəviyyata sığmayan qeyri-etik davranışları ilə onun və ailənin diskomfortuna, yersiz və haqsız narahatçılığına baiskar olmuş, ləyaqətsiz hərəkətlərilə və böhtan, təhqirlərilə ləyaqətin alçaldılmasına yönəlmiş məsuliyyətsiz çağırışları ilə onlara həm fiziki, mənəvi və maddi zərər vurur. Özünü qanuna zidd hərəkətləri və sözləri ilə onu təhqir etməklə, qanunsuz əməl törətmişdir, onun hesabına əsassız varlanmaq və meşannıqla özünün maddi təminatını onun hesabına vicdansızcasına, hüquqdan sui-istifadə etməklə təmin etməyə və bu istiqamətdə hüquqdan sui-istifadə vasitəsilə ona qanunsuz, rəzil niyyətli təsir göstərməyə çalışır. Hər şeydən əvvəl qeyd etmək istəyir ki, belə hərəkətlər mülki və cinayət məsuliyyəti yaradır. Belə ki, şərəf və ləyaqəti ləkələyən məlumatların yayılmasını ləkələnməsinə və ya onun nüfuzdan düşməsinə səbəb olursa, təhqir şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmış olur. Öz şəxsi məsuliyyətini hiss etməyən iddiaçı hüquqa zidd delkit ailələrinə cavab verməlidir və buna görədə hüquqi məsuliyyət daşımalıdır. İddiaçı öz xülyasından bəhrələnib, xəyalən, öz xəyallarını reallıq kimi göstərməklə, xəstə təfəkkürü ilə böhtan xarakterli məlumatları məsuliyyətsizliklə təkrarlayır, hər vəchlə ləyaqətinin alçaldılmasına yönələn məsuliyyətsiz əməllərindən əl çəkmir, onun məsul vəzifə tutmağından hüququndan sui-istifadə yolu ilə qanunsuz olaraq ondan əsassız mənfəət əldə etmək istəyir, vicdanlsızlıqla uşağın deyil yalnız özünün tamahkar və rəzil niyyətlərini həyata keçirməyə əbəs səy göstərir. Özü qadın-gözəllik salonunda çox gəlirli sahədə kifayət qədər yüksək mənfəət əldə etməklə, çoxlu pul qazanmaqla bərabər əlavə olaraq vicdansızjcasına ondan əlavə gəlir əldə eməklə əsasız varlanmaq və özünün digər əxlaqazidd niyyətlətlərini onun hesabına təmin etməyə çalışır. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə 87 N-li akt qeydi ilə Cavabdeh və İddiaçı nikahı qeydə alınmışdır. İş materiallarında olan Yasamal RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Bakı Baş Səhiyyə İdarəsi 2 №-li qadın məsləhətxanasının xx.xx.2020-ci il tarixli, 109 №-li arayışından görünür ki, İddiaçı həqiqətən Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında hamiləlik üzrə qeydiyyatdadır. Hamiləliyin 24-cü həftəsindədir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə ər-arvadın bir-birinə maddi cəhətdən köməklik etməlidirlər. Hazırkı iş üzrə iddiaçı məhkəməyə təqdim edilmiş arayışla sübut edildiyi kimi 24 həftəlik hamilədir və cavabdehdən özünün xeyrinə cavabdehin aylıq gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunzidd deyil və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsi məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar