Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3912/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 saylı evin 39 saylı mənzilinə ilkin satış qiymətinin 620 000 manat təşkil etməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatının ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmışicraataxitamverilməlidir. Belə ki, mülki işin materiallarında olan qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il, 2(007)-219/2020 qətnaməsinə əsasən X1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 saylı evin 39 saylı mənzilin 62 000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və hazırki iddia tələbindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 3 saylı evin 39 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin rəyinin ləğvi mübahisələndirilir. Göründüyü kimi, artıq mənzilin qiymətləndirilməsinə dair ekspert rəyinə əvvəllər məhkəmə qətnaməsi ilə qiymət verilmiş, həmin qətnamə qanuni qüvvəsini almış, ancaq iddiaçı yenidən eyni əsasla və eyni predmetlə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, hərracın nətivələrinin ləğv edilməsi ləğv edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirlməsi” tələbinə dair yuxarıda qeyd olunan hissədə artıq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il, 2(007)-219/2020 qətnaməsi ilə münasibət bildirildiyindən, habelə həmin qətnamə qanuni qüvvəsini aldığından mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın ləğv edilməsi, həmin zərurətlərdən irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3912/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3912/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver