Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3934/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh nümayəndsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2001-ci il təvəllüdlü olduğunu bildirərək, onun saxlanması üçün cavabdehin rəsmi gəlirinin ¼ hissəsi məbləğində alimentin təyin olunmasını və illik təhsil haqqının ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2(005)- 901/2020 saylı qətnaməsi nikahın pozulması, uşağın himayəyə verilməsi, uşağa görə 170 manat alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, Cavabdeh ona köməklik etmir və anası himayəsində olan iki övladını dolandıra bilmir. Bildirir ki, anası iki övladı ilə kirayədə müvəqqəti məskunlaşmışdır, sosial vəziyyətləri pisdir və şəraitsiz mənzildə yaşaya bilmirlər. İddiaçı Bakı Biznes Üniversitetində əyani olaraq biznes və menecment fakültəsində 1-ci kursda təhsil alır, işləmir, əmək qabiliyyəti yoxdur, təhsil haqqı illik 2000 manat təşkil edir və cavabdeh olan atası tərəfindən hər hansı köməklik göstərilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2020ci il tarixli 2(005)-901/2020 saylı qətnaməsindən görünür ki, ilk iddia tələbi təmin edilmiş, Cavabdeh ilə X13 arasında 07.08.2001-ci il tarixində Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmış və 416 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, qarşılıqlı iddia tələbi isə qismən təmin edilmiş, 27.09.2005-ci il təvəllüdlü X4 anası X7 yanında saxlanması, Cavabdeh 27.01.2020-ci il tarixdən başlayaraq, 27.09.2005-ci il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində alimentin hesablanaraq X8 verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X9r. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh “Azfen” birgə müəsssisəsində qəlibçi vəzifəsində işlədiyi üçün 716 manat əmək haqqı və əlilliyə görə 259 manat müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Üniversiteti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı Biznes Üniversitetinin biznes və menecment fakültəsində əyani təhsil alır və onun 2020/2021-ci il tədris ili üzrə təhsil haqqı ödənişi 2000(iki min) manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsindən göründüyü kimi, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-ci maddəyə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Sadalanmış normalar baxımından məhkəmə qeyd edir ki, valideynlərin aliment ödəmək vəzifələrinə uşaq yetkinlik yaşına çatdıqda xitam verilir. Lakin, göründüyü kimi, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına satmış uşaqları saxlamağa borcludurlar. Valideynlər eyni zamanda yetkinlik yaşına çatmış övladların əlavə xərclərində də iştirak edə bilərlər. Lakin qanunverici valideynin bu vəzifəsinin yaranması üçün ağır xəstəlik, şikəst olan uşaq, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarla şərtləndirmişdir. Hazırki mülki işin hallarından göründüyü kimi, iddiaçı nə onun əmək qabiliyyətinin olmamasını, nə maddi yardıma ehtiyac olmasını, nə ağır xəstə olmasını və qanunda nəzərdə tutulmuş tələbləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərclərin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3934/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3934/2021
27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver