Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-396/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nuranə Sahib qızının katibliyi, Cavabdeh "xxxx" ASC nümayəndəsi Babayev Nazim Əziz oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-yə, “X1 Mərkəzi” MMC-yə, "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, "X5" MMC-yə qarşı (Abşeron rayon icra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə rəyin, hərrac protokolunun, onun nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabvdehlər Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-yə qarşı (Abşeron rayon icra və probasiya şöbəsi və "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0.12 ha torpaq sahəsinin 80000 (səksən min) manat dəyərində olması barədə 17 avqust 2020-ci il tarixli, 40 saylı qiymətləndirmə rəyini komission qaydada yenidən qiymətləndirməsi üçün etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2008-ci və 2011-ci illərdə iki dəfəyə Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisində 0.12 ha torpaq sahəsi almışdır.Hər iki alqı-satqı müqaviləsi mülki qanunvericiliyə uyğun olaraq notariat qaydasında təsdiq edilmişdir. Mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsində AR Torpaq Məcəlləsinin 67 və 78-ci maddələrinə müvafiq olaraq 18 mart 2011-ci il tarixdə qeydə alınmış, həmin idarə tərəfindən torpaq sahəsinin plan və ölçülərinə dair № AA 026642 saylı sənəd verilmişdir. Torpaq sahəsi onun xüsusi mülkiyyəti olmaqla bunu təsdiq edən ******* saylı Dövlət Reyestrindən çıxarışı da var. "xxxx" ASC ilə İpoteka müqaviləsi imzalayaraq torpağı girov qoymuşdur. Pandemiya və başqa səbəblərdən ödəmə gecikib. Bu səbəbdən bankla müqavilənin bağlandığı Bakı şəhəri 4 saylı Notariat Kontorunun 579 saylı, 30.06.2020-cı ıl tarixli icra sənədinə əsasən Abşeron rayon icra və probasiya şöbəsinin icraatında 82629X2020-27-6-003 saylı icra işi açılmış. İş üzrə üzrə 01 iyul 2020-ci il tarixli qərarla tələbkar “Bank Respublika" ASC-nin xeyrinə 45851.52 manat pul tutulması qənaətinə gəlinmişdir. Daha sonra Abşeron rayon icra və probasiya şöbəsinin 28.07.2020-ci il tarixli, 17/75-11-20-4 saylı məktubu ilə Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0.12 ha. torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilmiş. Həmin torpaq sahəsi “Tərəqqi" MMC-nin “ 17 " avqust 2020-ci il tarixli, " 40 " saylı rəyi ilə 80 min manat dəyərləndirilmişdir. Hesab edir ki, onun torpağı həddindən artıq dəyərindən ucuz qiymətləndirilmişdir. Belə ki, 15 may 2013-cü il tarixli ƏBİ/ M 12-250 nömrəli ekspert rəyinə əsasən onun 12 sot torpaq sahəsinin bazar qiyməti həmin ildə 120 min manat dəyərləndirilmişdir. Bundan sonrakı illərdə bahalaşma olduğundan Əmlak Ekspert Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, ƏEM\S-36-397 saylı arayışı ilə də təstiq olunur ki, həmin ərazidə 2015-ci ildə torpağın hər sotunun dəyəri 15000-17000 manat təşkil etmişdir. Halbuki son beş ildə daşınmaz əmlak bir qədərdə bahalaşmışdır. İki dəfə olan instansiyada öz sözün demişdir. Beləliklə eyni yerin qiyməti barədə bir-biri ilə kəskin ziddiyyət təşkil edən 2 rəy mövcuddur. "xxxx" MMC torpağı ən azı 2 dəfə ucuz qiymətləndirib. Odur ki, mübisələndirilən yerin təkrar komission qaydada qiymətləndirilməsi üçün yenidən ekspertiza təyin edilməsi zəruridir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, "xxxx"MMC-ni, Azərbaycan Respublikası DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi idarəsini və ”X5” MMC-ni cavabdehlər qismində cəlb edərək, cavabdehlər Cavabdeh1 MMC-nin Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0,12 ha. torpaq sahəsinin 80000 (səksən min) manat dəyərində olması barədəki 17 avqust 2020-ci il tarixli, 40 saylı və ”X5” MMC-nin 09 mart 2021-ci il tarixili, SEM/F-02-013/21 saylı torpağın bazar dəyərinin 88000 (səksən səkkiz min) manat qiymətləndirməsinə dair rəylərini, həmin torpağın hərracda satılmasına dair “X1 Mərkəzi” MMC-nin keçirdiyi hərracların, 27 oktyabr 2020-ci il tarixli, YP 035 saylı hərracda satış protokolunun və onun nəticələrinin, eləcə də həmin torpağa ”Bank Respublika” ASCnin adına DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsində 25 dekabr 2020-ci il tarixə aparılmış qeydiyyat və "xxxx" ASC-yə verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdeh-Cavabdeh1 MMC-nin Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0,12 ha. torpaq sahəmin 80 min manat dəyərində olması barədəki “ 17 “ avqust 2020-ci il tarixli,” 40 “ saylı qiymətləndirmə rəyini komission qaydada yenidən qiymətləndirilməsi üçün etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması barədə iddia qaldırılmışdır. İddia ərizəsi məhkəməyə verildikdən sonra surəti Abşeron rayon icra və probasiya şöbəsinə təqdim edilmiş,bu səbəbdən hərracın keçirilçəsinə dair verilən sifarişdən imtina edilərək şöbənin rəis müavini Emil Hadıyevin hərrəcın keçirildiyi “X1 Mərkəzi” MMC-yə məktub ünvanlamış, həmin 25 Sentyabr 2020-ci il tarixli, 17\7582629 4H saylı məktubda ilkin qiymətə etiraz edildiyindən və bununla bağlı məhkəmədə iddia qaldırıldığından hərracın dayandırılması xahiş edilmişdir.Nəktub və iddia ərizəsinin surəti iddiaçı tərəfindəndən 25 sentyabr tarixdə MMC-yə şəxsən təqdim edilmiş,məsələ ilə MMCnin rəhbərliyini məlumatlandırmış,məktub qəbul edilməklə üstündəki dərkənarda hərrasın dayandırılmasına rəsmi göstəriş yazılmışdır.Oda iddiaçıya hərracı dayandıracaqlarına söz vermişdir.Üstündə dərkənar olan bu məktub isə MMC-də 077 nömrə ilə qeydə alınmış,lakin nə dərkanara nədə qeydiyyata tarix qoyulmamışdır.Bundan sonra 07 oktyabr 2020-ci il tarixdə hərracın dayandırılmasına MMC tərəfindən 007 saylı protokol yazılmışdır. Hərracın nə vaxt təzələnməsinə sənəd yoxdur. Mülki iş isə hələ Nərimanov rayon məhkəməsinin icraatındadır. 5 Fevral 2021-ci il tarixli məhkəmə prosesində bank nümayəndəsinin təqdim etdiyi çıxarışdan sonra bəlli oldu ki, məhkəmə yekunlaşmamış, qiymətləndirmə rəyinin qanuniliyi təstiq edilməmiş, borcluya məlumat verilməmiş, sifarişçinin hərracın dayandırılmasına rəsmi göstərişi olmasına baxmayaraq hərrac keçirilərək torpaq bankın hesabına keçirilməklə çıxarış verilmişdir. 25 dekabr 2020-ci il tarixə ********* saylı qeydiyyatdan şıxarışın ksereks surəti bizə məhkəmədə təqdim edilmişdir. Bundan sonra sorğu edilərək Abşeron rayon icra və probasiya şöbəsindən icra işində olan bütün sənədlərin surəti alınmış,sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki,Nərimanov rayon məhkəməsinin iddianın təmin tədbiri kimi hərracın dayandın İmasına dair ərizənin təmin edilməməsinə dair 25 sentyabr 2020-ci il tarixli,2(005}- 3541\2020 saylı qərardadı şöbəyə 09 oktyabr 2020-ci il tarixdə daxil olmuş,qərardadın qüvvəyə minməsini gözləmədən 20 oktyabr 2020-ci il tarixdə, 17X7582629 4H saylı məktubla şöbənin rəis müavini Emil Hadıyevin hərrəcın keçirildiyi “X1 Mərkəzi” MMC-yə müraciət edərək zərurətin aradan qalxdığını və bu səbəbdən hərrəcın keçirilməsinin davam etdirilməsi xahiş edilmişdir. Biz tərəfdən MMC-dəndə sənədlərin surəti alınmışdır. Bəlli olmuşdur ki, hərracın davam etdirilməsinə dair 20 oktyabr 2020-ci il tarixdə, 17V7582629 4H saylı məktub “X1 Mərkəzi”-nə 23 oktyabr 2020-ci il tarixdə daxil olmuş,həmin gün həmin tarixə üstünə dərkənar qoyulmuş,həmin gündə 201096 nömrə ilə qeydə alınmışdır. İşdə olan “X1 Mərkəzi”-nin 9 sentyabr 2020-ci il tarixli,072 saylı bildiriş məktubunda göstərildiyinə görə hərrac 30 sentyabr tarixdə keçirilib və torpağın dəyəri 80 min manat olması göstərilmişdir.“X1 Mərkəzi”-nin 2 oktyabr 2020- ci il tarixli ,133 saylı bildirişində hərracın 21 oktyabr 2020-ci il tarixdə keçiriləcəyi və torpağın dəyərinin 68 min manat olması göstərilir. Cavabdehin təqdim etdiyi ’’Market” qəzetinin 11 sentyabr 2020-ci il tarixli, 18 (10705) saylı nömrəsində torpağın 80 minə satışa çıxarılması e”lan edilmişdir.Həmin qəzetin 02 oktyabr 2020-ci il tarixli, 23 (10711) saylı nömrəsində 30 sentyabrda satışın baş tutmaması səbəbindən torpağın 68 min manata satışa çıxarılması elan edilmişdir. Həmin qəzetin 02 oktyabr 2020-ci il tarixli, 23 (10711)saylı nömrəsində 30 sentyabrda satışın baş tutmaması səbəbindən torpağın 68 min manata satışa çıxarılması e” an edilmişdir. Hərracın 21 oktyabr tarixdə keçiriləcəyi göstərilmişdir. Həmin qəzetin 23 oktyabr 2020-ci il tarixli,26 (10717)saylı nömrəsində 21 oktyabr 2020-ci il tarixdə hərracın baş tutmaması səbəbindən yenidən satışa çıxarılması göstərilir. Lakin torpağın satışa hansı qiymətə çıxarılması ,hərracın harada və nə vaxt keçiriləcəyi göstərilmir. İşdə ‘‘X1 Mərkəzi” MMC-nin 27 oktyabr 2020-ci il tarixli, YP 035 saylı hərracda satış protokolu var ki,həmin torpağı ’’Bank Respublika ”-ASC-i 51 min manata aldı. Göründüyü kimi keçirilən yalançı hərraclarda qəzetə formal olaraq e”lan yerləşdirilsədə sonuncu elanda torpağın dəyərini 51 minə endirmələri,hərracın harada və hansı tarixdə keçirilinəsi belə göstərilməyib. İddiaçıya MMC-nin ünvanladığı 03 mart 2021-ci il tarixli,444 saylı saylı ərizədə etiraf olunur ki,sonuncu 2 hərraca dair məlumatlar ona çatmamışdır. Abşeron rayon icra və probasiya şöbəsi bizə ünvanladığı məktubda göstərir ki,hərracın nəticəsi barədə onlara məlumat və hərrac protokolu verilməmişdir. Yuxarıda göstərildiyi kimi hərracın davam etdirilməsinə dair məktub MMC-yə 23 oktyabr tarixdə daxil olmuşdir.Sonuncu hərracın tarixi bilinməsə əvvəlinci 2 hərrac isə hərrəcın davam etdirilməsinə dair məktub daxil olmamışdan əvvəl 30 sentyabr,21 oktyabr tarixlərdə keçirilmişdir.Həmin tarixlərdə hərracın keçirilməsinə hüquqi əsas olmamışdır.Hərracı keçirən MMC-ııiıı özünün 07 oktyabr 2020-ci il tarixdə hərracın dayandırılmasına 007 saylı protokolu var və sifarişçinin dayandırma məktubunu hələ 25 sentyabrda almışdır.Hər 3 hərrac qanunsuz keçirilmişdir.Bəhanə kimi istifadə edilən qərardad qüvvəyə minməmiş,Bakı Apellyasiya məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadı ilə ləğv olunmuşdur. Qərardaddan da aydın görünür ki, tərəfindən ərizə yazılmasına səbəb icra şöbəsinin hərracı dayandırması olmuşdur. Nərimanov rayon məhkəməsinin qərardadının qüvvəyə minməsinə nə İcra şöbəsində,nədə cavabdehlərdə nə yazılı, nə də şifahi məlumat olmamışdır. Məqsədli şəkildə iddiaçının torpağının cüzi qiymətə ələ kemirilməsinə yönələn hərəkətlər olmuşdur. Halbuki həm icra məmuru həmdə MMC-yə iddia ərizəsinin surəti verilməklə onlara qeyri-rəsmi izah edilmişdir ki, 15 may 2013-cü il tarixli ƏBİ / M 12-250 nömrəli ekspeıt rəyinə əsasən mənim yolun üstündə,obyekt tikməyə yararlı 12 sot torpaq sahəmin bazar qiyməti həmin ildə 120 min manat dəyərləndirilmişdir.Bundan sonrakı illərdə bahalaşma olduğundan Əmlak ekspert mərkəzinin 15 sentyabr 2015-ci il tarixli,ƏEM\S-36-397 saylı arayışı ilədə təstiq olunur ki,həmin ərazidə 2015-ci ildə torpağın hər sotunun dəyəri 15000-17000 manat təşkil etmişdir.Son beş ildə daşınmaz əmlak bir qədərdə bahalaşmışdır. İki dəfə olan infilyasiyada öz sözün demişdir. Torpaq Pirşaqı qəsəbəsinə gedən magistral yolunun üstündə,X2 dönən yerdə olmaqla obyekt üçün nəzərdə tutulduğundan,nəqliyyatdan istifadə əlverişliliyi qənaətbəxş olmaqla ətrafa açılan əla panorama olduğundan,ekoloji vəziyyət qənaətbəxş olmaqla mühəndis infrastrukturu yaxşı inkişaf etdirildiyindən bir neçə yüz metr aralıdakı torpaqla müqayisədə bu torpaqların dəyəri dəfələrlə bahadır. Beləliklə işdə eyni yerin qiyməti barədə bir-biri ilə kəskin ziddiyyət təşkil edən 2 rəy mövcud idi. Cavabdeh1 MMC torpağımı ən azı 2 dəfə ucuz qiymətləndirib. Məhkəmənin 12 fevral 2021-ci il tarixli qərardadı ilə ”X5” MMC-yə yerin qiymətləndirilməsi həvalə edilsədə bu MMC-də birtərəfli rəy tərtib etmiş, Cavabdeh1 MMC-nin rəyinə dolayısı ilə haqq qazandırmağa uğursuz cəhd etmişdir. Belə ki, mütəxəssis yerə baxanda iddiaçının yanında azı 4 maklerə zəng edib yol kənarındakı torpağın qiyməti ilə maraqlanmış, bütün maklerlər yolun üstündəki “Podobyekt” deyilən yerlərin hər sotunun hazırda 20-25 minə satıldığını desədə mütəxəssis cavabdehlərin mənafeyindən çıxış etmiş, bankın əlinə ucuz, 51 minə düşmüş torpağı 80 minə satmaq istəməsi fikrinin təsiri altında olmuşdur. ’’X5” MMC-nin tərtib etdiyi 09 mart 2021-ci il tarixli,SEM\F-02-013\21 saylı rəydə torpağın bazar dəyərinin 88 min manat olması göstərilsədə Likvid dəyərinin 79 min 200 manat olması göstərilir. Halbuki müstəqil ekspertlər mtibahisələndirilən torpağa tamamilə fərqli qiymətlər qoymuşlar. "xxxx" MMC-nin həmin tarixli, yəni 9 mart 2021-ci il tarixli, QXM 227 saylı rəyində göstərilir ki, apardığı araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Məmmədli kəndindəki 0,12 ha torpaq sahəsinin dəyərinin 190 min manat olması müəyyən edilir. Bundan əlavə digər qiymətləndirici ekspertin- “X3” MMC-nin tərtib etdiyi 12 mart 2021-ci il tarixli,21 saylı qiymətləndirmə aktında torpağının dəyərinin 195 min manat olması öz əksini tapmışdır. Bundan əlavə oda qeyd edilməlidir ki,bankların torpaq,ev və sair əmlakların qiymətləndirilib hərraclarda satılmasına məhkəmələrdə yüzlərlə çəkişmələri var.Hər il belə çəkişmələr olmasına məhkəmələrdə kifayət qədər faktlar olub. İcra şöbələri və məhkəmələrin öz təşəbbüsü ilə material göndərdikləri MMC-lər bankları və əməkdaşlarını yaxşı tanıyırlar və onlarla işləyirlər.Adətən belə halda bu MMC-lər banklar tərəfində dayanırlar. İşə obyektiv nəticə verilməsi üçün tərəflərlə tanışlığı olmayan,müstəqil mütəxəsislərin rəy verməsi daha ədalətli yanaşma anlamı verərdi. Belə müstəqil mütəxəsislərin işdə 3 obyektiv rəyi var. Bu rəylərin hər hansı birinin iş üçün əsas götürülməsi bizim üçün məqbuldur. ’’X5” MMC- və Cavabdeh1 MMC-yə qiymətləndirmə barədə sifariş verilməsinin səbəbi nə sifarişçinin qərarından nədə məhkəmənin qərardadından bəlli deyil. Odur ki,hər iki MMC-nin yəni ’’X5” MMC-nin və Cavabdeh1 MMC-nin qiymətləndirmə rəylərinə tənqidi yanaşılmalıdır. Göründüyü kimi, ’’Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin, “X3” MMC-nin rəyləri, Əmlak ekspert mərkəzinin rəyi və arayışı ilə tam təstiq olunur ki.mübahisələndirilən torpağın dəyəri 190- 195 min manat civarındadır. Bütün bunlarla yanaşı “İcra haqqında” Azərbaycan Respublikası qanunun 51.1-ci maddəsinin tələblərinə görə icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildeən az olmayaraq fəaliyyət göstərən,ağır və ya xüsusi ilə ağır cinayətlərə, habelə koorrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qivmətləndirici dəvət etməlidir.Həmin məcəllənin 51.3-cü maddəsinə əsasən notariusda icra qeydi əsasında qivmətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənir.Qanun bu tələblərinə əməl edilməsidə icra və propasiya şöbəsinin sənədərindən görünmür. Yuxarıda göstərildiyi kimi Əmlak ekspert mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, ƏEM\S-36-397 saylı arayışı və 2013-cü ilə dair qiymətləndirmə rəyi mülki işə əlavə edilmişdir.Bakı şəhəri və Abşeron rayonunda 10-larla bu işlə məşğul olan müstəqil MMC-lər var. X6 və Xəritəçəkmə Komitəsinin ixtisara düşmüş yüksək ixtisaslı kadrlarının çəmləşdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti var. Belə MMC-lərə qiymətləndirmə həvalə edilməsi daha məqsədəmüvafiqdir. Onların iddia tələbində Cavabdeh1 MMC-nin rəyinin etibarsız hesab edilərək komission qaydada müstəqil MMClərin rəy verməsinə yönəlmişdir. “X1 Mərkəzi” MMC-ti hətta keçirdiyini iddia etdiyi hərraclarda qanunun bu tələblərimdə pozmuşdur. Göründüyü kimi, Abşeron rayon icra və probasiya şöbəsi çatışa çıxarılan torpağın ilkin satış qiymətini nə borclu nədə tələbkarla müzakirə etməmişdir. İstər Mülki Məcəlləyə,istəruİpoteka haqqında” qanuna ,istərsədə hərracın keçirilməsi şərtləri və qaydasına görə hərracın keçirilməsinə ən azı 30 gün qalmış elan verilməklə 2-ci elan 25 təqvim günü qalmış verilməlidir.Həmdə elanlar arasında 10 gün vaxt keçməlidir. Lakin cavabdehlər qısa müddət ərzində 3 hərrac keçirib iddiaçının əmlakını süni surətdə ucuzlaşdırıb bankın hesabına keçirmişlər. Həmdə qanunda 3-cü hərracın keçirilməsi nəzərdə tutulmamışdır. İddiaçı başa düşür ki, "xxxx" ASC ilə İpoteka müqaviləsi imzalayaraq torpağı girov qoymuşdur. Pandamiya və başqa səbəblərdən ödəmə geçikib. Bu səbəbdən bankla müqavilənin bağlandığı Bakı şəhəri 4 saylı Notariat Kontorunun 579 saylı,30.06.2020-ci il tarixli icra sənədinə əsasən Abşeron rayon icra və probasiya şöbəsinin icraatında 82629\2020-27-6-003 saylı icra işi açılmış, iş üzrə üzrə 01 iyul 2020-ci il tarixli qərarla tələbkar "xxxx" ASC-nin xeyrinə 45851.52 manat pul tutulması qənaətinə gəlinmişdir. Daha sonra Abşeron rayon icra və probasiya şöbəsinin 28.07.2020ci il tarixli, 17\75-11-20-4 saylı məktubu ilə Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0,12 ha. torpaq sahəsinin qiymətləndiirilməsi üçün Cavabdeh1 MMC-dən mütəxəssis dəvət edilmiş,həmin torpaq sahəsi Cavabdeh1 MMC-nin “ 17 avqust 2020-ci il tarixli,” 40 “ saylı rəyi ilə 80 min manat dəyərləndirilmişdir.Lakin yuxarıda göstərildiyi kimi mənim torpağım həddindən artıq dəyərindən ucuz qiymətləndirilmişdir. Həmdə yalançı,qeyri qanuni hərraclar keçirməklə süni surətdə torpağı dəyərdən salınmışdır. Abşeron rayon icra və probasiya şöbəsindən təqdim edilən sənədlərə baxış zamanı müəyyə edilmişdir ki, məhkəmədəki mülki işə nəticə verilmədən, heç bir zərurət olmadan, Abşeron rayon icra və probasiya şöbəsinin hərracın dayandırılmasına dair 25 Sentyabr 2020-ci il tarixli, 17Y7582629 4H saylı məktubunda göstərdiyi hərracın dayandırılmasına əsas olan səbəblər aradan qalxmadan “X1 Mərkəzi” MMC-yə yeni məktub göndərilərək zərurət aradan qalxdığından xərracın davam etdirilməsi xahiş edilmiş, bununla da qanunsuz əməllərə yaşıl işıq yandırılması görüntüsü yaradıİmışdır. Halbuki hərracın keçirilməsi hər iki məktubda göstərilən tarixlər arasındakı dövrə sənədləşdirilmişdir. Maraqlıdır ki, icra və probasiya şöbəsi bizə ünvanladığı məktubunda hərrac protokolunun onlara göndərilməməsini vurğulayır. Qeyd edildiyi kimi hərrac Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına və “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə əsasən 2 dəfədən artıq hərrac keçirilə bilməzdi. Halbuki hərrac Abşeron rayon icra və probasiya şöbəsinin qərarı, məktubu və tələbi ilə keçirildiyindən “İcra haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə əsasən hərrac keçirilməli idi. Həmin qanunun 51-53-cü maddələrinin tələblərinə görə hərrac yalnız bir dəfə keçirilməli idi. Torpaq alınmasa idi sənədlər icra şöbəsinə qaytarılmalı idi.Təkrar hərrac keçirilməsi həmin qanunda nəzərdə tutulmamışdır. Cavabdeh və 3-cü şəxs İcra haqqında qanunun 51-53-cü maddələrinin tələblərini nümayişkarana pozublar. Hərrac barədə internet və dövlət qəzetində torpağın parametrləri,təmiri barədə məlumat verilmədən 3 yalançı (icra məmurunun göndərdiyi sənədə görə yalnız bir dəfə keçirilə bilər)hərrac keçirilib..Həmdə 51-53-cü maddələrə əsasən əvvəlcə qiymət barədə razılıq əldə olunmamasına tələbkarla-borclunun imzaladığı sənəd olandan sonra hərraca torpaq hərraca çıxanla bilərdi. Satılmasa və tələbkar götürməsə idi geri qaytarılmalı idi,icra qanununda əmlakın ucuzlaşdırılması nəzərdə tutulmur. Əgər mülk ipoteka ilə yüklü olması səbəbi ilə bank tərəfindən hərraca çıxarılsa idi belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına və “İpoteka haqqında”Qanunun 42-ci maddəsinə əsasən 2 dəfədən artıq hərrac keçirilə bilməzdi. Göründüyü kimi cavabdehlər süni yollarla torpağın dəyərini aşağı salıb mülkiyyət hüququma müdaxilə etmişlər. Azərbaycan Respublikası MPM-nin sözügedən Məcəllənin MPM-nin 5.1-ci maddəsində göstərilir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Odur ki, “X1 Mərkəzi” MMC , "xxxx" ASC, X5” MMC , Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin cavabdeh şəxs kimi işə cəlb etməsi zəruridir. Daha sonra İddiaçı 30.06.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi idarəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC nümayəndəsi N.Babayev iddia tələbini qəbul etmədiklərini bildirərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda "Bank Respublika" ASC iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Cavabdeh1MMC-yə qarşı “Cavabdeh1MMC-nin Abşeron rayonu Məmmədli (Məhommədli) kəndi ərazisindəki 0.12 ha torpaq sahəsinin 80 min manat dəyərində olması barədəki “17” avqust 2020-ci il tarixli “40"saylı qiymətləndirmə rəyini komission qaydada yenidən qiymələndirilməsi üçün etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması” tələbinə iddia ərizəsi üzrə 2(005)-3541/2020 saylı mülki iş hal-hazırda sizin icraatınızdadır.Hesab edirik ki, hazırkə iş üzrə icraata AR MPM-nin 261.01-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, hazırkı işdə mübahisələndirilən qiymətləndirmə icra sənədi üzrə icraat çərçivəsində həyata keçirilmişdir, icra sənədi üzrə icraat dövlət idarəetmə fəaliyyətinin həyata keçirilmə prosesidir, bu prosesdə qiymətləndirici ilə borclunun arasında hüquq münasibəti yaranmır, çünki qanunvericilik qiymətləndirici ilə borclunun arasında qarşılıqlı hüquq və vəzifələr müəyyən etməmiş, bu prosesdə hüquq münasibəti icra məmuru ilə borclu arasında yaranır. Qiymətləndirici ilə borclunun arasında münasibət yaranmadığından onların arasında mübahisə yaranması mümkün deyildir. Ona görə də Cavabdeh1MMC qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar iddiaçının qarşısında məsuliyyət daşımır, o, sifarişçinin (icra məmurunun) qarşısında məsuliyyət daşıyır. İddiaçıya, digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçı, cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1MMC-nin 17.08.2020-ci il tarixli 40 saylı hesabatından görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 80000( səksən min manat) təşkil edir. İş materiallarında olan “ƏBİ”İB-in 12-250 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 15.03.2013-cü il tarixi üçün orta bazar dəyəri 120000( bir yüz iyirmi manat) təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin MA seriyalı №0151859 saylı 18 mart 2021-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakı bazar dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndi, magistral yol kənarı ərazisində yerləşən , yaşayış məntəqəsi təyinatlı torpaq sahələrinin 0.01 ha üzrə orta bazar dəyəri 15 sentyabr 2015-ci tarixinə 15.000( on beş min)-17.000( on yeddi min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin çıxarışından görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi 25.12.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh4 MMC-nin 09 mart 2021-ci il tarixli SEM/F 02-013/21 saylı rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 09 mart 2021-ci il tarixə bazar dəyəri 88000( səksən min manat), likvid dəyəri 79200 manat ( yetmiş doqquz min iki yüz) manat təşkil edir. İş materiallarında olan 30.06.2021-ci il tarixli ipoteka premetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, 4 saylı notariat ofisi İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə vaxtında ödənilməmiş 45851,52 AZN borc üzrə tutma yönəldilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/75 saylı 01 sentyabr 2020-ci il tarixli hərracın keçirilməsi haqqında “X1 Mərkəzi” MMC-ə ünvanlanmış sifariş məktubundan görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin satılması ilə bağlı hərracın keçirilməsi xahiş edilmiş, torpaq sahəsinin qiymətinin 80000 manat təşkil etməsi qeyd edilmişdir. İş materiallarında olan 09 sentyabr 2020-ci il tarixli 072 saylı “X1 Mərkəzi” MMC-nin bildirişindən görünür ki, "xxxx" ASC və İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 30 sentyabr 2020-ci il tarixdə saat 11:00-da ünvan 5 ünvanında 80.000 manata açıq hərrac yolu ilə satışa çıxarılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan 02 oktyabr 2020-ci il tarixli 133 saylı “X1 Mərkəzi” MMC-nin bildirişdən görünür ki, "xxxx" ASC və İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 21 oktyabr 2020-ci il tarixdə saat 11:00-da ünvan 5 ünvanında 68.000 manata açıq hərrac yolu ilə satışa çıxarılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan “MARKET” qəzetinin təsdiq edilmiş surətlərinndən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı hərracın keçirilməsi qaydası və tarixi barədə elan verilmişdir. İş materiallarında olan Bakı Qiymətləndirmə Mərkəzi MMC-nin 21 saylı qiymətləndirmə aktından görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi 12.03.2021-ci il tarixə bazar dəyəri 195000 manat təşkil dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2020-ci il oktyabr ayında yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Qanunun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43-cü maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri 4 saylı Notariat Kontorunun 579 saylı,30.06.2020-cı ıl tarixli icra sənədinə əsasən Abşeron rayon icra və probasiya şöbəsinin icraatında 82629X2020-27-6-003 saylı icra isi açılmış.iş üzrə üzrə 01 iyul 2020ci il tarixli qərarla tələbkar “Bank Respublika" ASC-nin xeyrinə 45851.52 manat pul tutulması qənaətinə gəlinmişdir. Daha sonra Abşeron rayon icra və probasiya şöbəsinin 28.07.2020-ci il tarixli, 17X75- 11-20-4 saylı məktubu ilə Abşeron rayon Məmmədli (Məhəmmədli) kəndi ərazisindəki 0.12 ha. torpaq sahəsiniin qiymətləndiirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilmiş.həmin torpaq sahəsi “Tərəqqi" MMC-nin “17" avqust 2020-ci il tarixli, " 40 " saylı rəyi ilə 80 min manat dəyərləndirilmişdir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana bildirişlər göndərmiş və qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC hərracda qalib alıcı olmuşdur. Bununla yanaşı məhkəmə cavabdehlər tərəfindən 3 dəfə hərracın keçirilməsi barədə iddiaçının istinad etdiyi iddia tələbinin dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə hərrac təşkilatının 3-cü dəfə hərrac keçirməsi müəyyən olunmur. İddiaçının həmin fakta dair izahatları formal mülahizələrə əsaslanmaqla, məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. İş materiallarında Cavabdeh4 MMC-nin 09 mart 2021-ci il tarixli SEM/F 02-013/21 saylı rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 09 mart 2021-ci il tarixə bazar dəyəri 88000( səksən min manat), likvid dəyəri 79200 manat ( yetmiş doqquz min iki yüz) manat təşkil edir. Məhkəmə qiymətləndirilmə üzrə nəticələrin ləğv edilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi, İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin hərracda satış qiyməti – 80 000 manat müəyyən edilmişdir. Qəzetdə verilən elanlarda əmlakın göstərilən ilkin satış qiyməti öz əksini tapmış, təkrar keçirilmiş ekspertiza ilə həmin qiymət müəyyən edilmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində mübahisələndirdiyi - həmin daşınmaz əmlakın qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında mübahisəli əmlakın həmin dövrdə bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə iddiaçının sadaladığı dəlillərlə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı məhkəməyə 22.09.2020-ci il tarixli iddia ərizəsi ilə müraciət edərkən, cavabdeh "xxxx" MMC-nin 17.08.2020-ci il tarixli qiymətləndirmə rəyini mübahisələndirmiş, həmin rəyin əsassız olduğunu, bu səbəbdən də etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, mübahisəli məsələ ilə bağlı məhkəmə xüsusi biliyə malik deyildir, belə kateqoriya işlərdə adətən məhkəmə araşdırması üçün bu sahədə xüsusi biliyə malik olan şəxslərin rəyinə ehtiyac yaranır. Həmin zərurətdən irəli gələrək məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirilmə ekspertizasının aparılması Cavabdeh4 MMC-yə həvalə edilmişdir. Lakin iddiaçı sonuncunun təqdim etdiyi rəy ilə razılaşmayaraq, həmin MMC-ni də cavabdeh qismində cəlb etmişdir. Halbuki iddiaçı bu zaman sözügedən ekspert rəyi ilə razılaşmadıqda məhkəməyə təkrar ekspertiza təyin edilməsi barədə vəsatətlə müraciət edə bilərdi. Bunun əvəzinə isə iddiaçı özü tərəfindən müstəqil ekspert rəylərini təqdim etməklə, iddiasının təmin edilməsinə nail olmağa çalışmışdır. Məlum olduğu kimi, tərəflərin təqdim etdiyi sübutların mötəbərliliyi şübhə doğurarsa, məhkəmə öz təşəbbüsü ilə həmin sübutların mötəbərliliyinin yoxlanılması üçün müvafiq eksperiza təyin edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh4 MMC-nin 09 mart 2021-ci il tarixli SEM/F 02-013/21 saylı rəyi əsaslıdır, onun etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Digər tərəfdən məhkəmə Cavabdeh1 MMC-nin 17.08.2020-ci il tarixli qiymətləndirmə rəyi ilə bağlı qeyd edir ki, təxminən bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10- 15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda Məhkəmə qiymət qoyulduğu dövrdə, Cavabdeh1 MMC və Cavabdeh4 MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar kifayət qədər əsaslandırılmışdır, mübahisəli sahələrə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əmlakın qiymətləndirilməsinə rəyin ləğvinə dair hissəsində də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul İddiaçı tutularaq, "X5" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ33GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-yə, X1 Mərkəzi” MMC-yə, "xxxx" ASC-yə, Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, "X5" MMC-yə qarşı (Abşeron rayon icra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə rəyin, hərrac protokolunun, onun nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul İddiaçı tutularaq, "X5" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ33GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-396/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-396/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver