Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3962/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehlə ümumi övladı olan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün əvvəlki dövr üçün 3 illik müddət də hesablanmaq şərti ilə, 18 yaşına çatanadək, hər ay, hər uşağa hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində, yəni 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə alınıb verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh ilə rəsmi nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Hal-hazırda cavabdehlə rəsmi nigahı yoxdur, məhkəmə qaydasında pozulub. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8671/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən oğlunun himayəsi iddiaçıya verilmişdir. Övladı doğulandan bu yana cavabdeh iddiaçı ilə yaşamır və uşağa heç bir maddi yardım etmir, bu səbəbdən dolayı iddiaçı uşağının 18 yaşı tamam olan günədək saxlanması üçün alimentin alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət edir. Cavabdeh X3 iştirak etmək üçün rəsmi olaraq dəvət edilsə də, iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Lakin cavabdehin vəkili Vəkil ərizə ilə müraciət edərək, Cavabdeh iştirakı olmadan və xəbəri olmadan iddiaçı boşanmaya dair Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8671/2021-007 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, birgə nikahdan olan uşaqları X4 atası İddiaçı himayəsinə verilmişdir. Uşaq ananın himayəsində olmasına baxmayaraq bu qətnamədən cavabdehin xəbəri və məlumatı olmamışdır, qətnamədən hazırki aliment tələbinə dair iddia ərizəsi əsasında məlumatımız olmuşdur. xx.xx.2023-cü il tarixdə həmin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin təsdiq olunmuş surətini kassasiya şikayəti vermək üçün alınmasına dair rəsmi müraciət etmişlər. Qətnamənin surəti rəsmi qaydada verilən kimi kassasiya şikayəti verəcək. Odur ki, hazırda məhkəmənin icraatında olan mülki işin icraatının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək dayandırılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 706758 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 947 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8671/2021 saylı qətnaməsinə əsasən, İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-569/21 saylı, 06 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli X3 (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf İddiaçı, iştirak etməyən tərəf isə Cavabdehdır. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-812/2019 saylı, xx.xx.2019-cu il tarixli qətmanəsi ilə tərəflərin nikahı pozulmuş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8671/2021 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X4 atası İddiaçı himayəsinə verilmişdir. İddiaçı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş edir. İddiaçı övladlarının maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq, aliment tələbinin qismən təmin edilməsini, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə, iddiaçının əvvəlki 3 il müddətinə alınmamış alimentin nəzərə alınması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı alimentin əvvəlki üç illik müddət üçün cavabdehin ödəməkdən boyun qaçırmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı bu hallar sübuta yetməmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə eyni zamanda cavabdehin vəkili Vəkil ərizə ilə bağlı qeyd edir ki, sonuncu məhkəmənin icraatında olan mülki işin icraatının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək dayandırılmasını xahiş etsə də, həmin şikayətin məhkəmənin icraatına qəbul edilib-edilməyəcəyi barədə məhkəmədə məlumat mövcud deyil. Bundan əlavə məhkəmə prosesində xx.xx.2015-ci il təvəllüdlü X4 ilə mobil telefon vasitəsilə görüntülü əlaqə saxlanılmış və azyaşlının hal-hazırda iddiaçı (atası) İddiaçı himayəsində olduğu əyani şəkildə təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3962/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3962/2023
14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver