Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3993/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X1 arasında olan xx xxxxxxx 2016-cı il tarixli müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli müqavilənin 5.3-cü bəndindən görünür ki, bu müqavilənin şərtlərinin icrası nəticəsində yaranan narazılıqlara səbəb olan məsələlər tərəflər arasında danışıqlar yolu ilə həll olunmalıdır. Razılığa gəlmək mümkün olmadığı halda bütün mübahisəli məsələlər Azərbaycan Respublikasında mövcud olan qanunverilcikdə nəzərdə tutulmuş qaydada məhkəmədə həll olunacaq. Bununla belə iddiaçı bu qaydalara riayət etmədən məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı müqavilə ilə nəzərdə tutulmuş qaydaya riayət edilməsilə işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd edilənlərə əsasən iddiaçıya hazırki iddia ərizəsində göstərilən tələblərlə bağlı müvafiq ərizə ilə məhz cavabdehə müraciət etdikdən sonra ərizəsinə rəsmi cavab ala bilmədiyi halda və ya iddiaçının ehtimal etdiyi hüquqları təmin olunmadığı təqdirdə müvafiq iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədin əlavə edilmədiyini nəzərə alıb hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3993/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3993/2020
30.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver