Məhkəmə qərarları › İş №2(005)-3997/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3997/2020

07.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3997/2020 07.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü il tarixdə faktiki nikah münasibətinə girməklə ailə həyalı qurmuşdur. Bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü Emil və xx.xx.2016-cı il təvəllüdlü Cəmil adlı uşaqları doğulmuşdur. Cavabdehlə ər-arvad münasibətləri pozulduğu üçün 2018-ci il tarixdə ayrılmışlar. Cavabdehin iddiası ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2015-ci il təvəllüdlü Cəlilzadə Emil Rövşən oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Cəlilzadə Cəmil Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimenl tutularaq Cavabdeh verilməsi qət edimişdir. Qeyd edir ki, məhkəmə tərəfindən aliment təyin edilərkən o, işləyib alimenti ödəyir, ancaq indi heç bir yerdə işləmədiyi üçün alimenti ödəyə bilmir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə uşaqların saxlanması hər iki valideynin borcudur. Cavabdeh işləyir və aylıq məvacibi yetərincə çoxdur. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ödəməli olduğu hər uşaq üçün 160 (yüz altmış) manat məbləğində alimentin məbləğinin azaldılaraq hər uşaq üçün 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat həcminə salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin əsassız olduğunu bildirdi və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddia ərizəsinə etiraz təqdim edərək etirazında bildirmişdir ki, o, 2014-cü il tarixdə faktiki nikah münasibətinə girməklə İddiaçı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü Emil və xx.xx.2016-cı il təvəllüdlü Cəmil adlı uşaqları doğulmuşdur. İddiaçı ilə ər-arvad münasibəti pozulduğu üçün 2018-ci il tarixdə ayrılmışlar. İddia ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Cəlilzadə Emil Rövşən oğlunun və xx.xx.2016-cı il təvəllüdlü Cəlilzadə Cəmil Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq mənə verilməsi qət edilmişdir. Qeyd edilənlərlə əlaqədar bildirmək istəyir ki, iddiaçının qeyd etdiyi kimi uşaqlara baxmaq valideynlərin borcudur. Lakin, İddiaçı öz uşaqlarına baxmaqdan imtina etməsi və alimentin mümkün qədər az ödəməsinin məhkəmədən xahiş etməsi yolverilməzdir. Bundan başqa onun aylıq məvacibi 806.00 (səkkiz yüz altı 00 qəpik) manat təşkil edir. Həmin puldan o, xx xxxxxx 2017-ci il tarixli 17/254 saylı ev-kredit müqaviləsinə əsasən 30 illik olaraq hər ay 346.79 manat, 30 manat fond pulu, komunal xərclər 60 manat və uşaqların baxça və məktəbəqədər hazırlığına görə hər uşağa 70 manat pul ödəyir. Belə ki, cəmi 576.79 manat məbləğində onun aylıq xərcləri ancaq qeyd etdiklərinə çıxır. Bundan əlavə geridə qalan 229.21 manatla həyat üçün lazım olan xərclərin ödənişinə sərf olunur. Göründüyü kimi, tək qadın olaraq 2 uşağın saxlanlımasına çətinlik çəkdiyini, İddiaçı tərəfindən yardım etməklə öz uşaqlarına alimentin artıq və ya sabit qalaraq ödəməsi əvəzinə alimentin aşağı hesablanması tələbi nə dərəcədə düzgündür. Əlavə olaraq qeyd etmişdir ki, İddiaçı hətta işlədiyi dövr ərzində alimentin 2 ayını (avqust, sentyabr) heç ödəməmişdir belə. Göründüyü kimi, işlədiyi dövr ərzində belə ödəməkdən boyun qaçırmışdır. Yəni, İddiaçı işsizliyi bəhanə gətirərək alimentin ödəməsindən boyun qaçırır. Onun tələbi heç bir qanuna nə də hər-hansı bir vicdana sığmır. Şərh olunanlara görə, İddiaçı iddiasının əsassız hesab edilərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1673/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Cəlilzadə Emil Rövşən oğlunun və xx.xx.2016cı il təvəllüdlü Cəlilzadə Cəmil Rövşən oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulma vaxtı xx.xx.2018-ci il tarixdən hesablanması və qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli müraciəti əsasında məşğulluq xidmətində iş axtaran kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat tərəfindən verilmiş AZ-İİİ seriyalı 475047 saylı xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Cəlilzadə Emil Rövşən oğlu xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat tərəfindən verilmiş AZ-İİİ seriyalı 871266 saylı xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Cəlilzadə Cəmil Rövşən oğlu xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının alimentin azaldılması barədə dəlillərini əsassız hesab edir. Belə ki, alimetin təyin edildiyi məhkəmə qətnaməsi 2018-ci il tarixdə çıxarılmışdır və qanunla 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. İddiaçıdan tutulan aliment bu minimumdan artıq olmamış, onun maddi və digər diqqətəlayıq maraqları nəzərə alınmaqla təyin edilmişdir və onun azaldılması üçün məhkəmə əsas görmür. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar