Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4011/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar xx.xx.2021-ci il tarixli 02 saylı əmri, xx.xx.2021-ci il tarixli 03 saylı əmri, xx.xx.2021-ci il tarixli 04 saylı əmri, xx.xx.2021-ci il tarixli 05 saylı əmri və xx.xx.2021-ci il tarixli 07 saylı əmrinin ona aid hissədə etibarsız hesab edilməsi, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cavabdehdə olan boşdayanmaya görə onun vəzifə maaşının 2/3 hissəsi olan 2904 manat əmək haqqının, mediasiya xərcinin əvəzi olan 50 manatın və Vəkil1 ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC-də qablaşdırıcı vəzifəsində işləmişdir. E-sosial.az internet saytından əldə etdiyi məlumata əsasən əmək haqqı xx.xx.2022-ci il tarixədək 295 manat olmuş, xx.xx.2022-ci il tarixdən etibarən 315 manat olmuş və əmək müqaviləsinə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin kadrlar şöbəsinə çağırıb bildirmişlər ki, sabahdan müvəqqəti olaraq işə çıxmasın, ehtiyac olduğu zaman onu işə çağıracaqlar, ancaq bununla əlaqədar əmr və ya digər sənəd təqdim etməmişlər. Vəkili kimi məzununiyyət əmrlərinin təqdim olunması barədə cavabdehə 31/07 saylı xx.xx.2022-ci il tarixli vəkil sorğusu vermiş, lakin cavabdeh həmin vəkil sorğusuna cavab verməmişdir. ƏƏSMN yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə 42/08 saylı xx.xx.2022-ci il tarixli vəkil sorğusu vermiş, qeyd olunan idarədən ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar əmrlərin surətini əldə etmişdir. Məlum olmuşdur ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 09 saylı əmrinə əsasən 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, cavabdehin xx.xx.2019-cu il tarixli, 10 saylı əmrinə əsasən xx.xx.2019-cu il tarixli, 09 saylı əmrin müddəti 3 ay uzadılmış, cavabdehin xx.xx.2019-cu il tarixli 11 saylı əmrinə əsasən xx.xx.2019-cu il tarixli, 10 saylı əmrin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli, 01 saylı əmrinə əsasən xx.xx.2020-ci il tarixdən 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, cavabdehin xx.xx.2020-ci il tarixli, 04 saylı əmrinə əsasən xx.xx.2020-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. Belə aydın olur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli, 05 saylı əmrinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmış, cavabdehin xx.xx.2021-ci il tarixli 01 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, 02 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, cavabdehin xx.xx.2021-ci il tarixli, 03 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, 04 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, cavabdehin xx.xx.2021-ci il tarixli 05 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən geri çağırılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, 07 saylı əmrinə əsasən xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Beləliklə, 3 il 15 gün müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır, belə vəziyyət isə boşdayanma sayılır, cavabdeh tərəfindən boşdayanma zamanı onun vəzifə maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, müəssisədə mövcud olan kollektiv müqavilənin 4.10-cu bəndinə əsasən, istehsal və satışın olmaması yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssəsisənin normal fəaliyyət göstərməsinə mane olan, o cümlədən dövlət orqanlarının qəbul etdikləri qərarlar və ya onların nümayəndələrinin hərəkətləri məhkəmə qarşısında mübahisələndirilərkən müəssisənin fəaliyyət göstərməməsi zamanı işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla bir təqvim ilində bir neçə dəfə ola bilər. Müəssisənin 01 saylı, xx.xx.2021-ci i tarixli əmri ilə məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 02 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. 03 saylı, xx.xx.2021-ci il tarixli əmrlə məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 04 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İddiaçının tələbi 2021-ci il üzrə olduğu üçün göründüyü kimi bu aylarda işçilər, o cümlədən iddiaçı ödənişsiz məzuniyyətdə olduğu üçün həmin müddətə əmək haqqının verilməsi mümkün deyildir. Oxşar tələblə digər bir iddiaçı Məmmədova Hafizə 2019-cu ildə iddia qaldırmış, 2(005)-5174/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə iddia tələbi təmin edilmiş, X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqının üçdə iki miqdarı hesablanaraq "xxxx" ASC tərəfindən ödənilməsi qərara alınmışdır. Lakin bu qətnamədən verilən şikayət əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-2913/2020 saylı, xx.xx.2020 tarixli qətnamə qəbul edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5174/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən iddiaçı X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqının hesablanaraq ödənilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Əmək Məcəlləsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 169-cu maddəsinin hazırki mübahisəyə tətbiq olunması üçün əsaslar mövcud deyil. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan mənasına görə işçi ilə işəgötürənin razılığı əsasında, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. Bu o deməkdir ki, əsaslar olduğu təqdirdə 6 ayadək ödənişsiz məzuniyyətin verilməsi qanunidir. İşdən görünür ki, Kollektiv müqavilənin 4.10-cu bəndində işəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulmuşdur. Cavabdehin xx.xx.2019cu il tarixli 09 nömrəli əmri bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. Həmin əmrin müddəti xx.xx.2019-cu il tarixdə 3 ay, xx.xx.2019-cu il tarixdə isə yenidən 3 ay – xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmr vermiş, iddiaçıya xx.xx.2019-cu il tarixdə saat 08:00-da işdə olmağına dair bildiriş verilmişdir. Göründüyü kimi işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə əmrin verildiyi xx.xx.2019-cu il tarixdən 6 ay müddətində, yəni xx.xx.2019-cu il tarixədək ödənişsiz məzuniyyətin verilməsi qanuni olmuşdur. Həmin müddət başa çatdıqda işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə əmr verilməmiş, bu barədə əmr isə yalnız xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu baxımdan qanunla ödənişsiz məzuniyyətin verilmə müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq həmin müddətin 6 aydan çox - xx.xx.2019-cu il tarixədək uzadılması qanunsuz olmuşdur.” Bu qətnamədən şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Oxşar tələblə əlaqədar digər iddiaçı X1 tələbi üzrə də 2(005)-5175/2019 saylı, xx.xx.2019 tarixli qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilmişdir. Lakin bu qətnamə də apellyasiya instansiyası tərəfindən qəbul edilən 2(103)-3337/2020 saylı, 8.09.2020-ci il tarixli qətnamə ilə ləğv edilmiş, iddia tələbi qismən təmin edilmişdir. Bu qətnamədən verilən kassasiya şikayəti 2(102)-1992/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarla təmin edilməmişdir. Ali Məhkəmə qərarda göstərmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası dəlillərə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq iddiaçının qanunda nəzərdə tutulan müddətdən artıq həddə ödənişsiz məzuniyyətdə olması təsdiq olunduğundan, məhz həmin müddət üçün ona ödənilməli məbləği müvafiq audit yoxlaması təyin edərək almış olduğu rəy əsasında müəyyən etmişdir.” Göründüyü kimi bu işlər üzrə Ali Məhkəmənin də mövqeyi apellyasiya instansiyasının mövqeyi ilə üst-üstə düşmüş, işlərin yalnız 6 aydan çox olan müddət üçün əmək haqqının ödənilməsi müəyyən edilmişdir. Aydın məsələdir ki, apellyasiya və Ali Məhkəmə etibarsız əmrlər əsasında qərar qəbul edə bilməz, əgər bu əmrlərin verilməsi qanunazidd olsaydı, digər oxşar tələblər üzrə qəbul edilən qərarlarda da məhkəmələr bunu nəzərə alardı. Həmçinin iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-il tarixədək boşdayanmaya görə əmək haqqı tələbinin 2021-ci ilin sentyabr ayına qədər olan hissəsi iddia müddəti keçməklə verildiyi üçün iddia müddətini tətbiq edərək, tələbin bu hissəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 209 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı “spirt istehsalı, süzülmə və araq süzmə sexində qablaşdırıcı” vəzifəsinə aylıq əmək haqqı 295 manat olmaqla işə qəbul edilmişdir; "xxxx" ASC-nin X7 xx.xx.2021-ci il tarixli, 02 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; "xxxx" ASC X7 xx.xx.2021-ci il tarixli, 03 nömrəli “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin surətindən görünür ki, X7 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin xx.xx.2021-ci il tarixdən geri çağırılması əmr edilmişdir; "xxxx" ASC-nin X7 xx.xx.2021-ci il tarixli, 04 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; "xxxx" ASC X7 xx.xx.2021-ci il tarixli, 05 nömrəli “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin surətindən görünür ki, X7 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin xx.xx.2021-ci il tarixdən geri çağırılması əmr edilmişdir; "xxxx" ASC-nin X7 xx.xx.2021-ci il tarixli, 07 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; "xxxx" ASC-nin 2020-2023-cü illər üçün kollektiv müqaviləsinin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC-nin işəgötürəni və müəssisə həmkarlar ittifaqı komitəsi əmək, sosial-iqtisadi və istehsalat sahəsində münasibətləri tənzimləyən bu kollektiv müqaviləni bağlayırlar (1.1-ci bənd). Kollektiv müqavilə 3 il müddətinə (2020- 2023)-cu illər üçün bağlanılır və tərəflər imzaladığı gündən qüvvəyə minir (1.3-cü bənd). Kollektiv müqavilə bütün müəssisə işçilərinə şamil edilir və onun normaları işəgötürən həmkarlar ittifaqı təşkilatı üçün məcburidir (1.4-cü bənd). İstehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssisənin normal fəaliyyət göstərməsinə mane olan, onun fəaliyyətinin dayandırılmasına səbəb olan hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla təqvim ilində bir neçə dəfə ola bilər (4.10-cu bənd); Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 29 nömrəli əmrin surətindən görünür ki, “qablaşdırıcı” vəzifəsində işləyən İddiaçı İmraz qızı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş məlumatlarının surətindən görünür ki, ixtisarla əlaqədar son haqq hesab olaraq İddiaçı İmraz qızına 601,74 manat ödəniş edilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci olaraq 50 manat İddiaçı İmraz qızı tərəfindən ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən "xxxx" ASC-də qablaşdırıcı vəzifəsində işləmişdir. İddiaçının əmək haqqı xx.xx.2022-ci il tarixədək 295 manat, xx.xx.2022-ci il tarixdən etibarən 315 manat olmuşdur. "xxxx" ASC İdarə Heyətinin sədri ilə Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü illər üçün kollektiv müqavilə bağlanmışdır. Müqavilənin 4.10-cu bəndində istehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılmasına səbəb olan hallar olduqda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxilması nəzərdə tutulmuşdur. 22 may 2019-cu il tarixdən başlayaraq "xxxx" ASC-nin X7 müxtəlif əmrləri ilə İddiaçı Əmək Məcəlləsinin 129cu maddəsinin 2-ci bəndinə istinad edilməklə 3 ildən çox müddətə ödənişsiz məzuniyyətə buraxılmışdır. "xxxx" ASC-nin X7 xx.xx.2021-ci il tarixli, 02 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış və xx.xx.2021ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. "xxxx" ASC-nin X7 xx.xx.2021-ci il tarixli, 04 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən geri çağırılmışdır. "xxxx" ASC-nin X7 xx.xx.2021-ci il tarixli, 07 saylı əmrinə əsasən xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022ci il tarixdə işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı məzuniyyətə buraxılma və geri çağırılma haqda əmrlər qanunvericiliyə zidd olduğundan ona aid hissədə əmrlərin etibarsız hesab edilməsini, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi). Əmək, sosial-iqtisadi, məişət və digər münasibətlərin tənzimlənməsi məqsədilə işəgötürən, əmək kollektivi və ya həmkarlar ittifaqları təşkilatı arasında yazılı formada kollektiv müqavilə bağlana bilər. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər (Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi). Əmək Məcəlləsinin 31-ci maddəsinin 3 və 4-cü hissələrinə uyğun olaraq, kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən bu Məcəllədə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir. Göründüyü kimi, kollektiv müqavilənin əsas məqsədi işəgötürən ilə işçilər arasında əmək, sosial, iqtisadi və digər münasibətlərin tənzimlənməsidir. Kollektiv müqavilələrdə Əmək Məcəlləsinə nisbətən işçilərin hüquqlarını məhdudlaşdıran normaların nəzərdə tutulmasına yol verilmir. Hazırki iş materiallarına əlavə edilmiş və cavabdehin etirazında istinad etdiyi kollektiv müqavilənin 4.10-cu bəndindən görünür ki, istehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssisənin normal fəaliyyət göstərməsinə mane olan, onun fəaliyyətinin dayandırılmasına səbəb olan hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla təqvim ilində bir neçə dəfə ola bilər. Bununla bağlı qeyd edilməlidir ki, kollektiv müqavilədə işçilərin müvafiq hallarda ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulsa da, bu hal işəgötürən tərəfindən məzuniyyətə buraxılma barədə əmr verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl edilməməsi və yaxud işçilərin Məcəllədə nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırıla biləcəyi anlamına gəlmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinə görə ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddənin məzmunundan göründüyü kimi, ödənişsiz məzuniyyət işəgötürən tərəfindən birtərəfli qaydada deyil, altı aydan çox olmamaqla tərəflərin mülahizəsinə əsasən verilə bilər. Eyni zamanda Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. İş materiallarından göründüyü kimi, "xxxx" ASC ödənişsiz məzuniyyətə buraxılma barədə əmrlər ilə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla işçiləri, o cümlədən hazırki iş üzrə iddiaçını ödənişsiz məzuniyyətlərə buraxmışdır. Cavabdeh tərəfindən bu cür əmrlər Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla il ərzində bir neçə dəfə təkrarlanmış, 2021-2022-ci illər üzrə hər dəfə 6 ay olmaqla, davamlı olmuş (3-4 gün fasilə verilməklə), demək olar ki, iddiaçı bütün il ərzində əmək müqaviləsinə xitam verilənədək ödənişsiz məzuniyyətdə olmuşdur. Lakin bu cür əmrlər verilərkən kollektiv müqavilədə nəzərdə tutulmasına baxmayaraq, ƏM-in 129-cu maddəsinə uyğun olaraq, ödənişsiz məzuniyyətin tərəflərin mülahizəsinə əsasən müəyyən edilməsi nəzərə alınmamışdır. Belə ki, cavabdeh əmrlər verilərkən iddiaçının mülahizəsinin nəzərə alınmasını, onun bu barədə əvvəlcədən xəbərdar edilməsini, ödənişsiz məzuniyyətin müddəti ilə razı olubolmamasının müəyyənləşdirilməsini, məzuniyyətə göndərilmə və məzuniyyətdən çağrılma barədə əmrlərin ona təqdim edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 138-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. İş materiallarına əlavə olunmuş əmrlərdən və iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi, cavabdeh iddiaçı ilə razılaşdırmadan onun barəsində ödənişsiz məzuniyyətə buraxılma barədə əmrlər verərək iddiaçını ödənişsiz məzuniyyətlərə buraxmaqla, əmrdə iddiaçının adı, atasının adı və soyadı, vəzifəsi, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra iddiaçının işə başlamalı olduğu il, ay və günü göstərməməklə, iddiaçını qeyd olunan əmrlərlə tanış etməməklə, Əmək Məcəlləsinin 138-ci maddəsinin 1 və 2-ci hissələrinin tələblərini kobud surətdə pozmuşdur. O da nəzərə alınmalıdır ki, işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılmasına yalnız işin normal ahəngini pozan qarşısıalınmaz amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan hallar mövcud olduqda yol verilir. Digər hallarda ödənişsiz məzuniyyət qrup halında deyil, yalnız tərəflərin mülahizəsinə, yəni işçi ilə işəgötürənin qarşılıqlı razılığına əsasən altı aydan çox olmayaraq fərdi şəkildə verilə bilər. Hazırki işdə isə işçilərə qrup halında məzuniyyət verilməsi səbəbi kimi məhsul və istehsal satışının dayanması göstərilmişdir. Bu hal isə əmək qanunvericiliyinə əsasən işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması əsası kimi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi, kollektiv müqavilələrdə işçilərin hüquqlarını əmək qanunvericiliyinə nisbətən məhdudlaşdıran müddəalar nəzərdə tutula bilməz. Həmçinin yuxarıda göstərildiyi kimi, ödənişsiz məzuniyyətin müddəti qanunvericilikdə 6 ay müddətlə məhdudlaşdırılmışdır. Hazrki işdə isə iddiaçı 2019-2022-ci illər üzrə davamlı olaraq, 6 aydan bir məzuniyyətdən geri çağırılma, yenidən ödənişsiz məzuniyyət verilmə barədə əmrlərlə 3 ildən çox müddətə ödənişsiz məzuniyyətdə olmuşdur. Bu hal isə işəgötürənin hüquqlarından sui-istifadə etməsinin və davamlı olaraq ödənişsiz məzuniyyətə göndərmək barədə əmrlər verməklə əmək qanunvericiliyinin tələblərini pozmasının göstəricisidir. Əmək Məcəlləsi ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət müəyyən edən 310-cu maddəyə əsasən isə istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Göründüyü kimi, işçilərin qrup halında davamlı olaraq ödənişsiz məzuniyyətə buraxılması və minimum əmək haqqından məhrum edilməsi daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından suiistifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-nin ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar xx.xx.2021-ci il tarixli 02 saylı əmri, xx.xx.2021-ci il tarixli 03 saylı əmri, xx.xx.2021-ci il tarixli 04 saylı əmri, xx.xx.2021-ci il tarixli 05 saylı əmri və xx.xx.2021-ci il tarixli 07 saylı əmri verilərkən qanunvericiliyin yuxarıda sadalanan tələbləri pozulduğundan iddia tələbi həmin hissədə təmin edilməli və göstərilən əmrlər iddiaçıya aid hissədə etibarsız hesab edilməlidir. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərdə boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, boşdayanma vaxtı - əmək münasibətləri prosesində təsadüf olunan elə bir haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilmir. Boşdayanma işəgötürənin təqsiri üzündən və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləği tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə işəgötürən hasilat normalarının yerinə yetirilməsi üçün işçiyə iş şəraitinin minimum şərtlərini mütləq təmin etməlidir. Müvafiq şəraitin yaradılmamasına görə boşdayanma vaxtı işəgötürənin məsuliyyətinə aiddir və onun təqsiri üzündən boşdayanma kimi qəbul olunmalıdır. Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Eyni Məcəllənin 233-cü maddəsinin 5-ci hissəsində göstərilmişdir ki, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Nəzərə alınmalıdır ki, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir (Əmək Məcəlləsinin 155.1 və 156.1-ci maddələri). İşçidən asılı olmayan hallara görə zəruri iş şəraitinin təmin edilməməsi halında işçinin Konstitusiyada və Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq təminatları almaq hüququndan məhrum edilməsi ədalət prinsipi ilə ziddiyyət təşkil etmiş olur. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsini tələb edir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək İddiaçı cavabdeh "xxxx" ASC-dən 2021-ci ilin 1 aprel tarixindən 2022-ci ilin 08 iyun tarixinə qədər boşdayanmaya görə əmək haqqı tələbinin 2021-ci ilin sentyabr ayına qədər olan hissəsi iddia müddəti keçməklə verildiyi üçün iddia müddətini tətbiq edərək tələbin bu hissəsinin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4 və 6-cı hissələrinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı iddia müddətinin bərpası haqqında ərizə verərək göstərmişdir ki, məhkəmə iddia tələbinin “01 aprel 2021-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək” olan hissəsi üçün iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü qənaətinə gələrsə, cavabdehin iddiaçının ərizəsi olmadan onun barəsində ödənişsiz məzuniyyətə buraxılma barədə əmr verərək iddiaçını ödənişsiz məzuniyyətə buraxdığını, həmin əmrdə iddiaçının adı, atasının adı və soyadı, vəzifəsi, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra iddiaçının işə başlamalı olduğu il, ay, gün göstərmədiyini, iddiaçını qeyd olunan əmrlə tanış etmədiyini və iddiaçının ondan maddi cəhətdən asılı olmasından istifadə etməsini, habelə cavabdehin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirdiyini (hüquqlardan sui-istifadə etdiyini), eləcə də mübahisənin predmetinin müəyyən olunması məqsədilə iddiaçının və onun vəkilinin mübahisənin mahiyyəti barədə cavabdehdən zəruri sənədləri müstəqil əldə etmək imkanı olmadıqları üçün cavabdehə qarşı məhkəmədə iddia qaldıra bilmədiklərini nəzərə alaraq, məhkəmə tərəfindən buraxılmış hesab edilən həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Lakin məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi dövrə münasibətdə qeyd edir ki, iddiaçı 2021-ci ilin aprel ayından başlayaraq hər ay əmək haqqı almalı olduğu halda almamışdır. Bu isə iddiaçının həmin dövrlərdə əmək haqqının alınması ilə bağlı hüququnun pozulduğunu bilməməsini istisna edir. Bu baxımdan iddiaçının ödənişsiz məzuniyyətə buraxılması ilə bağlı əmrləri və digər sənədləri əldə edə bilməməsi işəgötürənə qarşı pul tələbi ilə məhkəməyə müraciət etməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq isə son bir il ərzində əmək haqqının ödənilməsini tələb etmək hüququna malikdir. Əmək haqqı hər ay alındığından iddia müddəti yalnız əmək müqaviləsinə xitam verildiyi dövrdən, yəni xx.xx.2022-ci il tarixdən əvvəlki 1 il dövrü üçün tələb edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan dövr üçün boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsi ödənilməlidir. Beləliklə, məhkəmə əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli tarif (vəzifə) maaşının xx.xx.2022-ci il tarixədək 295 manat olduğunu, həmin tarixdən isə 315 manat müəyyən edildiyini, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilmədiyini nəzərə alaraq hesab edir ki, bu aylar üzrə iddiaçıya işçinin təqsiri olmadan istehsalatda boşdayanma qaydalarına uyğun olaraq, yəni taarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında, (2021-ci ilin iyun ayında (ayın 8-dən başlayaraq) iddiaçının 15 iş günü olması, 2022-ci ilin yanvar ayında 295 manat maaşla 11 iş günü və 315 manat maaşla 7 iş günü olması nəzərə alınmaqla (295:20x15)+(295x6)+180,27= 2171,52x2/3=1447,68, 315 manat maaşla 2022-ci il yanvar ayının 22-dən başlayaraq 122,5+(315x4)+94,5=1477x2/3=984,66, 1447,68+984,66=2432,34) 2432,34 manat məbləğində pul "xxxx" ASC-dən alınaraq ödənilməlidir. İddia qalan hissədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək haqqının 2/3 hissəsinin ödənilməsi hissəsində iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində də iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Vəkil1 hesabına 100 manat məbləğində pul köçürülmüşdür. Həmçinin mediasiya xərci olaraq 50 manat məbləğində pul dənilmişdir. Məhkəmə vəkilə ödənilmiş 100 manat pulun ağlabatan məbləğ olduğunu və məhkəmə xərclərinin ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq hesab edir ki, 83 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin mediasiya xərclərini ödəmiş tərəfin çəkdiyi xərcləri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəfdən tələb etmək hüququna malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar xx.xx.2021-ci il tarixli 02 saylı, xx.xx.2021-ci il tarixli 03 saylı, xx.xx.2021-ci il tarixli 04 saylı, xx.xx.2021-ci il tarixli 05 saylı və xx.xx.2021-ci il tarixli 07 saylı əmrləri İddiaçı aid hissədə etibarsız hesab edilməli, cavabdeh "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətindən 2432,34 manat məbləğində pul, ödənilmiş tələblərə mütənasib olaraq hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 83 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul, cəmi 2565,34 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar xx.xx.2021-ci il tarixli 02 saylı, xx.xx.2021-ci il tarixli 03 saylı, xx.xx.2021-ci il tarixli 04 saylı, xx.xx.2021-ci il tarixli 05 saylı və xx.xx.2021-ci il tarixli 07 saylı əmrləri İddiaçı aid hissədə etibarsız hesab edilsin. Cavabdeh "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətindən 2432,34 manat məbləğində pul, ödənilmiş tələblərə mütənasib olaraq hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 83 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul, cəmi 2565,34 (iki min beş yüz altmış beş manat, otuz dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4011/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4011/2022
19.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver