Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4035/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Firudinovnaya qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Firudinovnaya qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının 1/6 hissəsində alimentin tutularaq, Cavabdeh ödənilməsi və mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-477/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə Əzizova (Mursakulova) Aynur Firudinovna ilə mənim aramda olan, Bakı Nikah Evində 590 saylı akt qeyd ilə qeyd alınmış xx.xx.2015-ci il tarixli nikah pozulmuşdur. Həmçinin birgə nikahımızdan olan xx.xx.2016-cı il təvəllüdlü X8 anası, Əzizova (Mursakulova) Aynur Firudinovnanın yanında qalması, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bütöv gəlirlərinin 1/4 hissəsi həcmində alimentin ondan tutularaq, Əzizova (Mursakulova) Aynur Firudinovnaya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra vaxtı-vaxtında İddiaçı tərəfindən icra olunur. Lakin cavabdeh tərəf qanuni qüvvəyə minmiş qətnamə və bunun əsasında olan icra vərəqəsinin olmasına baxmayaraq, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X9 İddiaçı ilə görüşməkdən yayındırır. Həmçinin bildirir ki, xx.xx.2021-ci il tarixdə Əzizov X2 Nərgiz Rauf qızı ilə birgə nikaha girərək, ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X10 adlı oğlu dünyaya gəlmişdir. Hal-hazırda ailə vəziyyəti dəyişdiyindən hesab edir ki, cavabdehə ödədiyi alimentin miqdarında dəyişiklik olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-477/2021 saylı 19 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, X1 İddiaçı qarşı nikahın pozulması, uşağın himayəsi və alimentin tutulması tələbinə dair ilk iddiası təmin edilməsi,. X12 ilə X4 arasında xx.xx.2015-ci il tarixdə Bakı Nikah Evində 590 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 anası X1 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay bütün növ gəlirlərinin ¼ hissəsi həcmində alimentin İddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. 2 saylı Bakı “Asan xidmət” X6 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AZ-İİ 463253 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı və X5 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərə Əzizov, arvada Əzizova soyadları verilmişdir. 1 saylı Bakı “Asan xidmət” X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV 750533 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r. “Azemis” elektron məhkəmə informasiya sistemindən vətəndaşın gəlir məlumatlarından görünür ki, İddiaçı əmək müqaviləsi məlumatlarından görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında “idarə qulluqçusu, siyahı/materiallar” ştatı üzrə işləyir və aylıq əmək haqqı 5666.67 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə görə, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbinin əsaslandırıldığı mülahizələrlə bağlı aşağıdakıları qeyd edir: İddiaçı ərizəsində birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X8 onunla görüşməsinə imkan verilmədiyinə əsaslanır. Məhkəmə bildirir ki, tərəf uşaqla ünsiyyətlə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər və ona uşaqla ünsiyyətdə olmaq üçün vaxt təyin edilməsini xahiş edə bilər. Hazırda iddiaçının dediyi həqiqət kimi qəbul edilsə belə, uşaqla ünsiyyətdə olmaması onu uşağı saxlamaq məsuliyyətindən azad etmir. İddiaçı tələbini həmçinin yenidən nikaha daxil olması və həmin nikahdan uşağının olması ilə əsaslandırır. Məhkəmə bildirir ki, qanunvericiliklə bütün uşaqların hüquq və mənafeləri eyni dərəcədə qorunur. İddiaçı yenidən nikaha daxil olduğunu bildirərək, həmin nikahdan bir uşağının olması səbəbindən ödənilən aliment məbləğinin azaldılmasını xahiş etsə də, əvvəlki nikahdan olan uşağının saxlanılması üçün ödədiyi məbləğin hazırki nikahdan olan uşağının saxlanılmasına çətinlik yaratdığını əsaslandırmamış, formal mülahizə ilə məhz ikinci nikahdan uşağı olduğu üçün alimentin azaldılmasını tələb etmişdir. Tələbinin qanuni və əsaslı olduğunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə iddiaçının formal mülahizəsinə görə uşağın yetkinlik yaşına çatanadək tutulmalı olan aliment məbləğinin azaldılmasını qanunsuz hesab edir. İddiaçı tələbini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etməklə onun ailə vəziyyətində baş vermiş dəyişikliklə əsaslandırır. Məhkəmə qeyd edir ki, həmin norma imperativ qayda müəyyən etmir. Tərəfin ailə vəziyyətində olan dəyişiklik bağlı məhkəmənin aliment məbləğini dəyişdirməsi vəzifəsini deyil, dəyişdirmək imkanını nəzərdə tutur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları mülki işə baxan məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla tətbiq edilməldir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Vətəndaşın gəlir məlumatlarında onun 5666.67 manat sabitr aylıq əmək haqqı aldığı müəyyən olunur. Ailə qanunvericiliyinə əsasən bir uşağin yetkinlik yaşına çatanadək saxlanılması üçün valideynin bütün növ gəlirlərindən hər ay ¼ hissədə aliment tutulur. Yenə ailə qanunvericiliyinə əsasən valideyjnin sabit aylıq gəlirləri barədə sübutlar olduqda aliment sabit pul məbləğində deyil, həmin gəlirlərin bir hissəsi məbləğində tutulur. Məhkəmə hesab edir ki, hazırda iddiaçıdan alimentin tutulması qaydası və məbləği mövcud qanunvericiliyə uyğundur. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh Firudinovnaya qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Firudinovnaya qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4035/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4035/2022
28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver