Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-407/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC cəlb edilməklə icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC cəlb edilməklə icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisində verilmiş 26 aprel 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 aprel 2022ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka saxlayan AZ 1078, ünvan 1 ünvanda yerləşən "xxxx"BOKT -nin tələbi ilə ipoteka qoyan ünvan 2nda qeydiyyatda olan İddiaçı məxsus olan ünvan 3 ünvanda 19 mərtəbəli binanın 13 mərtəbəsində yerləşən 98.4 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 140 nömrəli mənzilə yönəldilməsi, dəyəri 95000 manat olmaqla mənzil hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə icra qeydi verilmişdir. Hesab edirəm ki, həmin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Həmin icra qeydi hüquqi nəticələr yaratmır. İcra qeydində yazılanlar həqiqəti əks etdirmir. Məhkəmə iclasında İddiaçı izahat verərək tutma yönəldilən ipoetka predmetinin açıq hərracdan satış qiymətindən narazı olduğunu bildirərək, iddia tələbin təmin edilməsini xahiş etdi. Cavabdehə və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Bekə ki iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 2021/00835-İP nömrəli ipoteka müqaviləsinin surətindən məlum olur ki, “ipoteka qoyan” İddiaçı xx.xx.2021-ci il tarixli, 2021/00835 saylı kredit müqaviləsi üzrə “borc alan” X1 öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ünvan 3 ünvanda 19 mərtəbəli binanın 13 mərtəbəsində yerləşən 98.4 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 140 nömrəli mənzili “ipoteka saxlayan” "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2021-ci il tarixli, 2021/00835 saylı kredit müqaviləsinə əlavədən müəyyən olunur ki, X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 783,98 manat ödəniş etməli idi. xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X1 xx.xx.2021-ci il tarixli, 2021/00835 saylı kredit müqaviləsi üzrə 26407.54 manat əsasə borc, 4137,20 manat faiz borcu, 5706 manat cərimə borcu olmaqla cəmi 26254.74 manat borcu vardır. "xxxx" BOKT MMC tərəfindən X2 və İddiaçı ünvanlanmış bildiriş və onların təhvil alınmasına dair xəbərnamə və aktdan məlum olur ki, X2 və İddiaçı öhdəliklərinə 5 gün ərzində icra etmədikləri halda ipoteka predmetinə tutma yönəldiləcəyi barədə bildiriş göndərilmiş, X1 adına oln bildiriş xx.xx.2022-ci il tarixdə “Məmmədova” soyadlı şəxs tərəfindən imza atılmaqla alınmış, İddiaçı isə belə bir bildirişi artıq aldığını bildirərək götürməkdən imtina etmişdir. "xxxx" BOKT MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, X2 xx.xx.2021-ci il tarixli, 2021/00835 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini icra etmədiyi üçün ipoteka predmetinə tutuma yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmışxx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, ünvan 3 ünvanda yerləşən 140 nömrəli mənzilə tutma yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanı yönəldilməsi haqqında icra qeydindən məlum olur ki, xx.xx.2021-ci il tarixli, 2021/00835-İP nömrəli ipoteka müqaviləsinə əsasən borc alan X2 "xxxx" BOKT MMC-dən götürdüyü illik 32% olmaqla 36 ay müddətinə götüdüyü 18000 manat məbləğində kreditin və həmin kreditin öhdəliklərinin pozumasından yaranan 2021/00835 saylı kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 26250.74 manat məbləğində tutulmalı olan cəmi borc ipoteka saxlayan "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ünvan 3 ünvanda 19 mərtəbəli binanın 13 mərtəbəsində yerləşən 98.4 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 140 nömrəli mənzilə yönəldilməli, dəyəri 95000 manat olmaqla mənzil açıq hərracdan satılmalı, satıldıqdan sonra ən geci 1 ay ərzsində boşaldılmalı, icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün ödənilən 41.41 manat pul borcludan tutulmalıdır. İcra qeydi xx.xx.2022-ci il tarixdə aparılmışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Yuxarıda sadalanan mülki iş materiallarından və qanunvericilik müddəalarından aydın olur ki, X2 və "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00835 saylı kredit müqaviləsi əsasında tələbkar tərəfindən edilmiş müraciət əsasında Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçının iddia ərizəsində istinad etdiyi, əmlakın dəyəri ilə razı olmaması barədə dəlilinə münasibət bildirərək məhkəmə qeyd dir ki, ipoteka predmetinin 95000 manat dəyərində qiymətləndirilməsi birbaşa ipoteka müqaviləsinin 9.3-cü bəndində nəzərdə tutulub, müqaviləyə imza atan iddiaçı iradə ifadəsini bəyan etmiş olub. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC cəlb edilməklə icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-407/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-407/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver