Məhkəmə qərarları › İş №2(005)-4085/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4085/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4085/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyatının müəyyən edilməsi barədə məsələyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərzəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək mənəvi zərərə görə Cavabdeh1 10000 manat, Cavabdeh2 5000 manat, vəkil xidməti və dövlət rüsumuna görə 292,40 manat cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-89/2021 saylı 06.07.2021-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya tələbinə dai mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.5-ci maddəsinə istinad olunmaqla ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şahbuz Rayon Məhkəməsi mülki işin aidiyyat məsələsinə münasibətdə qeyd etmişdir ki, sübutların əksər hissəsi və hadisə Nərimanov Rayon ərazisində baş verdiyindən mülki iş baxılması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Hazırda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi Şahbuz Rayon Məhkəməsinə verilərkən aidiyyat qaydaları pozulmamışdır. Belə ki, iş materiallarında mövcud olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4565/2020 saylı 17.12.2020-ci il tarixli qərardadından görünür ki, hazırkı iddia tələbin ilə iddiaçı məhkəməyə müraciət etmiş və aidiyyat qaydaları pozulduğu üçün geri qaytarılmışdır. (iş vər.58) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4565/2020 saylı 17.12.2020-ci il tarixli qərardadından şikayət verilmiş və Bakı Apellasiya Məhkəməsinin 2(103)-2877/2021 saylı 19.02.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4565/2020 saylı 17.12.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.(iş vər.67-69) Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Xüsusilə qeyd olunmalıdır ki, “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ” və “şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasının yolverilməzliyi” konstitusion prinsiplərdir (Konstitusiyanın 62-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə görə, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya tələbinə dair mülki iş üzrə məhkəmə aidiyyatının müəyyən edilməsində fikir ayrılığı olduğundan mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32, 36-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar