Məhkəmə qərarları › İş №2(005)-4099/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4099/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4099/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx"ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx"ASC-ə qarşı “sığorta haqqının ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx"ASC-ə qarşı “sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X2 ölümü ilə bağlı sığorta haqqının "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki,o, qardaşı X7 avtomobil qəzasında həlak olduğuna görə sığorta ödəməsi barədə Meqa Sğorta ASC-yə müraciət etmiş, lakin verilmiş cavab qanuni əsaslı deyil və həqiqəti əks etdirmir. İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx"ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz etdiklərini bildirərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş: "xxxx"ASC-nin 22 aprel 2021-ci il tarixli 427-04/21 SH İddiaçı ünvanlanmış məktubdan görünür ki, Sizin 19.04.2021-ci il tarixli müraciətinizə (sığorta tələbinizə) cavab olaraq bildiririk ki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmış "Vaz 21074" markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin 05.01.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ilə hərəkət edən zaman yolu keçən piyadanı vurması və həmin hadisə nəticəsində qardaşınız X2 aldığı xəsarətlərdən ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi tərəfimizdən təfsilatı ilə araşdırılmışdır. İşin faktiki halları ilə bağlı nəzərinizə çatdırırıq ki, "İcbari Sığortalar haqqında" AR Qanununun 52.1-ci maddəsinə əsasən "Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasın ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və yi əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranma, faktı sığorta hadisəsi hesab olunur. Həmin qanunun 6.4-cü maddəsinə əsasən müh məsuliyyətin sığortası üzrə üçüncü şəxs öldüyü halda ailə üzvləri faydalanan şəxs hesab edilir. Qeyd olunan müddəadan da aydın olduğu kimi, üçüncü şəxsin ölməsi haiınc sığorta ödənişinin artcaq ölmüş şəxsin ailə üzvlərinə ödənilə biləcəyi vurğulanır. Nəzərinizə çatdırırıq ki, "İcbari sığortalar haqqında" AR qanununun məqsədləri üçün ailə üzvləri hesz olunan şəxslərin konkret siyahısı həmin qanunda göstərilir. Belə ki, "İcbari sığortal; haqqında" AR qanununun 6.5-ci maddəsinə əsasən "ailə üzvləri" dedikdə, şəxsin uşaqla (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri - valideynləri (övladlığa götürənləri) başa düşülür. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin 13.02.2020-cl il tarixli "Arayış"ın əsasən qardaşı X2 nikahı haqqında qeyd barədə məlumat "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadığı müəyyən edilmişdir. Qanunvericiliyin müddəalarından da aydın olduğu kimi, qardaşı X2 arvadı və uşaqları olmadığı üçün mərhumun ölümü ilə bağlı sığorta ödənişi yalnız onun valideynlərinə verilə bilər. X7m valideynləri vəfat etdiyi üçün və "İcbari sığortalar haqqında” AR qanununa əsasən X2 ailə üzvü hesab edilən digər şəxslər (arvadı və uşaqları) olmadığı üçün Cəmiyyət tərəfindən X2 ölümü ilə bağlı sığorta ödənişin verilməsindən imtina edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06.01.2020-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.01.2020-ci il tarixdə 162 №-ilə qeyd edilmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik haqqında 09 iyul 2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Mən, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 06.01.2020 tarixdə ölmüş MÖVSUMOV İLQAR PAŞA OĞLUNUN vərəsəsi BACİSİ,MOVSUMOVA ELMİRA PAŞA QİZİ - BAKİ ŞƏH., SURAXANİ RAY., ƏMİRCAN QƏS., 1847-ci KEÇİD, ev 8, mən. 34 ( AA*******, 11/01/2020 - ASAN 4) və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27.02.2016-cı il tarixdə X5 verilmiş ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.64 kv/m olan mənzildən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki işin mübahisəsiz hallarından görünür ki, İddiaçı 06.01.2020-ci il tarixdə vəfat etmiş X2 qanuni vərəsəsidir. "Vaz 21074" markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Həmin avtomobil 05.01.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ilə hərəkət edən zaman yolu keçən piyadanı - X6 vurmuş və həmin hadisə nəticəsində iddiaçının qardaşı X7 aldığı xəsarətlərdən ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. X2 yeganə vərəsəsi İddiaçıdır. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikasının qanunun 5.2.-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun: 6.1.-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2.-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 6.3.-cü maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsinin müvafiq müddəaları ilə hər bir icbari sığorta növü üzrə sığortalıların və ya sığorta olunanların konkret kateqoriyası müəyyən olunur. 6.4.-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Məhkəmədə hesab edir ki, cavabdeh "xxxx" ASC-nin yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş şəxsin yeganə vərəsəsi olan İddiaçı sığorta ödənişindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd edilən Qanunun müddəalarından görünür ki, fərdi qəza sığortası müqaviləsi üzrə faydalanan şəxslər qrupuna sığorta olunanın vərəsələri də daxildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının miras qoyanın ailə üzvü hesab edilmədiyindən ona sığorta ödənişinin ödənilməsindən imtina edilməsi ədalət və qanunçuluq prinsipləri baxımından yolverilməzdir. Mülki işdən göründüyü kimi, miras qoyan şəxsin nikahı qeydə alınmamış, bacısı – iddiaçı ilə eyni ünvanda yaşamışdır, özündən sonra qanun üzrə vərəsə ola biləcək başqa şəxslər mövcud deyil. Belə olan təqdirdə məhkəmə hesab edir ki, qanunun analogiyası tətbiq edilməklə, iddia tələbi təmin olunmalı, İddiaçı qardaşı İ.Mövsümovun ailə üzvü hesab olunmaqla, ona sığorta ödənişi ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia tələbi təmin olunmalı, cavabdeh "xxxx"ASC tərəfindən İddiaçı X2 ölümü ilə bağlı sığorta haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddə sinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh "xxxx"ASC tərəfindən İddiaçı xeyrinə 06.01.2020-ci il tarixdə vəfat etmiş X2 ölümü ilə bağlı sığorta haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar