Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4122/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirilmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirilmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən fərdi yaşayış evimə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən onun iştirakı ilə Ekspertiza keçirilməsinin təmin edilməsi və "xxxx" MMC-nin ona məxsus olan Quba rayonu, İkinci Nügədi kəndində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 03 iyul 2015-ci il tarixli hesabat rəyinin ləğvi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5089/2017 nömrəli iş üzrə 22 may 2017-ci il tarixli qətnaməsi ləğv edilərək və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, .....məhkəmə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka qiymətinin ilkin satış qiymətini qətnamədə göstərməli olduğu halda işə baxan məhkəmələr bu qaydada əməl etməmiş, nəticədə maddi hüquq normasının tələbləri pozulmuşdur. Göründüyü kimi, hazırda iddiaçının mübahisələndirdiyi məsələyə məhkəmə qərarı ilə hüquqi qiymət verilməli olduğundan iddiaçının şikayəti təmin edilərək, mübahisəyə baxılması üçün mülki iş yenidən apellyasiya baxışına göndərilmişdir. Odur ki, iddiaçı əgər qiymətləndirilmənin rəyi ilə razı olmazsa təkrar ekspertizanın təyin edilməsi barədə vəsatətlə çıxış edə bilərdi. Nəticə etibarilə hazırki mübahisəli məsələyə digər məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Belə olan halda isə iddiaçının hazırki tələbinin məhkəmə icraatı yolverilməzdir. Beləliklə iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman aydın olmuşdur ki, iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara apellyasiya məhkəməsində hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirilmə rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4122/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4122/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver