Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4191/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən 12.10.2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsinə əsasən 23,630 (iyirmi üç min altı yüz otuz) manat məbləğin və həmçinin, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi miqdarında, yəni 5.456 (beş min dörd yüz əlli altı) manat olmaqla, ümumilikdə 29,086 (iyirmi doqquz min səksən altı manat) məbləğin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışlar ki, "xxxx" ASC ilə iddiaçı, İddiaçı arasında bağlanmış 12.10.2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsinə əsasən Özbəkistan Respublikasının Surxandərə vilayətinin Şerobad qəsəbəsində sifarişçinin icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal materialların mühafizəsi üzrə işlərin icrasını və nəzarətini həyata keçirmişdir. Ərizəyə əlavə olunan görülmüş işlərin təhvil-təslimi barədə aktların surətlərindən görünür ki, 12.10.2018-ci il tarixli ASEX18/285 saylı xidmət müqaviləsində qeyd olunan xidmətlərin göstərilməsi qarşılığında 2020-ci il yanvar-oktyabr ayları üçün hər ay 2218 (iki min iki yüz on səkkiz) manat olmaqla 22.180 (iyirmi iki min yüz səksən) manat və 2020-ci ilin noyabr ayı üçün 1450 (min dörd yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 23.630 (iyirmi üç min altı yüz otuz) manat məbləğ iddiaçıya - İddiaçı ödənilməlidir. "xxxx" ASC ilə fərdi sahibkar arasında üzləşməyə dair 02 noyabr 2020-ci il tarixli aktı ilə də təsdiq olunur ki, "xxxx" ASC İddiaçı təhvil-təslim aktlarına əsasən ödənməli olan 2020-ci il yanvar-oktyabr ayları üçün hər ay 2218 (iki min iki yüz on səkkiz.) manat olmaqla, 22.180 (iyirmi iki min yüz səksən) manat məbləği ödəməmişdir və İddiaçı qeyd olunan həmin məbləği borcludur. "Akkord STİK” ASC ilə fərdi sahibkar arasında üzləşməyə dair akt iddiaçıya 02 noyabr 2020-ci il tarixində təqdim olunmuşdur. İddiaçı həmin akt verildikdən sonra da yəni, 2020-ci il noyabr ayının 20-nə kimi müqavilədə göstərilən xidmətləri icra etmişdir. Həmin akta əsasən cavabdeh iddiaçıya noyabr ayı üçün 1450.23 (min dörd yüz əlli manat 23 qəpik) AZN məbləğ ödəməlidir. Beləliklə, 2020-ci il yanvar-oktyabr ayları üçün 22.180 (iyirmi iki min yüz səksən) manat və 2020-ci ilin noyabr ayı üçün 1450 (min dörd yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 23.630 (iyirmi üç min altı yüz otuz) manat məbləğ iddiaçıya ödənməmişdir və "Akkord STİK” ASC qeyd olunan məbləği iddiaçıya ödəməyə borcludur. Qeyd olunan borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq-pretenziya göndərilsə də, cavabdeh 12.10.2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsinə əsasən "Akkord Sənaye Tikinti İnvestisiya korporasiyası” ASC tərəfindən iddiaçıya ödənməli olan 23,630 (iyirmi üç min altı yüz otuz) manat məbləğ indiyə kimi hələ də ödənməmişdir. İddiaçı müqavilə üzrə görülmüş işlərin təhvil-təslim aktına əsasən bir aylıq əmək haqqısı 2218 (iki min iki yüz on səkkiz) manat təşkil etdiyindən Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən qeyd olunan əmək haqqının bir faizi 22.18 (iyirmi iki manat on səkkiz qəpik) manat təşkil edir. Əmək haqqının ödənilməsinin gecikdirildiyi müddət 20 noyabr 2020-ci il tarixli sonuncu təhvil-təslim aktından sonra hesablanmalı olduğu üçün 20 noyabr 2020-ci il tarixdən 26.07.2021-ci il tarixinə kimi yığılan ödəncin məbləği 22,18 x 246 (gün) = 5,456 (beş min dörd yüz əlli altı) manat təşkil edir və ümumilikdə 23,630 (iyirmi üç min altı yüz otuz) manat + 5,456 (beş min dörd yüz əlli altı) manat = 29,086 (iyirmi doqquz min səksən altı manat) məbləğ iddiaçıya ödənməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, iş materiallarında: 10.08.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. 12 oktyabr 2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsindən görünür ki, icraçı Sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi "Almatı" layihəsində obyektlərin və mal materialların mühafizəsi üzrə işlərin icrasını və nəzarətini öz üzərinə götürmüş, "xxxx" ASC İddiaçı təyin etdiyi iş yerində həftənin 6 günü işləməklə 1 ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 1943 manat xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. 12 oktyabr 2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsinə əlavədən görünür ki, Sifarişçi İcraçıya 1 (bir) ay üçün 2190 (iki min yüz doxsan) AZN xidmət haqqı ödəyir. "xxxx" ASC ilə fərdi sahibkar arasında üzləşməyə dair 02 noyabr 2020-ci il tarixli aktının surətində “Biz aşağıda imza edənlər, bir tərəfdən "xxxx" ASC-nin Özbəkistan Respublikasındakı səlahiyyətli nümayəndəsi Elvin N.Məmmədov, "xxxx" ASC-nin Özbəkistan Respublikasındakı Daimi Müəssəsinin Maliyyə direktoru Qasim İ.Mirzəzadə, digər tərəfdən fərdi sahibkar İddiaçı bu aktı imzaladıq ondan ötəri ki, həqiqətən də "xxxx" ASC ilə İddiaçı arasında 12.10.2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsi qüvvədə olmuşdur və 12.10.2018 - 02.11.2020-ci il tarixləri üzrə 12.10.2018-ci il tarixli ASFX18/285 saylı xidməti müqaviləyə əsasən göstərilmiş xidmətlər qarşılığında "xxxx" ASC fərdi sahibkar İddiaçı aşağıda göstərilən məbləği ödəməmişdir və fərdi sahibkar İddiaçı aşağıda qeyd olunan məbləği borcludur: Yanvar ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), Fevral ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), Mart ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz, manat), Aprel ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), May ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), İyun ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), İyul ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), Avqust ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), Sentyabr ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), Oktyabr ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat) cəmi ödənilməli məbləğ: 22180 AZN (iyirmi iki min bir yüz səksən manat)” göstərilmişdir; "xxxx" ASC tərəfindən verilmiş 31.01.2020, 29.02.2020, 31.03.2020, 30.04.2020, 31.05.2020, 30.06.2020, 31.07.2020, 31.08.2020, 30.09.2020, 31.10.2020 və 20.11.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktlardan görünür ki, İddiaçı tərəfindən görülmüş xidmətlər müqabilində 1-ci ay 1508,00 AZN, 2-ci ay 2218,00 AZN, 3-cü ay 2218,00 AZN, 4-cü ay 2218,00 AZN, 5-ci ay 2218,00 AZN, 6-cı ay 2218,00 AZN, 7-ci ay 2218,00 AZN, 8-ci ay 2218,00 AZN, 9-cu ay 2218,00 AZN, 10-cu ay 2218,00 AZN, 11-ci ay 1450,23 AZN təşkil etmişdir. İddiaçının iddiasına görə, Qazaxıstan Respublikasında 12.10.2018 - 02.11.2020-ci il tarixləri üzrə Yanvar ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), Fevral ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), Mart ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz, manat), Aprel ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), May ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), İyun ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), İyul ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), Avqust ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), Sentyabr ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat), Oktyabr ayı 2020-ci il 2218 AZN (iki min iki yüz on səkkiz manat) cəmi ödənilməli məbləğ: 22180 AZN (iyirmi iki min bir yüz səksən manat təşkil edir. Məlum aylar üçün cavabdeh tərəfindən əmək haqqı ödəniş edilməmişdir və o, məhz həmin ödənişlərin onun xeyrinə tutulmasını tələb etməkdədir. Əmək Məcəlləsinin 172-ci maddəsinin birinci hissəsinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi isə ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə iddiaçının əmək haqqı tələbini əsaslı hesab edir: Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Mülki işin araşdırılmış halları ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibtlərinə əsasən iddiaçı cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı öz üzərinə düşən işlər görmüş, lakin görülmüş işlərin həcminə görə cavabdeh tərəfindən ona qismən əmək haqqı ödənilmişdir. Mülki iş materiallarında olan hesabdan çıxarış üzrə məlumatlar "xxxx"ASC-nin İddiaçı 23,630 (iyirmi üç min altı yüz otuz) manat məbləğində borcu qalmasını təsdiqləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi tənzim edən normalar təsbit edilir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci bəndinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Eyni zamanda məhkəmə iddiaya izah edir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə bu aspektdən yanaşaraq hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi işçinin təminatların minimum səviyyəsini təşkil edir və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi ilə şərtləndirilmişdir. Bu baxımdan iddiaçının əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc tələb etmək hüququ mövcuddur. İddiaçı müqavilə üzrə görülmüş işlərin təhvil-təslim aktına əsasən bir aylıq əmək haqqı 2218 (iki min iki yüz on səkkiz) manat təşkil etdiyindən Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən qeyd olunan əmək haqqının bir faizi 22.18 (iyirmi iki manat on səkkiz qəpik) manat təşkil edir. Əmək haqqının ödənilməsinin gecikdirildiyi müddət 20 noyabr 2020-ci il tarixli sonuncu təhvil-təslim aktından sonra hesablanmalı olduğu üçün 20 noyabr 2020-ci il tarixdən 26.07.2021-ci il tarixinə kimi yığılan ödəncin məbləği 22,18 x 246 (gün) = 5,456 (beş min dörd yüz əlli altı) manat təşkil edir və ümumilikdə 23,630 (iyirmi üç min altı yüz otuz) manat + 5,456 (beş min dörd yüz əlli altı) manat = 29,086 (iyirmi doqquz min səksən altı manat) məbləğ iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Akkord Sənaye-İnvestisiya Korporasiyası“ ASC-dən 23,630 (iyirmi üç min altı yüz otuz) manat, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi miqdarında, yəni 5.456 (beş min dörd yüz əlli altı) manat olmaqla, ümumilikdə 29,086 (iyirmi doqquz min səksən altı manat) manat ödənilməmiş əmək haqqı İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4191/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4191/2021
14.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver