Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-420/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1nə və Cavabdeh2(X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb olunmaqla, müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində yerləşən 6 girişli, 16 mərtəbəli yaşayış binasının A girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 1 13.5 kvm-dən ibarət olan 30 saylı, iki otaqlı ailəsinə məxsus olan, Müqavilə № 93 mənzilin onun razılıq ərizəsi olmadan və həyat yoldaşının aldadılmasına görə Cavabdeh1MMC tərəfindən satılan ailələrinə məsus olan mənzilin müqaviləsini həm ləğvinə dair həm də ona aid olan hissəsinin geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha daxil olublar. Hal -hazırda da rəsmi nikahda olmaqla ünvan 1 ünvanında yaşayırlar.xx.xx.2018-ci il tarixdə Cavabdeh2 ilə birlikdə Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu,Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində yerləşən 6 girişli, 16 mərtəbəli yaşayış binasının A girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 113.5 kvm-dən ibarət olan 30 saylı, iki otaqlı mənzili alıblar.Maddi çətinlik səbəbindən ailələrinə məxsus, Cavabdeh2 adına rəsmiləşmiş qeyd etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində yerləşən 6 girişli, 16 mərtəbəli yaşayış binasının A girişinin 7-ci mərtəbəsində, Müqavilə № 93 ümumi sahəsi 113.5 kvm-dən ibarət olan 30 saylı, iki otaqlı mənzili satmaq niyyətini yoldaşı Elşənə bildirib. Lakin Elşən mənzili xx.xx.2018-ci il tarixdə, 38 saylı dövlət notariat kontorunda onun razılıq ərizəsi olmadan başqa şəxsin xeyrinə imtina ərizəsi verdiyini və Cavabdeh1 MMC tərəfindən evin satıldığını və qarşılığında isə nə pul nə də adına ev rəsmiləşdirilmədiyini bildirdi ona (aldadıldığını bildirdi). Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində yerləşən 6 girişli, 16 mərtəbəli yaşayış binasının A girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 1 13.5 kvm-dən ibarət olan 31 saylı, iki otaqlı ailəsinə məxsus olan, Müqavilə № 93 mənzilin onun xəbəri və razılıq ərizəsi olmadan satılması və həyat yoldaşının etibarından sui-istifadə edilərək aldadılmasını(yəni qarşılığında evin dəyəri ödənilmədiyinə) Cavabdeh1 MMC tərəfindən başqasına satılan müqavilənin,həm ləğvinə dair həm də ailəsinə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirdi ki, hazırda mənzilin kimin istifadəsində olduğu barədə məlumatı yoxdur. Lakin, yoldaşı Cavabdeh2 mənzili X1 xeyrinə imtina etdiyi X1 mənzili başqasına satdığı barədə məlumatı olduğunu bildirdi. Bu barədə isə ona 2018-ci ilin noyabr ayında məlumatı olub. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək, təmin edilməsini xahiş etdi. Bildirdi ki, iddiaçı ilə 24 ildir evlidirlər. 2018-ci ildə mülkiyyətində olan Günəşli qəsəbəsində yerləşən mənzilini satıb. Daha sonra, səhv etmirsə, 130000 manat dəyərində Cavabdeh1 MMC tərəfindən inşa edilən Nərimanov rayon ərazisindəki binadan 2 otaqlı mənzil alıb. Daha sonra maddi çətinliklərlə üz-üzə qaldığından – qızının təhsil həmin mənzili satmaq istədiyini köhnə iş yoldaşı Famil Süleymanova deyib. Famil ona 10000 manat verib. Daha sonra pulun əvəzinə 113 ton armatur verməyi təklif edib. 2018-ci ilin 13 noyabr tarixində cavabdeh öz adından notariat ofisində imtina ərizəsi verib. Bir neçə ay gözləsə də, ona armatur verilmədikdə, evini tələb edib. Lakin Famil və Sadiq mənzili qaytara bilmədiklərini, əvəzində başqa bir mənzil verəcəklərini bildiriblər. Cavabdeh1 MMC tərəfindən inşa edilən eyni binada Xanməmmədov Rövşənə məxsus 3 otaqlı evi təklif ediblər, cavabdeh isə razılaşıb. Həmin evin sənədlərini Xanməmmədov Rövşənin imtina ərizəsi ilə birlikdə təhvil verilidi. Lakin Evrostroy MMC-nin qeyri rəsmi sahibi Seymur İsayev mənzili onun adına rəsmiləşdirməkdən imtina etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh1 MMC-nin nümayəndəsi və üçüncü şəxs X2 iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - xx.xx.2018-ci il tarixli Cavabdeh1 MMC tərəfindən verilən maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində yerləşən 6 girişli, 16 mərtəbəli yaşayış binasının A girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 113.5 kvm-dən ibarət olan 31 saylı, iki otaqlı mənzilin tam dəyəri üzrə Cavabdeh2 Cavabdeh1 MMC-yə borcu yoxdur. - xx.xx.2018-ci il tarixli 93 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış binasının A girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 113.5 kvm-dən ibarət olan 31 saylı, iki otaqdan ibarət mənzilin tikintisi Cavabdeh1 MMC-yə məxsusdur.Sifarişçi Cavabdeh2 136.200 manat ödəməyi öhdəsinə götürür. - xx.xx.2000-ci il tarixli nikah bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh2 nikahı bağlanmışdır.250 nömrə ilə rəsmiləşdirilmişdir. - xx.xx.2018-ci il il Cavabdeh2 Cavabdeh1 MMC-yə ünvanladığı ərizəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində yerləşən 6 girişli, 16 mərtəbəli yaşayış binasının A girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 113.5 kvm-dən ibarət olan 31 saylı, iki otaqlı mənzilin müqaviləsini X1 adına keçməsinə,rəsmiləşdirilməsinə etiraz etmir və mənzil ilə əlaqədar şikayət iddiası və tələbi yoxdur. - xx.xx.2024-cü il tarixli Cavabdeh2 tərəfindən Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə ünavnladığı şikayət ərizəsindən görünür ki, o, ona məxsus olan eyni ünvanda yerləşən 113,kv olan evini, və ya Bakı şəhəri, Nərimanov rayonu Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində yerləşən Cavabdeh1 MMC tərəfindən inşa edilən 6 girişli,16 mərtəbəli yaşayış binasının E girişinin 4-cü mərtəbəsində,ümumi sahəsi 161.7 km m-dən ibarət olan X3 məxsus olan 255 saylı üç otaqlı mənzili onun adına keçirilməsinə kömək göstərilməsini xahiş etmişdir. - 17.065.2024-cü il tarixli Cavabdeh2 tərəfindən Bakı Şəhər Prokurorluğuna ünvanladığı şikayət ərizəsindən görünür ki, o, Famil və sadiqə inanaraq etibar etdiyi üçün evini onların dediyi adamın adına 38 saylı dövlət notariat kontorunda imtina ərizəsi verməyinə baxmayaraq qarşılığında isə evin dəyəri mənzilin rəsmiləşdirilmədiyi üçün evin geri qayatarılması və ona dəyən zərərin ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. - Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 3725/2024 saylı qərardadından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində yerləşən 6 girişli, 16 mərtəbəli yaşayış binasının A girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 113.5 kvm-dən ibarət olan 31 saylı, iki otaqlı mənzilə dair bağlanmış bütün müqavilələrin və maliyyə arayışlarının təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi Cavabdeh1 MMC-yə həvalə edilib. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı “müqavilənin ləğvi” ifadəsini işlətsə də, həm iddia ərizəsinin məzmunundan və mahiyyətindən, həm də tərəflərin izahatlarından görünür ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Etibarsız əqdlər etibarsızlıq halını yaradan səbəblərin müxtəlifliyindən asılı olaraq dörd növə ayrılmışdır - əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mülki işin materiallarından görünür ki, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində yerləşən 6 girişli, 16 mərtəbəli yaşayış binasının A girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 113.5 kvm-dən ibarət olan 31 saylı, iki otaqlı mənzildən X1 xeyrinə imtina etmişdir. Digər sözlə, cavabdeh mənzilin alqı-satqısına dair müqavilə imzalamamış, notariat ofisində mənzildən imitina edərək gələcəkdə mənzillə bağlı hər hansı tələbinin olmadığını bildirmişdir. Həmin ərizənin ləğv edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı mənzilin onun xəbəri və razılığı olmadan satıldığına və cavabdehin (ərinin) aldadıldığına görə müqavilənin ləğvini və mənzilin geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin aldadılması əsası ilə mənzili geri tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, bu əsasla iddia qaldırmaq hüququ cavabdehə - müqavilənin tərəfi və “aldadılan” olan Cavabdeh2 məxsusdur. Məhkəmə iclasında iddiaçı mənzilin satılması barədə 2018-ci ildən məlumatlı olduğunu qeyd edir. Bu müddət ərzində iddiaçı ilə cavabdeh arasında nikah pozulmamış, onlar mehriban münasibətlərdə olmuşlar. Məhkəmə tərəfindən mənzillə bağlı sənədlərin təqdim edilməsi barədə qərardad qəbul edilsə də, Cavabdeh1 MMC tərəfindən icra edilməmişdir. Bu səbəbdən mənzilin Eyvazov Niyammədinin, yoxsa digər şəxsin sahiblik və istifadəsində olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Lakin məhkəmə hesab edir ki, istənilən halda iddiaçının iddia tələbində göstərilən - E.Niyammədinlə Cavabdeh1 MMC arasında bağlanan müqavilənin etibarsız hsab edilməsi üçün əsas yoxdur. Belə ki, cavabdeh öz sərbəst iradə ifadəsi ilə mənzildən imtina etmişdir. Nəticə etibarilə Evrostroy-S.S MMC ilə Eyvazov Niyaməddin arasında müqavilə bağlanmış və mənzil onun mülkiyyətinə keçmişdir. Cavabdeh isə mənzilin dəyərinin sonra armaturla, başqa bir mənzillə əvəzləşdirilməsini gözləmiş; lakin digər cavabdeh "xxxx" MMC ikinci mənzili onun adına rəsmiləşdirməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki sadalanan hallar cavabdehin imtina ərizəsinin və üçüncü şəxslə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün kifayət etmir. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Məhkəmə hesab edir ki, mənzili əldə edən vaxt E.Niyaməddin vicdanlı əldə edən olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-420/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-420/2025
04.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver