Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-421/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “Əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx“ MMC tərəfindən aparılan xx.xx.2019-cu il tarixli 224, 224/1, 224/2 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh “xxxx” MMC tərəfindən aparılan xx.xx.2019-cu il tarixli 224, 224/1, 224/2, saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabatların, həmçinin Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəmsinin 2(103) -8400/2018 saylı,xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Bakı şəhəri Cavabdeh2 12193-109588/19-15-4 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən ona məxsus Bakı şəhəıli Nəsimi rayonu Fizuli küşəsi ,79 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin və Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənilin bazar qiymətini müəyyən etmək üçün cavabdeh qiymətləndirilmə barədə Hesabatlar tərtib etmişdir. Belə ki, cavabdeh “xxxx “ MMC tərəfindən hazırlanan: - 29.10 2019-cu il tarixli 224 saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən ünvan 3 ünvanında yerləşən qeyri yasşayış sahəsi 400 000 (dörd yüz min ) manat dəyərində qiymətləndirilmişdir. -xx.xx.2019-cu il tarixli 224/2 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili 100 000 (yüz min) manat dəyərində qiymətləndirilmişdir. -xx.xx.2019-cu il tarixli 224/1 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzili -130000 (yüz otuz min) manat dəyərində qiymətləndirilmişdir. Hesab edirəm ki, mülkiyyətimdə olan əmlakların qiymətləndirilməsi barədə Hesabatlarda əks olunan qiymətlər reallıqdan uzaqdır, real dəyərlərindən xeyli azdır. Əmlaklarının dəyəri xeyli yüksək olduğundan hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qiymətləndirmə aparılarkən əmlaklarının yerləşdiyi ərazi, rayon,- yəni şəhərin mərkəzində yerləşmələri nəzərə alınmamışdır. Belə ki, şəhərin mərkəzində - Fizuli küçəsində arxitektur binada yerləşən ümumi sahəsi 225.3 kv.m. təmirli qeyri yaşayış sahəsi 400 000 manat qiymətləndirilməsi ağlabatan deyildir, bazar dəyəli müəyyən edilərkən həmçinin kommersiya cazibadarlığı nəzərə alınmamışdır. Eləcə də şəhərin mərkəzində- 28 may küçəsində yerləşən təmirli 2 otaqlı monizlin 130 000 manat qiymətləndirilməsi, Nazim Hacıyev küçəsində yerləşən təmirli 2 otaqlı mənzilin də 100 000 manat qiymətləəndirilməsi ağlabatan deyildir. Bundan əlavə əmlaklarının qiymətləndirilməsi qanunsuz aparılmışdır. Belə ki, Cavabdeh2 icra məmuru Cəmil Taqıyevin xx.xx.2019-cu il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarından məhkəməyə şikayət vermişdir və bununla bağlı icraatın dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq qanunsuz olaraq əmlakları qiymətləndirilmişdir, ona görə də hesabatlar qanunsuzdur. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə əlavə olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəmsinin 2(103)-8400/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Bakı şəhəri Cavabdeh2 12193-109588/19-15-4 saylı xx.xx.2019cu il tarixli sifariş məktubuna əsasən ona məxsus Bakı şəhərti Nəsimi rayonu Fizuli küşəsi ,79 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin və Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin bazar qiymətini müəyyən etmək üçün cavabdeh qiymətləndirilmə barədə Hesabatlar tərtib etmişdir. Belə ki, cavabdeh “xxxx “ MMC tərəfindən hazırlanan: 29.10 2019-cu il tarixli 224 saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən ünvan 3 ünvanında yerləşən qeyri yasşayış sahəsi 400 000 (dörd yüz min ) manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli 224/2 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili 100 000 (yüz min) manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli 224/1 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzili - 130000 (yüz otuz min) manat dəyərində qiymətləndirilmişdir. Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobil - 33 000 (otuz üç min) AZN dəyərində qiymətləndirilmişdir. Hesab edir ki, mülkiyyətində olan əmlakların qiymətləndirilməsi barədə hesabatlarda əks olunan qiymətlər reallıqdan uzaqdır, real dəyərlərindən xeyli azdır. Əmlaklarının dəyəri xeyli yüksək olduğundan hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qiymətləndirmə aparılarkən əmlaklarının yerləşdiyi ərazi, rayon,- yəni şəhərin mərkəzində yerləşmələri,- nəzərə alınmamışdır. Belə ki, şəhərin mərkəzində - Fizuli küçəsində arxitektur binada yerləşən ümumi sahəsi 225.3 kv.m. təmirli qeyri yaşayış sahəsi 400 000 manat qiymətləndirilməsi ağlabatan deyildir, bazar dəyəti müəyyən edilərkən həmçinin kommersiya cazibadarlığı nəzərə alınmamışdır. Eləcə də şəhərin mərkəzində - 28 may küçəsində yerləşən təmirli 2 otaqlı mənizlin 130 000 manat qiymətləndirilməsi, Nazim Hacıyev küçəsində yerləşən təmirli 2 otaqlı mənzilin də 100 000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Bundan əlavə əmlaklarının qiymətləndirilməsi qanunsuz aparılmışdır. Belə ki, Cavabdeh2 icra məmuru Cəmil Tağıyevin xx.xx.2019-cu il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarından məhkəməyə şikayət vermiş və bununla bağlı icraatın dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq qanunsuz olaraq əmlakları qiymətləndirilmişdir, ona görə də hesabatlar qanunsuzdur. Bundan əlavə bugün xx.xx.2020-ci il tarixdə yuxarıda göstərilən əmlakları ilə bağlı qanunsuz hərrac keçirilmiş və özgəninkiləşdirilmə aparılmışdır. Bununla bağlı sənədlər hələ təqdim edilməyib. Bildirmək istəyir ki, mübahisələndirdiyi hərəkətlər qanunsuzdur, çünki AR Konstitusiya Məhkəməsinin Palatasının xx.xx.2020-ci il tarixli qərardadı ilə onun AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir. Hərracı keçirən cavabdehə bu barədə məlumat versə də tələsik qanunsuz hərrac keçirilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, qiymətləndirmə hesabatları arasında elə də yüksək fərqin olmadığını, həmin vaxt mövcud olmuş qiymətə uyğun olduğunu, habelə hərracın tam qanuni və şəffaf keçirildiyini, ancaq iddiaçının qərəzli olaraq hərracın nəticələrini mübahisələndirdiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Lakin İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçını və cavabdehlərin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-24/2018 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X1 cavabdeh İddiaçı qarşı “paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X2 qarşı “payın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinin təmin edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-8400/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 24/2018 saylı qətnaməsi ilk iddianın tam təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddia qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2(103)-3441/2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və Bakı şəhəri, Azadlıq prospekti 37, Azadlıq prospekti 22 və Fizuli küçəsi 79 ünvanlarında yerləşən 212.137 ədəd- 35.077 çeşid, 3128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni 1564.070 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(102)-2225/2019 saylı qərarı ilə iddiaçı X1 və cavabdeh İddiaçı ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmamışdır. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küşəsi 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 400 000 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 130 000 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli hesabatının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 100 000 manat təşkil edir. İş materiallarında xx.xx.2020-ci il tarixli “X3” MMC-nin əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixinə yekun bazar dəyəri 450000 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin yekun bazar dəyəri 150000 manat, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin yekun bazar dəyəri 110000 manat, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixə 40000 manat, xx.xx.2020-ci il tarixə 36000 manat təşkil edir. Məhkəmə əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatların ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə qiymətləndirilmə üzrə nəticələrin ləğv edilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlardan da göründüyü kimi, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küşəsi 79 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hərracda satış qiyməti - 400 000 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin hərracda satış qiyməti -130 000 manat, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin hərracda satış qiyməti - 100 000 manat, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satış qiyməti - 33000 manat müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı “X3” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən isə əmlakın ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2020ci il tarixinə bazar dəyəri 450000 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin bazar dəyəri 150000 manat, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin bazar dəyəri 110000 manat, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixə bazar dəyəri 40000 manat, xx.xx.2020-ci il tarixə 36000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təxminən bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda Məhkəmə qiymət qoyulduğu dövrdə, “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar kifayət qədər əsaslandırılmışdır, mübahisəli sahələrə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır. İş üzrə hərracın nəticələrinin ləğv edilməsi və ya etibarsız hesab olunması üçün digər əsaslar müəyyən edilməmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində mübahisələndirdiyi - həmin daşınmaz əmlakların və mübahisəli avtomobilin qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında daşınmaz əmlakların və mübahisəli avtomobilin həmin dövrdə bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı hərracın keçirilməsi qaydalarını müəyyən edən Mülki Məcəllənin 415-ci maddəsinin tələblərinin pozulmasına istinad etməmiş və bununla da, o, mübahisələndirilən hərracın həmin qaydalara uyğun keçirildiyini etiraf etmişdir. Ona görə də, hərrac keçirilməsi qaydalarının pozulması nəticəsinə gəlməyə və Mülki Məcəllənin 416-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən iddia tələbləri əsassız olduğundan iddiaçının iddia tələblərinin qalan hissələrinə “prosessual qənaət” prinsipinə əsasən qiymət verməyə zərurət görmür. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “Əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə” dair iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul İddiaçı tutularaq, VÖEN: **********, Hesab N AZN: AZ33GUNA4(M)60046031(K)000(KH)0, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİM: GUNAAZ22 “X3” MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “Əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul İddiaçı tutularaq, VÖEN: **********, Hesab N AZN: AZ33GUNA4(M)60046031(K)000(KH)0, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİM: GUNAAZ22 “X3” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-421/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-421/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver