Məhkəmə qərarları › İş №2(005)-4265/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4265/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4265/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı1, Cavabdeh “Xalq“ Bankı ASC-nin nümayəndəsi və vəkili X8 oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Xalq “ bankı ASC və Cavabdeh2 firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdı̇ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Xalq “ bankı ASC və Cavabdeh2 firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ASC "xxxx" Bankı ilə Cavabdeh2 firması arasında bağlanmış 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı1 ilə Cavabdeh Cavabdeh2 Firması arasında 5 dekabr 2009-cu il tarixli MRF/05-12 saylı və 28 oktyabr 2011-ci il tarixli MRF/28-10 saylı Beh Müqavilələri bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəli olan binada qeyri-yaşayış sahəsi əldə etmişdir.İddiaçı2 ilə Cavabdeh Cavabdeh2 Firması arasında 08 iyul 2009-cu il tarixli M\MS 07/09 saylı Alqı-satqı, investisiya Müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəli olan binada qeyri-yaşayış sahəsi əldə etmişdir. Daha sonra Cavabdeh özünə məxsus ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi 1 110093638, qeydiyyat tarixi 24.12.2010-cu il) əldə etmişdir.cavabdeh ASC "xxxx" Bankı (bundan sonra “Cavabdeh 1”) ilə Cavabdeh 2 arasında 4 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7,000,000.00 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14,000,000.00 manat təşkil etmişdir. 08 iyul 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə Cavabdeh 24 oktyabr 2018- ci il tarixinədək 17,000,000.00 ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Cavabdeh 2-yə məxsus ünvan 3 ünvanında yerləşən 0.2704 ha torpaq onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m. təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 4 oktyabr 2013-cü il tarixli, sonradan isə 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqavilələri (bundan sonra “İpoteka müqaviləsi”) bağlanmışdır.Hesab edilir ki, İpoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq bağlanmış və bu səbəbdən də etibarsızdır Məhkəmə iclasında İddiaçı1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Xalq“ bankı ASC-nin nümayəndəsi və vəkili X8 oğlu iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ASC "xxxx" Bankı ilə Cavabdeh2 firması arasında imzalanan 08.07.2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsinin 5.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki: “Bu müqavilənin 3.1-ci bəndində göstərilən qeyri-yaşayış binasının təmir, tikinti və quraşdırma işləri başa çatdıqdan sonra mümkün ohın ən qısa müddətdə, lakin 90 (doxsan) təqvim günündən gec olmayaraq ipoteka predmetinin tərkibinə daxil olan torpaq sahəsini və onun üzərində inşa edilməklə tikintisi başa çatdırılmış qeyriyaşayış binasını vahid əmlak obyekti kimi dövlət reyestrində qeydə aldırmağı və kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı qismində qeyd edilən vahid əmlak obyektinə dair ipoteka saxlayanın ipoteka hüququnun qanunvericiliklə müəyyənləşdirilən qaydada rəsmiləşdirilməsini təmin etməyi” öhdəliyi götürmüşdür. Sonrakı ipoteka müqaviləsinin istinad edilən müddəasından da göründüyü kimi, həmin binanın yalnız beş mərtəbəsi deyil, inşası başa çatdıqdan sonra vahid əmlak obyekti kimi bütövlükdə ipoteka qoyulmuşdur və bu barədə tərəflərin aydın iradə ifadəsi olmuşdur. «Mars M” firması tərəfindən analoji dəlillərə istinad edilməklə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019eu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019-cu il tarixli, 2-2(102)-285/2019 saylı qərarı ilə “Mars M"’ firmasının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, analoji mübahisə ilə bağlı icdiaçı X3 Cavabdeh2 firmasına qarşı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli, 2(103)-l 1860/2017 saylı qətnaməsindən ASC "xxxx" Bankı tərəfindən verilmiş təqdimatın təmin olunmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(102)- 2218/2021 saylı qorarındakı hüquqi mövqelər də hazırkı iddianın əsassız olduğunu təsdiq edir. Şərh edilənlərdən də göründüyü kiıııi, hazırkı iş üzrə iddiaçıların iddiasının hüquqi əsası kimi istinad etdiyi hallarla bağlı dəlillərin əsassız olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarla və həmir, qərardakı hüquqi mövqelərlə, həmçinin Ali Məhkəmənin analoji mübahisə üzrə qəbul etdiyi qərarlarda tam təkzib edilmişdir. Konstitusiya Məhkəməsinin 25.01.2005-ci il tarixli qərarında qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsinin qərarının viiksək hüquqi qüvvəsi onun bütiin hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya isinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. ” Digər Cavabdeh2 firmasına və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, cavabdeh və digər iddiaçı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh “Mars-M" Firması arasında 28 oktyabr 2011-ci il tarixli MRF/28-10 saylı beh müqaviləsi və 08 iyul 2009-cu il tarixli M/MS 07/09 saylı alqı- satqı, investisiya müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı ünvan 2 ünvanında verhşən 5 mərtəbə və zirzəmidən ibarət 16,100.5 kv.m. sahəli olun binada qeyri-yaşayış sahəsi əldə etmişdir. İddiaçı özünə məxsus ünvan 4 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) əldə elmişdir. Hazırda iddiaçılar ASC "xxxx" Bankı ilə Cavabdeh2 firması arasında bağlanmış kredit müqaviləsini də mübahisələndirir. 05.12.2009-ci il tarixli, MRF/05-12 nömrəli beh müqaviləsinin sürətindən görünür ki, Cavabdeh2 MMC ilə Ramazanov Fuad İsa oğlu arasında müqavilə bağlanmışdır və müqavilədə ümumi ödəniləcək məbləğ 98,840 manat göstərilmişdir; 28.10.2011-ci il tarixli, MRF/28-110 nömrəli beh müqaviləsinin sürətindən görünür ki, Cavabdeh2 MMC ilə Ramazanov Fuad İsa oğlu arasında müqavilə bağlanmışdır və müqavilədə ümumi ödəniləcək məbləğ 81,000 manat göstərilmişdir; 08.07.2009-ci il tarixli, M/MY 07/09 nömrəli investisiya müqaviləsinin sürətindən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı2 arasında müqavilə bağlanmışdır və müqavilədə Bakı şəhər, S.Vurğun 120 ünvanında yerləşən Cavabdeh2 firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 72 kv.m 12 C nömrəli dükanı 160000 ABŞ dolları qiymətində alındığı göstərilmişdir; 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin sürətindən görünürki, "xxxx" bankı ASC ilə Cavabdeh2 firması arasında müqavilə bağlanmışdır və müqavilədə Cavabdeh2 firması 04.10.2018-ci il tarixədək , 17.000.000 ABŞ dollarını ödəməyi öhdəsinə götürür; İş materialları ilə müəyyən edilir ki, "xxxx" firmasının ASC "xxxx" Bankına qarşı "müqavilələrin etibarsız hesab edilərək ləğv edilməsi" tələbinə dair iddia ərizəsi vermiş, tərəflər arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. ASC "xxxx" Bankı tərəfindən do "xxxx" firmasına qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə qarşılıqlı iddia tələb olmuş, Cavabdeh2 firmasından cəmi 19,400,119.08 ABŞ dollarının və 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən ç.xmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcirı iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 firmasına məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2-2(81)-1096/2016 saylı qətnaməsi ilə İlkin iddia üzrə iddiaçı "xxxx" firmasının iddia tələbi təmin edilməmiş; Bankın qarşılıqlı iddiası təmin edilərək, cavabdeh "xxxx" Firmasından 08.07.2015- ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17 000 000 ABŞ dolları məbləğində əsas borcun, 2 388 957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11 161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19 400 119.08 ABŞ dolları və 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması;Tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m. təşkil edən qeyri-yaşaytş binasına yönəldilməsi; İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən cavabdeh "xxxx" firmasından tutularaq idciaçı "xxxx"xxxx" ASC-nin xeyrinə tutulması; İpoteka predmeti olan Mars-M" firmasına məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ikin satış qiymətinin 26 000 000 (iyirmi altı milyon) manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" Firması apelyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2017-ci il tarixli, 2- 2(103)-14/2017 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 38.473.040 manat məbləğində müəyyən edilməsi; Bankın qarşılıqlı iddiasının 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Bankın xeyrinə tutulması hissəsində rədd edilməsi; 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 3-cü şəxslərə məxsus ümumi sahəsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017ci il tarixli, 2-2(102)-366/l 7 saylı qərarı ilə ASC "xxxx" Bankının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apcllyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.04.2017-ci il tarixli, 2-2(103)- 14/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin həmin qərarından ASC "xxxx" Bankı tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilmiş, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli Qərarı ilə "xxxx" firmasının ASC "xxxx" Bankına qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli, 2-2(102)-366/17 saylı qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsiırn Plenumunun 31 oktyabr 2018-ci il tarixli, İş № 13-2(102)-1 (k)/2ö 18 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli, 2-2( 102)-366/17 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2017-ci il tarixli, 2-2(103)- 14/2017 saylı qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X11 və X4 apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh2 firmasının cavabdeh ASC "xxxx" Bankına qarşı Cavabdeh2 firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh2 firması ilə ASC “Xalq’" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Cavabdeh2 firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh2 firmasından 08.07.2015-ei il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas bore, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC "xxxx" Bankının xeyrinə tutulmuş, tutma 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 firmasına məxsus ünvan 2 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilmiş, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən Cavabdeh2 firmasından ASC "xxxx" Bankının xeyrinə tutulmuş, ipoteka predmeti olan Cavabdeh2 firmasına məxsus ünvan 2 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38.600.000 manat müəyyən edilmişdir. Qarşılıqlı iddia 26.05.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh2 firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması hissəsində təmin edilməmiş, üçüncü şəxs Ağa-X7 Cavabdeh2 firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, eləcə də digər üçüncü şəxs X4 Cavabdeh2 firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019-cu il tarixli, 2-2(102)-285/2019 saylı Qərarı ilə iddiaçı Cavabdeh2 firması və üçüncü şəxs Ağa-X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cii maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə ümumilikdə iddia tələbləri ilə bağlı ilk növbədə edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən üzrə qəbul edilmiş məhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşıyır. İddia tələbindən mübahisə predmeti olan əqdin etibarsızlığı məsələsini yuxarıda qeyd edilmiş mülki işlər üzrə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Xalq“ bankı ASC və Cavabdeh2 firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Xalq “ bankı ASC və Cavabdeh2 firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar