Məhkəmə qərarları › İş №2(005)-427/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-427/2020

20.08.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-427/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh QSC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-nə qarşı “müqavilənin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh X8 ilə aralarında bağlanmış xx.xx.2019cu il tarixli müqavilənin ləğv edilməsi və Badamdar qəsəbəsində yerləşən Maxi.Az mağazasından xx.xx.2019-cu ildə aldığı “Samsung SM-G973 White” markalı 1 ədəd mobil telefona görə ödədiyi 1934 manat pulun, mənəvi zərər görə 500 manat zərər məbləğinin alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, cavabdeh mağazadan bir neçə dəfə elektrik avadanlıqları almışdır. Heç vaxt da razılığı da olmayıb. 27 oktyabrda cavabdeh dükandan “Samsung S9” markalı telefon almaq istəmişdir. Hətta mağazaya getmiş telefonu sifariş etmişdir. Bələdçi ona dedi ki, hazırda dükanda həmin telefondan yoxdur, başqa yerdən gətirilməsinin mümkün olduğunu və hazırda satışda “Samsung S10” markalı telefonun olduğunu, “Samsung S10” markalı telefon daha üstündür və məsləhət gördüyünü bildirdi, həmin telefonu almağı təklif etdi. “Samsung S9” artıq istehsal olunmadığını qeyd etdilər. İddiaçı da razılığını bildirmiş və “Samsung S10” almışdır. İki gün idi ki, telefondan istfadə edəndə telefonunun qızdığını və funksiyalarının işləmədiyini və donduğunu görmüşdür. Telefonun batareyası dolmurdu. Hətta sosial şəbəkələrdən istifadə edəndə qızır. Telefon partlamaq dərəcəsinə çatır. Evi mağazaya çox yaxındır. O, mağazaya getmiş və aldığı telefonun qüsurları olduğunu demişdir. Mağazanın sahibi də onu tanıyır. Daimi həmin mağazanın müştərisidir. Ona dedilər ki, telefonu servisə verin. Servis akt versin və onlar da qüsur aşkar olunduğu halda bu telefonu dəyişsin. O isə telefonun dəyişilməsini tələb etmişdir. Telefonu dükana təxminən 3-4 gün sonra aparmışdır. Telefonu götürmədilər. Servisdə işləyən oğlan vizual baxış keçirdi və ona dedi ki, telefonda zədə var. İddiaçı da bildirmişdir ki, o zədələr sizin zədələrdi. Telefon iki gündür alınıb. Qüsurlar nədirsə onu deyin. 1-2-ci gün ona dedilər ki, telefon hazırdır. Akta baxmış, üstündə yazılıb heç bir qüsur aşkar olunmadı. Hələ yazıblar ki, telefonun üstündə cızıq var. Ona qüsurlu mal satılıb. Bəzi şəxslər ona dedilər ki, təzə telefon adı ilə satılmış mal ola bilər. 2000 manat idi təxmini qiyməti. Ona güzəşt ediblər guya. Qanunda da qeyd olunub ki, qüsur və saxtalaşdırma aşkar edilərsə bu halda istehlakçı lazımi keyfiyyətli malı dəyişə bilər. Yekunda bildirdi ki, məhkəmə ekspertiza keçirilməsinə zərurət görürsə buna etiraz etmir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh QSC-nin nümayəndəsi X7 iddia tələbini qismən qəbul edərək bildirdi ki, bu iş üzrə mütəxəssislər artıq öz rəylərini vermişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh X8 (Maxi.az) ilə İddiaçı oğu arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 103258 saylı müqaviləyə əsasən satıcı Cavabdeh X8 bir ədəd Samsung SMG973 White markalı, qiyməti 1934 manat olan telefonu alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində almağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, Samsung Service Plaza tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus Samsung SMG973 White markalı telefonda hər hansı qüsur aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 5/74-3/96 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş mobil telefonun üzərində zədələrin olması və onların yaranma xarakteri barədə xx xxxxxx 2020-ci il tarixli 32443 №-li rəydə (ekspertizanın təyin edilməsi barədə qərardad Mərkəzə xx xxxxxx 2019-cu il tarixdə daxil olmuşdur) ətraflı təsvir və nəticə verilmişdir ki, mobil telefon aparatının səthində olan zədələr onun işləməsinə təsir etmir. Tədqiqata təqdim edilmiş **********15007, **********15005” imei kodlu telefon aparatının üzərinə baxış keçirildikdə onun korpusunda əzilmə zədələri vardır. Həmin zədələrin yaranma mexanizmini müəyyən etmək üçün onlara “LEİCA M60” mikroskopu ilə baxıldıqda zədələrin kənarlarının girintili çıxıntılı, nahamar olması müşahidə edildi. Bu əlamətlərin olması belə nəticəyə gəlməyə əsas verir ki, telefon aparatının korpusunun səthində olan zədələr hər hansı əşya ilə (bərk predmetlə və s) mexaniki təsiri nəticəsində yaranmış əzilmə zədələridir. “Factory test” rejminin nəticələrinə əsasən “Samsung Galaxy S10" markalı “SM- G973F” modelli mobil smartfonda mövcud olan qüsurlar istismar nəticəsində yaranmayaraq, istehsal qüsurudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 581.1-ci maddəsinin tələbinə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.4-cü maddəsinin tələbinə görə, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 587.1-ci maddəsinin tələbinə görə, Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2- ci maddəsinin tələbinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5-ci maddəsinin tələblərinə görə, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqısatqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə görə qüsuru olan mal satılarkən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh” X8 (Maxi.az) ilə İddiaçı oğu arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 103258 saylı müqavilə cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia əsaslıdır. Müqavilə predmeti telefon olduqda, onun keyfiyyət göstəricisi kimi smartfonun qızması, istismarı zamanı donmaların və ləngimənin olması, bateriyada enerjinin düzgün paylaşılmaması, temperatur rejiminin aşması kimi qüsurların mövcudluğu mübahisə predmeti olan telefonun keyfiyyətinin müqavilədə göstərilən ilə eyni olmadığına dəlalət edir. Həmçinin ekspert rəyi ilə “Samsung Galaxy S10" markalı “SM-G973F” modelli mobil smartfonda mövcud olan qüsurlar istismar nəticəsində yaranmadığı, bunun istehsal qüsuru olduğu da müəyyən edilir. Həmçinin, yuxarıda göstərilən rəydə deyilir ki, tədqiqata təqdim edilmiş mobil telefonun üzərində zədələrin olması və onların yaranma xarakteri barədə xx xxxxxx 2020-ci il tarixli 32443 №-li rəydə ətraflı təsvir və nəticə verilmişdir ki, mobil telefon aparatının səthində olan zədələr onun işləməsinə təsir etmir. Göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada telefon deyil, keyfiyyətcə göstərilən parametrlərə uyğun olmayan, istehsal qüsurlu telefon satmışdır. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Belə ki, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra edərək malın dəyərini tam ödəmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməyərək, iddiaçıya qüsurlu və lazımi keyfiyyətdə olmayan mal satmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab edir və İddiaçı ilə Cavabdeh X8 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli 103258 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh X3 “Samsung Galaxy S10” markalı, “SM-G973F” modelli telefon üçün ödənilmiş 1934 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X10 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X10 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-cimaddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olması təsdiq edilmədiyindən iddia tələbi bu hissədə də təmin oluna bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, ekspertiza tədqiqatlarının dəyəri olan 210,11 manat məbləğində pul Cavabdeh X3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən maddi sübutlar məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra alındığı şəxslərə qaytarılır və ya məhkəmənin həmin şeylər üzərində hüququnu təsdiq etdiyi şəxslərə verilir, yaxud məhkəmənin müəyyən etdiyi qaydada reallaşdırılır. Məhkəmə hesab edir ki, mülki iş üzrə maddi sübut olan “Samsung Galaxy S10” markalı, “SM-G973F” modelli, “**********15007, **********15005” İMEİ kodlu mobil (smartfon) telefon məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh X2ytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh X8 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli 103258 nömrəli müqavilə ləğv edilsin. Cavabdeh X3 “Samsung Galaxy S10” markalı, “SM-G973F” modelli telefon üçün ödənilmiş 1934 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X3 30 (otuz) manat məbləğində pul tutulsun və dövlət büdcəsinə ödənilsin. Mülki iş üzrə maddi sübut olan “Samsung Galaxy S10” markalı, “SM-G973F” modelli, “**********15007, **********15005” İMEİ kodlu mobil (smartfon) telefon məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh X2ytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 210,11 manat məbləğində pul Cavabdeh X3 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar