Məhkəmə qərarları › İş №2(062)-167/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-167/2023

16.01.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-167/2023 16.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı ”Xalq-City” Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh və Azərbaycan Beynalxalq Bankı ASC-yə qarşı “mənzilə dair bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, hüquqi sənədlərin geri qaytarılması, mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xalq-City” Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh və Azərbaycan Beynalxalq Bankı ASC-yə qarşı “mənzilə dair bağlanmış Payçı Müqaviləsinin ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, hüquqi sənədlərin geri qaytarılması, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində tikilməkdə olan 2-ci bina B bloku, 8-ci mərtəbə 66 nömrəli 2 otaqlı mənzilə dair ”Xalq-City” Mənzil Tikinti Koperativi ilə Payçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0026 saylı Payçı Müqaviləsi və Abşeron rayonu Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 15-ci kilometrliyində yerləşən 1 saylı binada, sahəsi 60.3 kv.m olan 21 saylı mənzilə dair 22 noyabr 2016-ci il tarixli 0026 saylı müqaviləyə 09 avqust 2018-ci il tarixli 1 saylı əlavə ləğv edilməsi, həmin mənzillə bağlı dəymiş maddi ziyana görə 4450,6 manat, mənəvi ziyana görə 5.000 manat, eləcədə məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 114.51 manatın, cəmi 9565.11 manat pulun Cavabdeh alınaraq ”Xalq-City” Mənzil Tikinti Koperativinə ödənilməsi, həmin mənzilə dair hüquqi sənədlərin onun qanunsuz sahibliyindən götürülərək onlara geri qaytarılması, mənzilin boşaldılaraq MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iiddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Xalq-City” Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh və Azərbaycan Beynalxalq Bankı ASC-yə qarşı “mənzilə dair bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, hüquqi sənədlərin geri qaytarılması, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar