Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4334/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X7 təhsildən yayınmasına görə İddiaçı vurulmuş mənəvi ziyana görə Cavabdeh hesabından 20.000 manat pul alınaraq İddiaçı verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, oğlu X12 2014-cü ilin sentyabr ayından (1-ci sinifdən) etibarən Cavabdehnə getmiş, İddiaçı ilə məktəb arasında övladının ödənişli əsaslarla təhsil alması ilə əlaqədar müqavilə bağlamışdır. 2017-ci ilin may ayından maddi sıxıntıları başlanmış, bununla bağlı məktəbin rəhbəri ilə belə razılığa gəlinmişdir ki, övladının təhsil haqqını hissəli şəkildə ödəsin. Övladının təhsil haqqını ödəyə bilməməyi səbəbi ilə məktəb qarşısında öhdəliyi yaranmışdır. Məktəb qarşısında borcu olduğuna görə 2019-cu ildən 2022-ci ilin fevral ayınadək məktəb uşağına yetərincə təhsil verməmiş, uşağının təhsili ilə bağlı problemləri yaranmışdır. 2021-ci ilin sentyabr ayında Cavabdehn rəhbərliyi bildirmişdir ki, 2022-ci ilin fevral ayından etibarən oğlu təhsil alanlar sırasından “ENİS” proqramı vasitəsi ilə xaric edilmişdir. Lakin Cavabdeh Azərbaycan Respublikası Qanunlarına riayət etməyərək oğlunun sənədlərini özündə saxlamış və onları könüllü qaydada İddiaçı verməkdən imtina etmişdir. Uşaq 2021-ci ildən evdə oturmalı olub və təhsil almaq imkanından məhrum olmuşdur. Bununla bağlı İddiaçı dəfələrlə Azərbaycan Respublikasının birinci Vitse Prezidentinə yazmış olduğu ərizələr Təhsil Nazirliyinə göndərilmiş, yalnız bundan sonra Elm və Təhsil Nazirliyi işə qarışdıqdan sonra onun sənədlərini ala bilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh məhkəmədə iddia qaldıraraq İddiaçı borclu qaldığı illər üzrə cəmi 35525 manat məbləğində pul tələb etmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 27268 manat ödənilməmiş təhsil haqqı, peniya (dəbbə pulu) qismində 1000 manat və ödənilmiş dövlət rüsumu qismində 107,94 manat pulun İddiaçı alınaraq Cavabdehnə ödənilməsi qət edilmişdir. Göründüyü kimi cavabdehə İddiaçı təhsili ilə bağlı kobud qanun pozğunluqlarına yol verdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02 dekabr 2022-ci il tarixli məktubu ilə xəbərdarlıq edilmiş və oğlu X7 şəxsi işinin İddiaçı verilməsi xahiş edilmişdir. Əks təqdirdə Azərbaycan Respublikası Qanunlarının tələbinə və lisenziyanın şərtlərinə riayət edilməməsi ilə bağlı fəaliyyətlərinə xx.xx.2016-cı il tarixdə verilmiş lisenziyanın dayandırılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət olunacağı bildirilmişdir. Yalnız bundan sonra oğlunun sənədləri İddiaçı verilmişdir. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ərizəsində heç bir rəsmi hüquqi sənədə istinad etmədən əsassız, olaraq tələb irəli sürür ki, “BSB" X16 Məktəbi qarşısında borcu olduğuna görə Məktəb tərəfindən oğlu X5 2019-cu ildən 2022-ci il fevral ayınadək yetərincə təhsil verilməmiş və bununla bağlı uşağının təhsilində problemlər yaranmışdır. Əvvəla iddia ərizəsi hazırlanarkən iddiaçı heç bir hüquqi rəsmi sənədə istinad etməyərək məlumatları və müddətləri öz xeyrinə uydurmuşdur. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, maddi sıxıntıları başladımdan 2017-ci ildən təhsil haqqının hissələrlə ödənilməsi barədə məktəb rəhbərliyi ilə razılıq əldə olunmuşdur. Əgər belə razılıq əldə olunmuşdursa uşağın təhsili ilə bağlı hansı problem yarana bilməzdi. Ümumiyyətlə qüvvədə olan qanunvericiliyə əsasən heç bir uşaq hər hansı bir səbəbdən təhsildən məhrum edilə bilməz. Eyni zamanda İddiaçı oğlunun təhsil aldığı müddətdə guya ona yetərincə təhsil verilməməsi barədə məktəb rəhbərliyinə rəsmi müraciəti olmamışdır. Yaranmış təhsil haqqı borcu ilə əlaqədar iddiaçının da ərizəsində qeyd etdiyi kimi məhkəməyə müraciət edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ümumilikdə 27.268 manat ödənilməmiş təhsil haqqı, peniya 1000 manat və ödənilmiş dövlət rüsumu 107.94 manat İddiaçı alınaraq “BSB" X17 Məktəbinə ödənilməsi qət edilmişdir. Hal-hazıda icra vərəqəsinin yerinə yetirilməsi ilə bağlı Nəsimi Rayon İcra şöbəsi tərəfindən qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə baxmayaraq məktəbin xeyrinə heç bir məbləğ ödənilməmişdir. İddiaçının ərizəsində qeyd etdiyi məlumatların uydurma, saxta və heç bir sübuta əsaslanmadığını isbatlayan digər əsas onun uşağının təhsil alması ilə bağlı Cavabdeh ilə aralarına bağlanmış xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsidir. Əgər iddiaçının qeyd etdiyi kimi məktəb tərəfindən oğluna 2019-cu ildən yetərincə təhsil verilməmişdirsə o yeni tədris müqaviləsi bağlamazdı. Oğluna yetərincə təhsil verilməməsi ilə bağlı İddiaçı nə məktəbə nə də müvafiq dövlət qurumlarına müraciəti olmamışdır. Belə ki, ödənilməmiş təhsil haqqı borcu ilə əlaqədar Nəsimi Rayon Məhkəməsində baxılan mülki işə İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etirazda özü etiraf edir ki, “2021-ci ilin iyun ayında mənim oğlum X13 imtahan verərək 7-ci sinifə keçmişdir”. Onun qeyd etdiyi kimi yetərincə təhsil almayan oğlu imtahanı müvəffəq verə bilməzdi. İddia ərizəsində əsassız olaraq göstərilir ki, Cavabdeh oğlunun sənədlərini özündə saxlamış və sənədləri könüllü qaydada ona verməkdən imtina etmişdir. İddia ərizəsinin bu hissəsi də həqiqəti əks etdirmir. Belə ki, təhsil haqqı tələbinə dair yuxarıda qeyd edilən məhkəmə çəkişməsində həm hakim C.Tağıyev həm də məktəb nümayəndəsi tərəfindən ona hüquqları dəfələrlə izah edilmiş və bildirilmişdir ki, rəsmi qaydada müraciət etdikdən sonra zəruri hüquqi prosedurlar keçirilməklə oğlunun şəxsi işi ona təhvil veriləcəkdir. Ona və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da mövcud qanunvericiliyin tələbləri ona ətraflı izah edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “BSB’’ X16 Məktəbinə rəsmi qaydada müraciət etmiş oğlu X8 şəxsi işini təhvil almışdır. Yuxarıda qeyd edilənlərlə bağlı iddiaçı Y.Y. Cəfərovanın “BSB" X16 Məktəbinə heç bir şikayət və tələbi olmamışdır. Ona görə də iddaçı X2 Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi ödənilməsi tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhsil müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh Britaniya istiqamətinin (2017-ci il üçün Year 4, 2018-ci il üçün Year 5, 2019-cu il üçün Year 6, 2020ci il üçün Year 7) sinfinə, şagird kontingentinə qəbul edilmiş Daniel Nevcombenin təhsil alması üçün Beynəlxalq təlim proqramlarından istifadə etməklə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət tədris planına və proqramlarına əsaslanmaqla özünün tərtib etdiyi və müvafiq qaydada təsdiq etdiyi tədris planına və proqramlarına uyğun olaraq tədris prosesini təşkil etmək və bunun müqabilində razılaşdırılmış təhsil xərcinin vaxtında Cavabdehnə təhsil alan tərəfdən ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsindən müəyyən olunur ki: - İddiaçı Cavabdeh İddiaçı qarşı «müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq pulun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı müqavilə öhdəliklərini pozduğuna görə 35.525 manat təhsil xərcinin və penyaya görə hesablanmış 58.352 manat pul məbləğinin, cəmi 93.877 manat və rüsuma görə ödənilmiş 371,63 manat məbləğində pulun alınaraq Cavabdeh bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir; - Qətnamə ilə müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhsil müqavilələri üzrə ümumilikdə 27.268 manat ödənilməmiş təhsil haqqı, penya (dəbbə pulu) qismində 1.000 manat pulun və ödənilmiş dövlət rüsumunun 107,94 manatının cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması qət olunmuşdur. Elm və Təhsil Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda vətəndaş X2 övladı X3 şəxsi işinin alınmasına kömək edilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin Katibliyindən Elm və Təhsiı Nazirliyinə müraciəti daxil olduğu qeyd olunmuş, X4 şəxsi işinin onun valideyninə (qanuni nümayəndəsinə) təhvil verilməsi xahiş olunmuş, əks halda Cavabdeh tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi ilə əlaqədar Cavabdeh fəaliyyətinə xx.xx.2016-ci il tarixdə verilmiş İSN/L- 33/2016 nömrəli lisenziyanın dayandırılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 005/3565 nömrəli cavab məktubunda qeyd olunur ki, “BSB ’ X16 Məktəbinin şagirdi olmuş X14 üzürsüz səbəblərdən təhsildən yayındığı üçün xx.xx.2022-ci il tarixdən Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə Məktəbin şagird kontingentindən çıxarılmışdır. Hər hansı şagird ölkədaxili təhsil yerdəyişməsi etməmişdən əvvəl onun valideyni və yaxud qanuni nümayəndəsi şəxsi kabinet yaratmaqla ÜTİS sistemi ilə bağlı olan Şagird yerdəyişmə sistemi vasitəsilə müvafiq təhsil müəssisəsinə elektron müraciət edir. Müraciət edilən təhsil müəssisəsi tərəfindən şagirdin qəbulunu təsdiq edən elektron bildiriş Cavabdehnə daxil olduqdan sonra onun şəxsi işi rəsmi olaraq müraciət etmiş valideyninə və yaxud qanuni nümayəndəsinə təqdim edilir. Bu günə qədər X9 valideyni X6 na tərəfindən şəxsi işin götürülməsi ilə əlaqədar rəsmi olaraq “BSB" X16 Məktəbinə müraciət olunmamışdır. Belə müraciət olunduğu halda X9 şəxsi işi ona təqdim ediləcəkdir. Cavabdeh tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, X15 Cavabdehndə təhsil almış, 2021-2022-ci tədris ilində üzürsüz səbəblərdən uzun müddət təhsildən yayındığı üçün xx.xx.2022-ci ili tarixdən Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən çıxarılmışdır. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X11 aid sənədləri Cavabdehndən təhvil almış və bunu öz imzası ilə təsdiq etmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Cavabdeh ilə İddiaçı arasında Cəfərova X1 Nevcombe Richarta təhsil xidmətlərinin göstərilməsi barədə müqavilələr bağlanmış və X12 2017-ci ildən etibardən Cavabdehndə təhsil almışdır. Sonradan müqavilə üzrə ödənişlərin gecikməsi və X7 təhsildən yayınmasını əsas götürən Cavabdeh X12ı xx.xx.2022-ci il tarixdən Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə Məktəbin şagird kontingentindən çıxarmış, daha sonra tərəflər arasında bağlanmış müqaviləni birtərəfli qaydada ləğv etmiş və müqavilə üzrə ödənişlərin tutulması üçün iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Hazırda İddiaçı X7 təhsilini davam etdirməsi üçün zəruri olan sənədlərin Cavabdeh tərəfindən ona verilməməsi səbəbindən uşağının təhsildən qaldığını və özünün də mənəvi iztirab çəkdiyini bildirir və mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdeh isə X7 təhsilinə dair sənədlərin verilməsi üçün İddiaçı tərəfindən onlara rəsmi müraciətin olmadığını, məhz belə müraciətdən sonra xx.xx.2023-cü il tarixdə sənədlərin ona təqdim olunduğunu bildirir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəməAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İş materiallarından aydın olur ki, Cavabdeh tərəfindən X12 Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən xx.xx.2022-ci ili tarixdə çıxarıldığı halda, onun təhsilinə dair tələb olunan sənədləri İddiaçı xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bu sənədlərin alınması üçün rəsmi müraciət olunmadığından iddiçıya təqdim olunmadığını, məhz onun müvafiq müraciətindən sonra sənədlərin ona qeyd edilən tarixdə verildiyini bildirir. Halbuki İddiaçı rəsmi qaydada belə müraciətlər etməsi iş materialları ilə sübut olunur. Tərəflər arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli təhsil müqaviləsinin 3.1.1-ci bəndində qeyd olunur ki, təhsil müəssisəsini aşkarlıq, şəffaflıq və demokratik prinsipləri əsasında, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa, təhsil sahəsində normativ hüquqi aktlara və Cavabdeh nizamnaməsinə uyğun idarə olunmasını təmin etmək Cavabdeh vəzifələri sırasında qeyd olunub. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununu 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraiti yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasında məhrum edilməsinə yol vermir. Həmin Qanunun 3-cü maddəsinə əsasən mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxildir. Halbuki Cavabdeh X11 məxsus sənədləri təqdim etməməklə onun təhsilinin dialektik qarşılıqlı əlaqədə ardıcıl davam etməsinə ciddi əngəl törətmişdir. Belə ki, X12 xx.xx.2022-ci ili tarixdən Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən çıxarılsa da, ona dair sənədlər yalnız xx.xx.2023-cü il tarixdə Elm və Təhsil Nazirliyinə İddiaçı tərəfindən edilən müraciətlərdən sonra təqdim edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına tərəflər arasında müqavilə üzrə yaranmış borcdan irəli gələn mübahisəyə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan zaman İddiaçı sənədlərin alınması üçün müraciət qaydasını izah etdiyini bildirsə də, həmin məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin tarixi əsas götürülməklə Cavabdeh uşağın xx.xx.2022-ci ili tarixdən Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən çıxarıldığı tarixdən keçən 1 ilə yaxın müddət ərzində hərəkətsizlik göstərdiyi aydın olur. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə təhsil müəssisəsinin aşkarlıq, şəffaflıq və demokratik prinsipləri əsasında, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa, təhsil sahəsində normativ hüquqi aktlara uyğun idarə olunacağına təminat verilsə də, Cavabdeh mülki qanuncvericiliyə zidd olaraq mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmiş, X7 təhsil qanunvericiliyi ilə təminat verilmiş hüquqlarının həyata keçirilməsinə maneələr yaratmışdır. O da nəzərə alınmalıdır ki, “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununu 31-ci maddəsinə əsasən valideynlər və ya digər qanuni nümayəndələr təhsil prosesinin iştirakçıları hesab edilmişdir. Yəni hazırki halda övladı X7 təshil almasında birbaşa onun valideyni İddiaçı da iştirakçıdır. Əlbəttə ki uşağın təhsilində yaranmış problemlər bu prosesinin iştirakçısı olan onun valideyninə də təsir etmişdir. Eyni zamanda həmin Qanunun 34-cü maddəsinə əsasən təhsilalanların hüquqlarını müdafiə etmək onların valideynlərinin hüququ, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq isə onların vəzifələridir. Məhkəmə qeyd edir ki, X7 təhsilini ardıcıl dialektik əlaqədə davam etməsinə əngəllər yaranması onun valideyni olan İddiaçı həm hüquqlarını pozmuş, həm də ondan asılı olmayan səbəblərdən uşağının əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq vəzifəsini həyata keçirə bilməmişdir. Eyni hüquqlar və vəzifələr ailə qanunvericiliyində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Aydındır ki, X7 təhsilinə yaranmış maneələr İddiaçı təhsil qanunvericiliyi və ailə qanunvericiliyi ilə əksini tapmış hüquqlarını kobud şəkildə pozmuş, o cümlədən bir sıra vəzifələrinin icrasına maneələr yaratmışdır. Məhkəmə hesab edir ki, qeyd edilənlər İddiaçı bir valideyn və təhsil prosesinin iştirakçısı kimi hüquq və vəzifələrinin pozulmasını təsdiq edir. Və uşağın təhsildən kənarda qalması müddətini, tərəflər arasında mübahisənin davam etmə müddətini əsas götürərək İddiaçı mənəvi ziyan vurulduğu qənaətinə gəlir. Vurulmuş mənəvi zərərin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında qeyd olunur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə X7 Elm və Təhsil Nazirliyinin balansında olan ÜTİS sistemi vasitəsi ilə məktəbin şagird kontingentindən çıxarıldığı xx.xx.2022-ci ili tarixdən tələb olunan sənədlərin İddiaçı verildiyi xx.xx.2023-cü il tarixədək keçən müddəti, İddiaçı və Cavabdeh arasında olan yazışmaları, iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi etirazlarını və işin digər materiallarını araşdıraraq vurulmuş zərərin məbləğinin 2000 manat həcmində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat pul Cavabdehndən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4334/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4334/2023
19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver