Məhkəmə qərarları › İş №2(005)-4340/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4340/2022

15.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4340/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 Cavabdehlər Cavabdeh6 və Cavabdeh8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, X1, Cavabdeh8, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 51 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR İN yanında ƏMDX yannında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, AR İN yanında ƏMDX yannında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə) “müqavilələrin və etibarnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, X1, Cavabdeh8, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 51 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR İN yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, AR İN yanında ƏMDX yannında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə) “müqavilələrin və etibarnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh6 və Cavabdeh8 şifahi vəsatətlə müraciət edərək bildirdilər ki, iş üzrə vəkil qismində iştirak edən Vəkil1 səlahiyyətləri mülki prosessual qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdiirlmədiyindən hazırki iddia tələbi baxılmamış saxlanılmalıdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatətin əsassız olduğunu, ona verilmiş etibarnamədə məhkəmə orqanlarında təmsil etmək hüququnun verildiyini bildirərək, mülki işə baxılmasını xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdeh tərəfin vəsatətini və onun mübahisə ilə bağlı fikirlərini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə vəsatət olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 74.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə olanda iddia ərizəsinə əlavə edilmiş İddiaçı tərəfindən Vəkil1 Sücaət oğluna verilmiş etibarnamədən görünür ki, Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Bununla da İddiaçı vəkili Vəkil1 Sücaət oğlunun iddiaçının nümayəndəsi kimi iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 №-li qərarının 5-ci maddəsində qeyd edilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1. 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarının 15-ci bəndinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Azərbaycan Respublikası MPM-nin 259, 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, X1, Cavabdeh8, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 51 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR İN yanında ƏMDX yannında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, AR İN yanında ƏMDX yannında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə) “müqavilələrin və etibarnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə olunmuş sənədlər və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar