Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4373/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment ödənilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X8. xx.xx.2006-cı il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqının 1/2 hissəsində alimentin İddiaçı xeyrinə tutulması, eyni zamanda birgə nikah dövründə əldə edilmiş Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAAF-PARK" (hazırki Abşeron City yaşayış kompleksi) yaşayış massivi, 240-B saylı binadakı ümumi sahəsi 99,6 kv.m olan 3 saylı mənzil və Xırdalan şəhəri, Heydər Əliyev prospekti. “AAAF-PARK" (hazırki Abşeron City yaşayış kompleksi) yaşayış massivi, 240-B (hazırki 240D) saylı binadakı ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsi üzərində 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, alimentin uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən onun xeyrinə 2022-ci ilin fevral ayından tutulmasını xahiş etmişdir. ərizəsini onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş, mediasiya prosesində iştirakla bağlı təklifdən, poçt qəbzindən göründüyü kimi iddiaçı tərəfindən 2022-ci ilin fevral ayından etibarən cavabdehdən aliment tələb etmişdir. Lakin cavabdeh ona hədələdiyi üçün mediasiyada iştirak edə bilməmiş, nəticədə prosesi məhkəmədə davam etdirə bilmişdir. 2022-ci ilin fevral ayından tələb etsə cavabdeh onu ödəməkdən boyun qaçırmışdır. İddiaçı Cavabdeh qarşı aliment ödənilməsi tələbinə dair iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2011-ci il təvvəllüdlü X10, xx.xx.2008-ci il təvvəllüdlü X8 və xx.xx.2006-cı il təvvəllüdlü X9 dünyaya gəlmişdir. Hazırda Cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın icraatında idi. Cavabdeh ilə faktiki nikah münasibətində olmadıqları üçün uzun müddətdir ayrı yaşayırlar. Övladları da İddiaçı ilə birlikdə yaşayır. Nəticədə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvvəllüdlü X6, xx.xx.2008-ci il təvvəllüdlü X5 və xx.xx.2006-cı il təvvəllüdlü X4 maddi ehtiyaclarını qarşılaya bilmir. Buna görə də, övladlarının maddi ehtiyaclarını qarşılamaq üçün hər ay Cavabdeh əmək haqqının 1/2 hissəsi məbləğində pul İddiaçı xeyrimə tutulmalıdır. Cavabdeh “Stanford Marine" LLC-də işləyir, onun əmək haqqı birlikdə yaşadıqları dövrdə 11.000 ABŞ dolları təşkil etmişdir. Hazırki əmək haqqının dəqiq məbləği barədə məlumat əldə etmək üçün iddiaçı tərəfindən “Stanford Marinc” LLC-yə sorğu ilə müaciət edilmişdir. Lakin sorğuya bu günədək cavab verilməmişdir. Buna görə də, onun əmək haqqının məbləği barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Ərizəçi İddiaçı məhkəməyə müvəqqəti təminat tədbirinə dair ərizə təqdim edərək, xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün “aliment və əmlakın bölünməsi” tələbi üzrə məhkəmə mübahisəsi yekunlaşanadək cavabdehdən, hər ay, hər uşağa görə 193 manat, ümumilikdə 579 manat alimentin müvəqqəti olaraq tutulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(005)- 2/2022 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq məhkəmənin mülki iş üzrə aliment tutulması barədə qətnaməsi çıxarılanadək xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 525 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, İddiaçı mülkiyyətində olmaqla Cavabdeh icazəsi və xəbəri olmadan satılmış “Toyota RAV-4” minik markalı, 90PU625 (indiki dövlət qeydiyyat nişanı 90PF347) dövlət qeydiyyat nişanlı avtomobilin real bazarı müəyyən edilməklə satışından əldə olunmuş pul məbləğinin 1/2 hissəsinin və lazer aparatının alınmasına xərclənmiş pul məbləğinin 1/2 hissəsinin cavabdehdən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3297/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment tutulması” barədə tələbi üzrə mülki işin ayrıca icraata ayrılması; İddiaçı Cavabdeh qarşı “cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə 2(005)-3297/2022 nömrəsinin saxlanılması; İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə yeni nömrə verilməsi; İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil cavabdehin hər ay hər uşaq üçün 200 manat aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 744245 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ 251993 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ 614894 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. X7 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh ünvanlanmış nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair mediasiya prosesinin tətbiqi ilə bağlı təklifdən müəyyən olunur ki, X7 xx.xx.2022-ci il tarixdə Cavabdeh mediasiya vasitəsi ilə mübahisənin həll edilməsini təklif etmişdir. X7 tərəfindən ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, X7 nikahın pozulması və aliment mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmişdir. X2 Sevinc Rza qızına göndərilmiş SMS bildirişdən müəyyən olunur ki, onu MŞB/6- 1508 nömrəli iş (aliment tələbi) üzrə xx.xx.2022-ci il saat 15:15-də X3 iştirak etməyə dəvət etmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə “alimentin 2022-ci ilin fevral ayı tarixindən tutulması” hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdən onun 2022-ci ilin fevral ayından etibarən aliment tutulması üçün tədbirlər görüldüyü müəyyən olunur. Mülki iş materiallarında olan X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılmış, lakin sessiyalarda iştirak etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və alimentin tutulması X7 tərəfindən Cavabdeh ünvanlanmış nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair mediasiya prosesinin tətbiqi ilə bağlı təklifin verildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, mülki iş məhkəmənin icraatında olduğu zaman İddiaçı məhkəməyə verdiyi müvəqqəti təminat tədbirinə dair ərizə əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(005)- 2/2022 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixdən başlayaraq məhkəmənin mülki iş üzrə aliment tutulması barədə qətnaməsi çıxarılanadək xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 525 məbləğində alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Bu səbəbdən də məhkəmə qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə aliment tutulan zaman Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(005)-2/2022 saylı qərardadı nəzərə alınmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin qazancı barədə sübutun olması səbəbindən məhkəmə alimentin sabit pul məbləğində tutulmasını məqbul hesab edir. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının alimenti cavabdehin əmək haqqının ½ hissəsində müəyyən edilməsini tələb etməsinə baxmayaraq, cavabdehin rəsmi iş yeri barədə heç bir sübut təqdim etməməsini, o cümlədən, cavabdehin ƏƏSMF Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsinin mövcud olmaması barədə arayış təqdim etməsini, həmçinin cavabdehin hər ay hər uşaq üçün 200 manat məbləğində aliment ödəməyə razı olduğunu nəzərə alaraq, toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməli, aliment sabit pul məbləğində müəyyən edilərək, İddiaçı Cavabdeh ilə birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X8. xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat, cəmi 600 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(005)-2/2022 saylı qərardadı nəzərə alınmaqla xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat, cəmi 600 (altı yüz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4373/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4373/2022
04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver