Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4407/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-rəsmi nikahdan azyaşlı övladları-xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh bütün gəlirlərindən hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikah münasibətində olmuş, və onların xx.xx.2022-ci il tarixində X6 adlı övladları dünyaya gəlmişdir. İlk vaxtlar mehriban yaşasalar da, artıq uzun müddətdir ki, cavabdehin günahı ucbatından münasibət pisləşmişdir. Cavabdeh ailəsi ilə maraqlanmır, uşağla maraqlanmır. Uşaq azyaşlı olduğu üçün iddiaçı işləmir. Uşaq həmişə iddiaçının yanında qalır. Cavabdeh ata kimi üzərinə düşən öhdəliklərə əməl etmir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin olunmasını və alimentin mediasiyaya müraciət edilən vaxtdan hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş gəlməməsinin üzrlü səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 3 saylı Bakı "Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T seriyalı, 208097 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2022ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı , 442515 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 10 mart 2022-ci il tarixdə İddiaçı doğulmuş , X5 atası hesab edilmişdir. AR Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən İddiaçı ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin qeyri-rəsmi nikahından xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədir. İddiaçı hazırda uşağın saxlanılması üçün cavabdehin bütün gəlirlərindən hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tələb edir. Uşağa alimentin ödənilməsi ilə bağlı tərəflər öz aralarında hər hansı saziş bağlamamışlar. İddiaçı mediasiyaya müraciət edildiyi vaxtdan alimentin hesablanmasını xahiş etmiş, mediasiyaya prosesinin tətbiqi barədə təklif Cavabdeh poçt vasitəsilə xx.xx.2022-ci il tarixindən göndərilmiş, lakin xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən , məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşağa alimentin ödənilməsi barədə saziş yoxdur, cavabdehin aylıq vəzifə barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı uşağın saxlanılması üçün aliment miqdarını hər ay 250 manat məbləğində tələb edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehin gəlirinin yüksək olması, uşaq üçün 250 manat ödəmək qabiliyyətinə malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bu baxımdan, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün İddiaçı tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində, yaşayış minimumu nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə işin hallarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh 193 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması ədalətli və əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 2316 manat) ödənilməli olan dövlət rüsumu 43,16 manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Ödənilməmiş dövlət rüsumu olaraq 43,16 (qırx üç manat on altı qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, aliment məbləği aliment məbləği mediasiyaya müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, iddia qalan hissədə rədd edilməlidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit məbləğdə aliment tutulsun. Aliment məbləği xx.xx.2022-ci il tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş dövlət rüsumu olaraq 43,16 (qırx üç manat on altı qəpik) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4407/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4407/2022
25.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver