Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4432/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının X2 Hüquqi şəxsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 X1 Təşkilatına və Azərbaycan Respublikasının X2 Hüquqi şəxsinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 X1 Təşkilatına və Azərbaycan Respublikasının X2 Hüquqi şəxsinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının X2 Hüquqi şəxsinin nümayəndəsi X5 məhkəmə iclasında vəsatətlə müraciət edərək, mülki işi aidiyyəti üzrə, cavabdehin hüquqi ünvanının olduğu məhkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı vəsatətə etiraz etmədiyini bildirmişdir. Məhəkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının X2 Hüquqi şəxsinin nümayəndəsi vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 X1 Təşkilatı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 X1 Təşkilatının nümayəndəsi olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, , İddiaçı cavabdehlər Cavabdeh2 X1 Təşkilatına və Azərbaycan Respublikasının X2 Hüquqi şəxsinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi”dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddiaçı iddia ərizəsində Cavabdeh2 X1 Təşkilatının hüquqi ünvanını ünvan 1ron məhkəmə” informasiya sistemində yaradılan hüquqi şəxslərin axtarış bazasından əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, cavabdehin ünvanı ünvan 2ərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Məhkəmə hesab edir ki, Cavabdeh2 X1 Təşkilatının rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, Xaqan Dadaşov küçəsi ev 230E ünvan Nəsimi rayonu ərazisində yerləşdiyindən həmin iddia tələbi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 X1 Təşkilatına və Azərbaycan Respublikasının X2 Hüquqi şəxsinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4432/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4432/2022
06.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver