Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4441/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər «Tərəqqi” MMC-yə , Nərimanov rayon İcra probasiya şöbəsinə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 'Tərəqqi” MMC əmlakın qiymətləndirilməsinə dair 225 saylı xx.xx.2022-ci il tarixli Hesabatının ləğv edilməsinə və AR ƏN Nərimanov rayon İcra Şöbəsinin 11095-129397/22-15-12 saylı, xx.xx.2022-ci tarixli sifariş məktubunda ASC-nin istehsalda bilavasitə istifadə edilən əmlakların yerinə istehsalda istifadə edilməyən əmlakla əvəz edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2(82)-702/2014 saylı. 01 aprel 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh “Bakı Elektriktökmə" ASC-yə qarşı "pul tələbinə dair" iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-323/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə qətnamə ləğv edilərək, iddia ərizəsi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, icra şöbəsi ASC-nin hal-hazırda istehsalda bilavastə istifadə edilən 60 kub.metrlik Qəlib qarışığı hazırlayan metal tutumlu bunker adlı 4 ədəd əmlakının üzərinə həbs qoyularaq onun qiymətləndirilməsi barədə 11095-129397/22-15-12 saylı, xx.xx.2022ci tarixli sifariş vermişdir. Cavabdeh "xxxx" MMC isə həmin əmlakın qiymətləndirilməsinə dair 225 saylı xx.xx.2022-ci il tarixli Hesabat tərtib edərək, əmlakın hər birini 12.500 manat qiymət qiymətləndirmiş və hesabatda həmin əmlakların istifadəyə yararsız, əsaslı təmirə ehtiyacı olduğunu qeyd etmişdir. Halbuki, cavabdeh MMC-nin Hesabatında göstərilən 4 adda əmlaklar (Qəlib qarışığı hazırlayan metal tutumlu bunker) ASC-nin daimi fəaliyyəti üçün nəzərdə tutulmuş və hamısı saz və işlək vəziyyətdədir. ASC həmin əmlaklardan istfadə edərək lazımi işlər görməklə məşğuldur. Lakin, cavabdeh MMC əmlaklara Nərimanov rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən əmlakı olduqca aşağı qiyməyə qiymətləndirmişdir. İddiaçının iddia ərizəsində cavabdehlərdən tələb etdiyi qeyd olunan rəyinin etibarsız hesab edilməsi barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Bu baxımdan, iddiaçı "xxxx" ASC-nin cavabdehlər «Tərəqqi” MMC-yə , Nərimanov rayon İcra probasiya şöbəsinə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər «Tərəqqi” MMC-yə , Nərimanov rayon İcra probasiya şöbəsinə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4441/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4441/2022
26.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver