Məhkəmə qərarları › İş №2(005)-450/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-450/2021

08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-450/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı, cavabdeh Cavabdeh və Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxx 2004-cü ildə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı övladı anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulması, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X6 analarının yanında qalması və hər uşağa görə 100 manat, xx.xx.2013-cü il təvəllüdlü X6 3 yaşına çatanadək 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, qətnamə ilə müəyyən edilmiş alimenti vaxtıvaxtında həm bank hesabı vasitəsi ilə həm də ödəniş qəbzləi vasitəsi ilə ödəmişdir. 2016cı ildən etibarən isə birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X11 onun yanında yaşayırlar. Belə ki, cavabdehin 2016-cı ildən başqa şəxslə faktiki ailə münasibətlərinə daxil olması və 2018-ci il tarixdə qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirməsi səbəbindən uşaqlar onunla birlikdə qalmaq istəmirlər. Aralarıda uşaq tələbi ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Sonuncu Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X11 onun yanında saxlanılmış, xx.xx.2007-ci il təvəllüdlü X4 isə anasının yanında saxlanılması qət edilmişdir. Hazırda cavabdeh İcra Şöbəsinə müraciət edərək ondan yığılmış aliment borcunu tələb edir. Qanunun da mənasından göründüyü kimi, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qeyd etdiyi kimi 2016-cı il tarixdən uşaqlar onunla birlikdə yaşayır, uşaqları özü saxlayır və onların bütün xərclərini qarşılayır. Cavabdeh isə uşaqların saxlanılmasında heç bir maddi yardım etməmişdir. Hesab edir ki, aliment uşaqların normal yaşayışları və ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulmuşdur və qeyd etdiyi kimi uşaqlar 2016-cı il tarixdən onunla yaşadıqlarından və onların bütün ehtiyacları onun tərəfimdən ödənildiyindən yığılmış aliment borcu silinməlidir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə tutulmalı olan 17749 manat məbləğində yığılmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddianın əsassız olduğunu bildirdi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək, hazırda 3 uşağın atanın himayəsində olduğunu və bu səbəbdən də onun həbsə alınmasının məqsədə müvafiq olmadığını bildirdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilən borc məbləği uşaqların anada olduğu vaxt üçün hesablanmışdır. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)-566/2020 nömrəli, xx.xx.2020 tarixli qərarından görünür ki, borclu İddiaçı barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 1(005)-2395/2013 saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata işdə cinayətin əlamətləri olduğunu, Binəqədi rayon icra və probasiya şöbəsinə izah olunsun ki, “İcra haqqında” Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədiyindən, məhkəmə qərarını icra etməyə borclu şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana təqdimatla müraciət etmək vəzifəsinin olması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)-769/2019 nömrəli, xx.xx.2019 tarixli qərarından görünür ki, İddiaçı barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2395/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4689/2017 nömrəli, xx.xx.2017 tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Cavabdeh qarşı övladları - xx.xx.2005-ci təvəllüdlü X5, xx.xx.2007-ci təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 atanın yanında qalması və aliment tələbinə dair iddia ərizəsininin təmin edilməməsi, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 3(001)- 1143/2019 nömrəli, xx.xx.2019 tarixli qərarından görünür ki, inzibati xəta törətmiş borclu İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 ( beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2395/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nərimanov rayonu VVADQ şöbəsində bağlanmış xx xxxx 2004-cü il tarixdə nikahın tanınması haqqında akt qeydləri kitabında 342 sayla qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş X9, Qarayev Abbas Faiq oğlu, X11 və X12 iddiaçı Cavabdeh yanında qalması, xx.xx.2013-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı birgə nikahdan xx.xx.2005-ci tarixdə anadan olmuş İddiaçı, xx.xx.2007-ci tarixdə anadan olmuş X10, xx.xx.2009-cu tarixdə anadan olmuş X11 və xx.xx.2013-cü tarixdə anadan olmuş X1 üçün hər ay hər birinə sabit pul məbləğində 100 (bir yüz) manat, cəmi 400 (dörd yüz) manat aliment və X12 üç yaşına çatanadək ananın saxlanması üçün 50 (əlli) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1892/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmamış uşaqların anadan alınaraq onun himayəsinə verilməsi və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə X2 birgə nikahlarından doğulmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X11 ataları İddiaçı himayəsinə verilməsi, iddianın qalan hissələrdə təmin edilməməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı uşaqların qaytarılması və aliment tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Məhkəmə iddia tələbinə Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq qiymət verməyi məqsədəmüvafiq hesab edir. Belə növ iddia tələbinin həllinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin qeyd olunan müddəasının mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimenti ödəməkdən azad edilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməli və ya tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər arasında nikah Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların ananın yanında saxlanılması qərara alınmış, buna baxmayaraq, 2016-cı ilin oktyabr – noyabr aylarında tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X11 ataları ilə yaşamağa başlamış, 2019-cu ilin 31 iyul tarixli Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə atanın himayəsinə verilmişlər. İddiaçı silinməsini xahiş edən aliment borcları uşaqlar ananın himayəsində olduqları dövr üçün yığılmışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar