Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4502/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X21, Cavabdeh Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC-nin nümayəndəsi X17 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 və X10 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, X11 və X27 cəlb edilməklə) “hərracın baş tutmamasının əsaslarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xəzər rayon İcra şöbəsi göstərilməklə) “hərracın baş tutmamasının əsaslarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin sifarişi İlə Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə və Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə dair 29.03.2021-ci il tarixdə keçirdiyi hərracın “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsaslanaraq baş tutmamış elan edilməsi etibarsız hesab edilərək, hərracın “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən baş tutmamasına, ödənilmiş 10,40 manat dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-456/2017 saylı, 24.11.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək cavabdeh X22 04.04.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 45000 manat cərimə, ümumilikdə 977134 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilinə, X18 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə və X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 55000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 130000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 470000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 100000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 370000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 170000 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin cavabdeh X28 banka olan borcunun ödənilməsinə yünəldilməsi, qeyd edilən fərdi yaşayış evi və mənzil satıldıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzildə qeydiyyatda olan X23 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində qeydiyyatda olan X3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulması və tutma yönəldilmiş ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinə aid hissədə dəyişdirilərək cavabdeh X22 iddiaçının xeyrinə 25700 manat dəbbə pulunun tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 405000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 900000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7792/2019 saylı, 21.01.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə əsasında verilmiş icra vərəqələri icra edilməsindən ötrü icra şöbələrinə yönləndirilmiş və daha sonra Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icraatında birləşdirilərək, icra məmuru Mübariz Abbasovun icraatına verilmişdir. İcra məmuru öz növbəsində icra sənədinin icrası ilə əlaqədar əmlakların açıq hərracdan satılması üçün Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC ixtisaslaşmış hərrac təşkilatına sifariş vermişdir. İcra sənədi üzrə əmlakların satılması üçün Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC tərəfindən 29.03.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Xə/ər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə və Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə dair hərraca 2 nəfərdən az alıcı gəldiyindən hərrac “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir. Digər əmlaklara aid hissədə isə hərrac “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir. İxtisaslaşmış hərrac təşkilatı tərəfindən yuxarıda göstərilən əmlaklara dair 29.03.2021-ci il tarixdə keçirilmiş hərracın “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsaslanaraq baş tutmamış elan edilməsi qanunsuz olduğundan etibarsız hesab edilərək, hərracın “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən baş tutmaması elan edilməlidir. Hərrac təşkilatçısı hərracın keçirilməsinə dair bildirişdə behin ödənilməsi müddəti və qaydasını göstərməlidir. Lakin Respublika Xammal və X43 Mərkəzi “Külək" MMC-nin 10.03.2021-ci il tarixli 01 nömrəli hərracın keçirilməsinə dair bildirişində behin ödənilməsi müddəti göstərilməmiş, behin ödənilməsi qaydası isə qeyri müəyyən şəkildə göstərilmişdir. Hərrac təşkilatından əldə edilən sənədlərdən müəyyən edilmişdir ki, hərracda iştirak etmək üçün behlər hərrac günü, yəni 29.03.2021-ci il tarixdə ödənilmişdir. Eyni zamanda, ödəniş sənədlərindən behlərin ödənilməsi saatını müəyyən etmək olmur. Bu hal isə behlərin hərracın keçirilməsi vaxtı bitdikdən sonra ödənilməsi, həmçinin 29.03.2021-ci il tarixdə keçirilən hərracın üç iştirakçısının məhz həmin gün ərizə ilə müraciət edərək, hərracın iştirakçısı kimi tanınması və elə həmin gündə behlərin ödənilməsi hərracın qanuni təşkil edilməməsi barədə əsaslı şübhələr doğurur. Hazırki halda isə Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC-nin 10.03.2021-ci il tarixli 01 nömrəli hərracın keçirilməsinə dair bildirişində hərracda iştirakın rəsmiləşdirilməsi qaydası “hərracda iştirak hüququnun əldə etmək üçün fiziki və hüquqi şəxslər elektron qaydada qeydiyyatdan keçməlidir” kimi göstərilsə də, ixtisaslaşmış hərracdan əldə edilən sənədlərdən görünür ki, 29.03.2021-ci il tarixdə hərracda iştirak etmiş şəxslər X29, X33, X12 və X39 hərracda iştirak etməyə dair ərizələrinin elə hərracın keçirildiyi gün kağız daşıyıcıda birbaşa hərrac təşkilatına təqdim etmişlər. Bununla da ixtisaslaşmış hərrac təşkilatının hərracda iştirakın rəsmiləşdirilməsi qaydasını pozmuşlar. Hərrac ixtisaslaşmış təşkilat tərəfindən pozulması ilə təşkil edilmişdir. Prezident Fərmanlarından və Respublika ərazisində dövlət qurumları tərəfindən keçirilən hərracların qaydalarından da aydın olur ki, hərrac təşkilatlan mütləq olaraq, hərrac iştirakçısının rəsmiləşdirilməsi qaydasını, eyni zamanda behin ödənilməsi və rəsmiləşdirilmə müddətini göstərməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X40 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC-nin nümayəndəsi X34 iddianı qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 və X10 nümayəndəsi və vəkili Vəkil iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-456/2017 saylı, 24.11.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək cavabdeh X22 04.04.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 45000 manat cərimə, ümumilikdə 977134 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilinə, X18 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə və X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 55000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 130000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 470000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 100000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 370000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 170000 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin cavabdeh X28 banka olan borcunun ödənilməsinə yünəldilməsi, qeyd edilən fərdi yaşayış evi və mənzil satıldıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzildə qeydiyyatda olan X23 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində qeydiyyatda olan X3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)- 1108/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-456/2017 saylı, 24.11.2017-ci il tarixli qətnaməsi dəbbə pulu tutlması və tutma yönəldilmiş əmlakların ilkin satış qiymətlərinə aid hissədə dəyişdirilərək, cavabdeh X22 iddiaçının xeyrinə 25700 manat dəbbə pulunun tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 405000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 900000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7792/2019 saylı, 16.12.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə, X35, X5, X18, X8, X2, X13 və X14 ünvanlanmış 10.03.2021-ci il tarixli № 01/1478 nömrəli bildirişin surətindən görünür ki, Xəzər rayon İcra şöbəsinin 10/5A saylı, 05.03.2021-ci il tarixli və Xəzər rayon Məhkəməsinin 2(103)-1108/2019 saylı, 18.04.2019-cu il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən ev 110, mənzil 31, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 6A, mənzil 47, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində 4 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində 63 ünvanında qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi və həmçinin hərracın 04.02.2019-cu il saat 11:00-də keçiriləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə, X35, X5, X18, X8, X2, X13 və X14 ünvanlanmış 30.03.2021-ci il tarixli № 01/1810 məktubun surətindən görünür ki, Xəzər rayon İcra şöbəsinin 10/5A saylı, 05.03.2021-ci il tarixli və Xəzər rayon Məhkəməsinin 2(103)-1108/2019 saylı, 18.04.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evi 405000 manat, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzili 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 900000 manat, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi 115700 manat olmaqla "xxxx" MMC hərrac təşkilatı tərəfindən 29.03.21-ci il tarixinə hərrac təyin edilmişdir. Hərrac “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır. Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə manatla ala bilinməsi qeyd olunmuşdur. X15 "xxxx" MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin satışı üçün ödədiyi 5% behi 45000 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmişdir. “Kapital Bank”-ın 29.03.2021-ci il tarixli sənədindən görünür ki, "xxxx" MMC-nin hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin hərracı üçün X29 5% (45000) manat beh ödənilmişdir. X19 "xxxx" MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin satışı üçün ödədiyi 5% behi 20250 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmişdir. “Kapital Bank”-ın 29.03.2021-ci il tarixli sənədindən görünür ki, "xxxx" MMC-nin hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin hərracı üçün X33 5% (20250) manat beh ödənilmişdir. X4 "xxxx" MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzilin satışı üçün ödədiyi 5% behi 5750 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmişdir. “Kapital Bank”-ın 29.03.2021-ci il tarixli sənədindən görünür ki, "xxxx" MMC-nin hesabına Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzilin hərracı üçün X12 5% (5750) manat beh ödəmişdir. X24 "xxxx" MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin satışı üçün ödədiyi 5% behi 5785 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmişdir. “Kapital Bank”-ın 29.03.2021-ci il tarixli sənədindən görünür ki, "xxxx" MMC-nin hesabına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin hərracı üçün X39 5% (5785) manat beh ödənilmişdir. Bakı şəhər Xəzər rayon İcra şöbəsinin "xxxx" MMC, X42, X11, X30, X20, X9, X23, X25, "xxxx" ASC-yə ünvanlanmış 05.03.2021-ci il tarixli, 10/5A nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 saylı, 18.04.2019-cu il tarixli icra vərəqəsi və digər sənədlər hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. “FM Express” kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun surətindən görünür ki, "xxxx" MMC tərəfindən X14 ünvan 9nına, X16 ünvan 9nına, X18 ünvan 10nvanına, X8 ünvan 10nvanına, X31 ünvan 11 ünvanına, X2 ünvan 9nına məktublar göndərilmişdir. Poçt xəbərnamələrinin surətlərindən görünür ki, X42 və X5 göndərilmiş məktublar qohumları Rasim adlı şəxs tərəfindən qəbul edilmişdir. 10.03.2021-ci il tarixli, 30.03.2021-ci il tarixli “Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, qeyd olunan əmlakların açıq hərracdan satılması ilə bağlı hərracların keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Qanunun və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Məcəllənin 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-456/2017 saylı, 24.11.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək cavabdeh X22 04.04.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 45000 manat cərimə, ümumilikdə 977134 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilinə, X18 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə və X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 55000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 130000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 470000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 100000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 370000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 170000 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin cavabdeh X28 banka olan borcunun ödənilməsinə yünəldilməsi, qeyd edilən fərdi yaşayış evi və mənzil satıldıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzildə qeydiyyatda olan X23 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində qeydiyyatda olan X3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun tutulması və tutma yönəldilmiş ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinə aid hissədə dəyişdirilərək cavabdeh X22 iddiaçının xeyrinə 25700 manat dəbbə pulunun tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 405000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 900000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7792/2019 saylı, 21.01.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə əsasında verilmiş icra vərəqələri icra edilməsindən ötrü icra şöbələrinə yönləndirilmiş və daha sonra Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icraatında birləşdirilərək, icra məmuru Mübariz Abbasovun icraatına verilmişdir. İcra məmuru öz növbəsində icra sənədinin icrası ilə əlaqədar əmlakların açıq hərracdan satılması üçün Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC ixtisaslaşmış hərrac təşkilatına sifariş vermişdir. İcra sənədi üzrə əmlakların satılması üçün Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC tərəfindən 29.03.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Xə/ər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə və Bakı şəhəri, Nərimanov rayonu, X56 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə dair hərraca 2 nəfərdən az alıcı gəldiyindən hərrac “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir. Digər əmlaklara aid hissədə isə hərrac “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir. İddiaçı tərəf məhkəmə iclasında "xxxx" MMC tərəfindən hərracın baş tutmaması səbəbini yanlış verməsini iddia etsə də, buna dair əsaslı sübut təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı bankın iddia ərizəsində qeyd etdiyi kimi hərrac təşkilatçısı hərracın keçirilməsinə dair bildirişdə behin ödənilməsi müddəti və qaydasını göstərməsi, behin ödənilməsi müddəti göstərməməsi, ödəniş sənədlərindən behlərin ödənilməsi saatını müəyyən etmək olmaması, behin ödənilməsi qaydası isə qeyri müəyyən şəkildə göstərilməsi, behlər hərrac günü, yəni 29.03.2021-ci il tarixdə ödənilməsi, “hərracda iştirak hüququnun əldə etmək üçün fiziki və hüquqi şəxslər elektron qaydada qeydiyyatdan keçməsi” kimi tələblərə istinad etməsi formal əsaslardır. Eyni zamanda qeyd edilməlidir ki, behlərin hərracın keçirilməsi vaxtı bitdikdən sonra ödənilməsi iş materialları ilə təsdiqini tapmır. Belə ki, X15 "xxxx" MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin satışı üçün ödədiyi 5% behi 45000 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmiş, “Kapital Bank”-ın 29.03.2021-ci il tarixli qəbzinə əsasən "xxxx" MMC-nin hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin hərracı üçün X29 5% (45000) manat beh ödəmişdir. Hərracın digər iştirakçısı X33 "xxxx" MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin satışı üçün ödədiyi 5% behi 20250 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmişdir. Eyni zamanda “Kapital Bank”-ın 29.03.2021-ci il tarixli qəbzinə əsasən "xxxx" MMC-nin hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin hərracı üçün o, 5% (20250) manat beh ödənilmişdir. X4 "xxxx" MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzilin satışı üçün ödədiyi 5% behi 5750 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmiş, “Kapital Bank”-ın 29.03.2021-ci il tarixli qəbzə əsasən "xxxx" MMC-nin hesabına Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzilin hərracı üçün X12 5% (5750) manat beh ödəmişdir. X24 "xxxx" MMC-yə ünvanlanmış 29.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin satışı üçün ödədiyi 5% behi 5785 manatı qəbul edərək hərracda iştirak etməyə xahiş etmiş, “Kapital Bank”-ın 29.03.2021-ci il tarixli qəbzinə əsasən "xxxx" MMC-nin hesabına Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin hərracı üçün X39 5% (5785) manat beh ödənilmişdir. Qeyd edilən sübutlardan göründüyü kimi hərracda iştirak edən adı yuxarıda qeyd edilmiş şəxslərin hər biri ayrı-ayrı əmlakların açıq hərracda alınmasına iştiraka icazə verilməsini xahiş etmiş, həmçinin hərrac 29.03.2021-ci il tarixdə saat 11:00-da başlandığı halda, hərracın keçirilməsindən əvvəl bank köçürülməsi yolu ilə beh də ödəmişlər. Yəni hər biri fərqli əmlaklara iddia etmişlər. Bununla da, ərizələrdə qeyd olunan hər bir əmlakın açıq hərracında cəmi bir nəfər şəxsin iştirak etməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 və X10 nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi sənədlərlə sübut olunmuşdur. Bundan başqa 10.03.2021-ci il tarixli, 30.03.2021-ci il tarixli “Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, qeyd olunan əmlakların açıq hərracdan satılması ilə bağlı hərracların keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Odur ki, "xxxx" MMC hərracda 2 nəfərdən az alıcı gəldiyindən hərrac “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilməsində haqlı olmuşdur. Həmçinin hərracın vaxtı və yeri barədə “X26” ASC-nin məlumatlı olmasına baxmayaraq açıq hərracda iştirak etməmişlər. İş materiallarında olan hərraca dair sənədlərlə təsdiq olunur ki, hərracın keçirilməsi “İpoteka haqqında” qanunverilciyin tələblərinə uyğun, hər bir hərrac iştirakçısının və tərəflərin mənafeyi gözlənilməklə keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Respublika Xammal və X43 Mərkəzi "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, X11 və X27 cəlb edilməklə) “hərracın baş tutmamasının əsaslarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4502/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4502/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver