Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4510/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin etibarsız hesab edilməsi və yenidən qiymətləndirilmə” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin etibarsız hesab edilməsi və yenidən qiymətləndirilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 355.428,99 (üç yüz əlli beş min dörd yüz iyirmi səkkiz dollar 99 sent) ABŞ dolları məbləğində pul ödəniş anı üçün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat haqqı, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 1 (bir) manat bank xidmət haqqının ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 1.020.000 (bir milyon iyirmi min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən, 0,195 ha torpaq sahəsinə və üzərində inşa edilmiş bütün tikililərə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi cavabdeh İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 (yüz qırx beş) manat və 50 (əlli) manatın İddiaçı dövlət nəfinə tutulması, iş üzrə aparılmış digər ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat iddiaçı ləğv prosesində olan "xxxx" ASC-dən "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Beləliklə iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmənin etibarsız hesab edilməsi və yenidən qiymətləndirilmə” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4510/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4510/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver