Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4559/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azərbaycan Respublikası X11” X10 nümayəndəsi X4 və cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər “Azərbaycan Respublikası X11” X13 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Azərbaycan Respublikası X11” X13 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Azərbaycan Respublikası X11” X13 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hər birinin ayrı-ayrılıqda iddiaçıya 50.000 manat, cəmi 100.000 manat məbləğində iddiaçıya vurduqları mənəvi ziyanın ödəmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər vəkilliyə namizəd olmaqla bir neçə dəfə test imtahanlarından müvəffəqiyyətlə keçmiş, lakin şifahi müsabiqə zamanı iddiaçıya qarşı olunmuş qərəzli münasibət ucbatından keçməyə imkan verilməmişdi. İddiaçı növbəti test imtahanından 59 bal topladığından (keçid balı 60-dır) cavabdeh X9 2 mövzuda: 1) keçid balından narazılıqla əlaqədar Apelyasiya Şikayəti; 2) cavabdeh Vəkillərin Kollegiyası tərəfindən X9 hər vəkilliyə namizəd üçün nə qədər pullar köçürülmələri barədə; müraciətlər etmişdir. Həmçinin cavabdeh Vəkillərin Kollegiyasının ünvanına da rəsmi ərizə göndərərək, iddiaçıdan hər imtahana buraxılmağa görə hər dəfə alınmış 200 manat puldan X9 nə qədər pul keçirilmiş olduğu haqda dəqiq məlumat vermələrini, iddiaçıya həmin pulu qaytarmalanı tələb etmişdir. Lakin cavabdeh Vəkillər Kollegiyası uzun müddət iddiaçıya cavab verməkdən yayınmışdır, üçüncü şəxs X11 də yalnız keçid balına görə verdiyi Apelyasiya Şikayəti ilə əlaqədar cavab verəcəklərini, Vəkillər Kollegiyasından X9 hər vəkilliyə namizəd üçün nə qədər köçürülmələri barədə məlumat verməyəcəklərini şifahi surətdə bildirmişdirlər. İddiaçı 29 iyul 2021-ci il tarixdə həm cavabdeh X9, həm də cavabdeh Vəkillər Kolegiyasinə sifarişli-xəbərnaməli məktubların göndərilməsini təşkil etməklə rəsmi surətdə müraciətlər edərək X8 bank hesabını və test imtahanı üçün vəkilliyə namizədlərin hər birindən hansı miqdarda pul məbləği köçürülməsi haqda rəsmi məlumat vermələrini israrla xahiş etmişdir. İddiaçının hər iki müraciətləri 06 avqust 2021-ci il tarixdə cavabdehlərin hər birinə çatdırılmışdır. 15 avqust 2021-ci il tarixdə iddiaçıya məlum oldu ki cavabdehlərin iddiaçıya rəsmi şəkildə test imtahanlarına hər vəkiliyə namizəd üçün hansı miqdarda pul məbləğin ödənilməsi haqda cavab verməkdən imtina edirlər. İddiaçı hər iki cavabdehlərə 15 avqust 2020-ci il tarixdə növbəti müraciətlər hazırlayaq X5rın dəftərxanası vasitəsiylə, cavabdeh Vəkillər Kollegiyasına poçt vasitəsiylə şifarişli-xəbərnaməli məktubla 17 avqust 2021-ci il tarixdə çatdıraraq, cavabdehlərin hər birindən ayrı-ayrılıqda 50.000 manat mənəvi ziyan kimi təzminat ödəmələrini tələb etmişdir. İddiaçının sonrakı 15 avqust 2021-ci il tarixli müraciətindən sonra Vəkillər Kollegiyası 10 avqust 2021-ci il tarixində 999 sayla cavab məktubunu poçt vasitəsilə göndərmişlər. Həmin cavabda test imtahanı üçün X9 hər vəkiliyə namizəd üçün nə qədər pul ödənilməsi haqda fikir bildirilməmişdir, sadacə Rəyasət Heyətinin 17 mart 2021-ci il tarixində çıxarmış olduğu qərarından söhbət getmişdi. Zərfin üzərində göndərilmə tarixi 17 avqust 2021-ci il tarixli, iddiaçının ünvanı üzrə AZ 1104 Poçt şöbəsinə çatdırılma tarixi 21 avqust 2021-ci il tarixi qeyd olunmuşdur. Mənəvi ziyanla əlaqədar isə Vəkillər Kollegiyası 26 avqust 2021-ci il tarixli 1039 saylı cavab verilərək, iddiaçıya artıq 10 avqust 2021-ci il tarixində 999 saylı cavab verdiklərini bildirmişlər. X11 25 avqust 2021-ci il tarixli 04/08- 08/2240 saylı iddiaçıya cavab məktubu ünvanlamışlar. Cavabdehlər iddiaçıya vurduqları mənəvi ziyanlara görə hər biri ayrıayrılıqda 50.000 manat təzminat ödəyəcəklərinə dair məlumat verməmişlər. X8 04/08- 08/2240 saylı 25 avqust 2021-ci il tarixli cavab məktubundan məlum olur ki, Vəkillər Kollegiyasının X9 hər vəkiliyə namizəd üçün aldıqları 200 manat pul məbləğini ödəməmişdir. Bu hərəkətləri ilə onlar iddiaçıya mənəvi ziyan vurmuşlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azərbaycan Respublikası X11” X10 nümayəndəsi X7 və cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda çıxış edərək bildirdilər ki, iddiaçı tərəfindən 200 manat ödəniş edilməsi barəsində könüllü iltizam alınmış və iddiaçı iltizamda imtahandan keçməyəcəyi təqdirdə pulu geri tələb etməyəcəyini öz imzası ilə təsdiq etmişdir. 200 manat pulun tutulması Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə “Azərbaycan Respublikası X11” X13 arasında bağlanmış müqavilə əsasında müəyyən edilmiş qiymətdir və cavabdehlər tərəfindən iddiaçının mənəvi iztirab çəkməsinə səbəb olacaq hər hansı qanunsuzluğa yol verilməmişdir. Bu səbəbdən də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X2 tərəfindən 10 avqust 2021-ci il tarixli 999 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Vəkillər X1 17 mart 2018-ci tarixli qərarı ilə qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün 200 manat məbləğində ödənişin edilməsi nəzərdə tutulmuşdur. Şəhid ailələri, müharibə veteranları, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş şəxslərə güzəşt tətbiq olunaraq, imtahan üçün ödəniş 100 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X2 tərəfindən 26 avqust 2021-ci il tarixli 1039 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, iddiaçının eyni məzmunlu ərizəsinə 10 avqust 2021-ci il tarixli 999 saylı məktubla artıq cavab verilmiş olduğundan əlavə məlumat verilməsinə ehtiyac yoxdur. İş materiallarında olan “Azərbaycan Respublikası X11” X13 tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli 04/08-08/2240 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Vəkillər X1 17 mart 2018-ci tarixli qərarı ilə qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün 200 manat məbləğində ödənişin edilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab verən şəxslər imtahanda iştirak etmək üçün məbləği Azərbaycan Respublikası Vəkillər X1 bank hesabına ödəyirlər.Azərbaycan Respublikasının Dövlət X3 uyğun olaraq, dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilaianların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Mərkəz müqavilə əsasında da imtahanlar təşkil etdiyi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Mərkəz arasında imtahanların təşkili məqsədilə 02 mart 2021-ci il tarixli №VK-DİM01 müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Mərkəz (İcraçı) Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar müsabiqənin birinci mərhələsi üzrə 280 nəfər namizəd üçün yazılı test imtahanının keçirilməsi ilə bağlı tələb olunan işlərin həyata keçirilməsini və nəticələrinin Kollegiyaya (Sifarişçiyə) tələb edilən formada təqdim edilməsini, Sifarişçi isə müqavilə ilə müəyyən edilmiş məbləğin İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Mərkəz Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini lazımınca yerinə yetirib xidmətləri Kollegiyaya müəyyənləşdirilmiş qaydada təhvil vermişdir. Mərkəz tərəfindən hər bir imtahanın keçirilməsi ilə bağlı müqavilə üzrə qiymətlər iştirakçıların sayından, imtahanın kağız daşıyıcılar və ya elektron formada keçirilməsindən asılı olaraq Sifarişçi ilə razılaşdırmaqla müəyyən edilir və bununla əlaqədar olaraq, imtahanların keçirilməsi üzrə müqavilə qiymətləri bir-birindən fərqlənir.Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edilir ki, ərizəçi mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərəçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini göstərməli və sübut etməlidir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər “Azərbaycan Respublikası X11” X13 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Azərbaycan Respublikası X11” X13 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4559/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4559/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver