Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4570/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasından ona vurduğu mənəvi ziyana görə 50000 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vəkillər Kollegiyasının ona vurduğu maddi və mənəvi ziyan ondan ibarətdir ki, Vəkillər Kollegiyasının və onun keçmiş, həm də hazırkı rəhbərliyi üzün illərdir ki, onun vəkil olmağına süni manelər yaradırlar. Bu qurum 3-cü dəfədir ki, testi və şifahi müsahibə imtahanlarını uğurla versə də və hətta adı icbari təlimə göndərilən siyahıda çıxsa da, sonradan bu sənədləri saxtalaşdırıb vəkilliyə qəbul etmirlər. Bunun nəticəsində hüquq ixtisası üzrə və aldığı diplom üzrə çalışa bilmir. Faktiki olaraq Vəkillər Kollegiyası onun Azərbaycan Konstitusiyasının 35-ci maddsində nəzərədə tutulmuş «azad peşə seçmək” hüququnu pozur. BDU-nun hüquq fakültəsinin məzunudur, faktiki olaraq 1993-cü ildən rəsmi isə 1998-ci ildən məhkəmələrdə nümayəndəlik edir və 1998-ci ildən bu fəaliyyətinə görə vergi ödəyir. 1993-2017-ci illər ərzində ona müraciət edən insanlara həm mülki, həm də cinayət işləri üzrə 1300-dən çox məhkəmə və istintaqda işlərə çıxmışdır. 2017-ci ildə isə nümayəndəlik ləğv olunmuş və onun fəaliyyti dondurulmuşdur. Hüquq sahəsində idarə və təşkilatlarda çalışmaqla bərabər həm də ictimai işlərlə məşğul olmuşdur. 10 il (2010-cu ildən) heç bir maddiyət güdmədən «Vəkilin səsi» ictimai-siyasi hüquq qəzetinin baş redaktoru kimi əhalinin hüquqi cəhətdən maariflənməsində xidməti olmuşdur. Bu qəzetnin səhifələrində ən çox vəkillərin problemlərindən bəhs etmişdir. Həmişə Vəkillər Kollegiyasının o zamankı rəhbərliyini vəkillərin problemlərini həll etmədiyinə, bundan əlavə «Azadlıq Radiostansiyasında «Vəkil saatı» verilişi ilə əməkdaşlıq etmişdir. Bu verilişdə də vəkilliyin problemlərindən daşmışdır. Vəkillər Kollegiyasının rəhbərliyi ona düşmən mövqedə olmuşdur. Vəkillər Kollegiyası rəhbərliyi onunla açıq düşmənçilik aparır və hər dəfə onu 2-ci imtahandan yəni şifahi müsahibə imtahanından sonra növbəti mərhələyə buraxmırdı. Növbəti dəfə 31.10.2019-cu ildə test imtahanın keçəndən sonra 16.02.2021 ci il tarixdə şifahi müsahibə imtahanını vermişdir. Lakin şifahi imtahanı uğurla versə də, ona aid imtahan sənədlərini yenə də saxtalaşdırılaraq növbəti mərhələyə buraxmadılar. Məsələ onda idi ki, şifahi müsahibə imtahanı verəndən sonra ona İxtisas Komissiyasının tərtib etdiyi 6 saylı protokolu təqdim etdilər. Orada məlum oldu ki, şifahi imtaşanda yenə də «məqbul» qiymətini almışdır. Bundan sonra adı həm də icbari təlimlərə göndərilmək barədə tərtib olunan siyahıda dərc olunmuşdu. Amma Vəkillər Kollegiyası həmin sənədlərimi «texniki səhv» kimi sonradan dəyişmiş, növbəti mərhələyə buraxmamışdır. Bu artıq 3-cü dəfə idi ki, cavabdeh Vəkillər Kollegiyasının rəhbərliyi ona qarşı bu oyunları açır. 11.03.2021-ci il tarixdə Vəkillər Kollegiyasının ixtisas İmtahanın məsul katibi Nümayəndə keçirilmiş şifahi imtahanın ona aid hissəsinə dair 6 saylı protokollardan “Çıxarışları” təsdiq olunmuş formada təqdim eləmişdir Bu protokollar rəsmən imza və ştamplarla təsdiq olunmuşdu. Həmin protokollardan isə məlum olmuşdur ki, İxtisas Komissiyası onun imtahan nəticələrimi “məqbul” qiymətlə qiymətləndirmişdir. Keçdiyinə tam əmin olandan sonra həmin protokolu sosial şəbəkə vasitəsi ilə dost və qohumları tanış etmişdir. Protokol sosial şəbəkədə yerləşdirəmdən sonra qohum və dostlarım və sosial şəbəkədəki insanlar təbrik etməyə başladılar. Lakin bir-iki gündən sonra Vəkillər Kollegiyası yenidən bir oyun çıxarmağa başladı. Zəng olundu ki, güya mənə təqdim etdikləri 6 saylı protokol-rəy və oradakı “məqbul” sözü “texniki səhv”dir, əslində komissiya güya ona “qeyri məqbul” veribmiş. Onların verdikləri 6 saylı rəy-protokoldakı məlumatlar onların buraxdıqları texniki səhvlərdir. Güya Vəkillər Kollegiyası aparat işçilərindən biri protokolu tərtib edəndə səhv etmişdir. Dərhal anlamışdır ki, Vəkillər Kollegiyası rəhbərliyi növbəti dəfə bilə-bilə İxtisas Komissiyasının protokollarını saxtalaşdırıblar. Bu pis xəbərdən və ona qarşı haqsızlıqdan sonra vəziyyətini təsəvvür etmək çətin deyil. Dərhal qan təzyiqi 180 qədər qalxmışdır. Şəkəri artmışdır. Üzün müddət qan təzyiqi düşməmişdir. Ailədə onun kimi hamı narahat olmuşdur. Ailəvi olaraq böyük əsəbi stress keçirtmişlər. İnsan arasına çıxmaq istəmədi. Hazırda ona vurulmiuş mənəvi zərbədən heç bir yerdə işləmir. Vəkillər Kollegiyasının ona qarşı vurduğu maddi və mənəvi ziyanlar təkcə Orxan Babaeyv timsalında deyil, Vəkillər Kollegiyasının keçmiş rəhbərliyi həmçinin də, hazırkı rəhbərliyi mütəmadi olaraq nümayəndə kimi vətəndaşlara etdiyi hüquqi xidmətimə görə və mətbuatdakı çıxışına görə ondan qisas almışlar. Onlar 2014-2018-ci illər ərzində 5-6 nəfər vətəndaşları ona qarşı qaldıraraq onlara Vəkillər Kollegiyasının üzvü olmadığını əslində dələduz olduğunu bildirərək onları onu polisə şikayət etməyə sövq etmişdir. Vəkillər Kollegiyasının üzvü olmasa da, rəsmi olaraq vergi orqanlarında qediyyaldan keçməklə insanlara professional şəkildə pullu hüquqi yardım edirdi. Vəkillər Kollegiyasının bu hərəkətindən sonra heç bir insan yanına hüquq məsləhətinə görə gəlməmiş və o zamandan işsiz qalmışdır. 2017-ci ilin sonunda ümumiyyətlə nümayəndəlik ləğv olunmuşdur. Vəkillər Kollegiyasının rəhbərliyi bir «dədəluz» kimi barəsində tərtib olunmuş ərizə və şikayətləri polisə göndərmişdir. Nəticədə Yasamal rayon prokuroru həmin zamanlarda ona qarşı AR CM-nin 178.2-ci maddəsi ilə cinayət işi başlamışdır. Hətta Yasamal polis müstəntiqi onu 48 saat kamerada saxlamışdır. Təqribən bir ildən çox istintaq getmiş, sonda məlum olmuşdur ki, Vəkillər Kollegiyasının rəhbərliyi yalan deyirmiş. Vəkillr kimi qanuni əsaslarla insanlara xidmət etmişdir. Bundan sonra barəsində bəraətedici əsaslarla cinayət işi xətm olunmuşdur. Polis müstəntiqin bu əməlinə görə Maliyyə Nazirliyini məhkəməyə vermişdir. Nəsimi Rayon Məhkəməsinini 07.10.2020-ci il tarixli qətnaməsi ona vurulmuş maddi və mənəvi zərərə görə 1000 manat pul ödənilmişdir. Bundan sonra Vəkillər Kollegiyası bu dəfə şiyahi imtahanla bağlı ona bu müsibətləri yaşatdılar. 3 dəfə dəfə şifahi itmtahanı uğurla verdiyi halda imtahan nəticələrini saxtalaşdırdılar. .Bütün bu hallar ona verilmiş mənəvi işgəncədir. Hazırda isə həmin işlə bağlı məhkəmə gedir. Onunla Vəkillər Kollegiyası arasında Bakı İnzibati Məhkəmədə keçirilən məhkəmə prosesi zamanı Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə cəmiyyətin arasında elan elədi ki, güya dəfələrlə məhkum olunmuş və xeyli məhkmluğu var. Ona qarşı deyilən növbəti böhtan idi. Məqsəd şərəf və ləyaqətini bilə bilə ləkələmək idi. Bu barədə Nəsimi sonra isə Xətai rayon məhkəməsinə iddia vermişdir. Cavabdeh Vəkillər Kollegiyasının ona qarşı bu hərəkəti illərin ənənəsi idi. Cavabdeh Vəkillər Kollegiyası bu hərəkətləri ilə onu həm də işsiz və qazancsız qoyublar. Çünki o, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirməklə öz ixtisası üzrə işləyərək məhkəmələrdə nümayəndəlik etməklə və insanlara pullu xidmət göstərməklə qazanırdı, həm də dövlətə vergisi ödəyirdi. 2017-ci ildə nümayəndəlik ləğv ediləndən sonra Vəkillər Kollegiyası mətbuatda və rəsmi yerlərdə elən etdi ki, ali hüquq təhsili olan bütün nümayəndələr imtahan verib Vəkillər Kollegiyapsına qəbul oluna biləcəklər. Sonradan hüquqşuasları Vəkillər Kollegiyasına yalnız siyasi əqidələrinə görə götürməyə başladılar. Hansı hüqüqşunas ki, imtahanlardan uğurla keçirdi onun imtahan da nəticələrini də onunkı kimi saxtalaşdırırdılar. Bu isə insan və vətəndaş hüquqlarının kobud pozulmasıdır. Vəkillər Kollegiyası öz vəzifəsindən süi istifadə edir. Buna görə də öz mələllrinə görə cavabdeh Vəkillər Kollegiyası öz əməkdaşları vasitsi ilə ona vurduğu maddi və mənəvi ziyanı ödəməlidir. Cavabdeh Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə 11.03.2021-ci il tarixdə ixtisas komissiyasının 6 saylı protokolundan “Çıxarışını” həqiqətən ona təqdim etmişdir. Həmin Çıxarışdan da məlum olur ki, komissiya ona müsbət rəy vermişdir. Lakin Nümayəndə sonradan barəsində özü tərəfindən verdiyi protokolun «texniki səhv» olduğunu bildirmişdir. Nümayəndə Vəkillər Kollegiyası rəhbərliyini məsuliyyətdən yayındırmaq məqsədi ilə bildirir ki, güya bu texniki səhvlərə o şəxsən etmişdir. Buna görə isə Vəkillər Kollegiyası rəhbərliyi onu rəsməıı “xəbərdarlıq” etməklə cəzalandırmışdır. Nümayəndə isə təkcə ixtisas komissiyasının katibi yox, həm də Vəkillər Kollegiyası aparatında rəsmi olaraq şöbə müdiridir. Nümayəndə Vəkillər Kollegiyası «İnsan Resursları şöbəsinə» rəhbərlik edir. Burada səbəbli əlaqə var. Nümayəndə bu hərəkətinə görə əlbəttə ki, onun çalışdığı qurum olan Vəkillər Kollegiyası cavab verməlidir. Vəkillər Kollegiyası bütün bu illər ərzində ona vurduğu maddi və mənəvi ziyanı tam olaraq ödəməlidir. Polisə verməkdən tutmuş ta sənədlərini saxtalaşdıraraq ona yalan məlumat verənə qədər olan faktlardır. Bu “texniki səhv” oyunu onun başıma gətirilən birinci hadisə deyil. Bu artıq 3-cü dəfədir ki, ixtisas komissiyasından uğurla keçsə də, sonradan sənədlərində «texniki səhv» olub deyə onu dəyişərək hər dəfə ona mənəvi və maddi ziyan vururlar. Bu isə hər şeydən qabaq onun insanlıq və vətəndaş hüquqlarının pozulmasına yönəlmişdi. Bu həm də sağlamlığıma olan qəsd idi. İxtisas Komissiyasının verdiyi rəy-protokolun onun əlahimə saxtalaşdınlmasında təkcə Nümayəndə yox, Vəkillər Kollegiyasının rəhbərliyi və aparatında çalışan 21 nəfər əməkdaşın hamsı təqsirkardır. Onların hər biri Vəkillər Kollegiyası ilə əmək müqaviləsin bağlamışlar və aparatının rəsmi əməkdaşlarıdır. Sonradan isə həmin sənədləri saxtalaşdıraraq montaj etmiş və saxta «əsli ilə düzdür» ştampı vuran isə Nümayəndə özüdür. Çünki sənədlərdəki imzalar onundur. Qanuna görə isə ona vurulmuş maddi və mənəvi ziyanı Vəkillər Kollegiyası ödəməlidir. Nümayəndə ona qarşı qanunsuz hərəkət etdiyini Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi «Etirazında» və izahatında etiraf etmiş, bundan əlavə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu əməlinə görə ona qarşı intizam tədbiri görmüş və 31.03.2021-ci ildə ona «Xəbərdarlıq» intizam tənbehi vermişdir. Onun bu qanunsuz hərəkətini həm də Bakı İnzibati məhkəməsinin 06.08.2021-ci il tarixli 2-1(112)-4999/2021 saylı qərarında da öz əksini tapmışdır. Vəkillər Kollegiyasına müraciət edərək, Nümayəndə ona qarşı törətdiyi delikt hadisəsinə görə 50000 manat kompensasiya ödənilməsini xahiş etmişdir. Lakin Vəkillər Kollegiyasının sədr müavini A.Axundov heç bir araşdırma aparmadan imtina məktubu göndərmişdir. Bu hadisələr bilavasitə onun maddi vəziyyətinin pisləşməsinə, hüquqlarının və sağlamlığının pozulmasına yönəlib. Keçirdiyi mənəvi və fiziki iztirablar hələ də davam edir. Əziyyətini hələ də çəkir. Əvvəllər qan təzyiqi və ürək çatışmamazlığı olmazdı. O hadisədən sonra onda bu simptomlar yaranmışdır. Ürəkdən və əsəbdən müalicələr alır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə iddianın əsassız olduğunu bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini, mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun İ-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Sadalanan əsaslardan göründüyü kimi vəkillik hüquqi təsisat olsa da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxslərin qərarları da inzibati mübahisənin əsasını təşkil edə bilər. Məhkəmənin belə mövqeyi həm də İnzibati Prosessual Məcəlləsinin 73.3.2-ci maddəsilə əsaslandırılır. Bu normanın tələbindən göründüyü kimi inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd edilən Qayadalardan da görünür ki, qiymətləndirmə azadlığı cavabdehə məxsus səlahiyyətdir. O da qeyd edilməlidir ki, həmin Qaydaların pozulmasının mübahisələndirilməsinə dair iddiaçının tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmış və qərar qəbul edilmişdir. Bu hal iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4999/2021 saylı, 06.08.2021-ci il tarixli qərarından da aydın olur. İddiaçının hazırki tələbindən də aydın olur ki, “Vəkillik Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”na dair tələblərin cavabdeh tərəfindən pozulması ilə bağlı ehtimal etdiyi hüquqlarının pozulmasından narazıdır və bu səbəbdən pul kompensasiyası tələb edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırki iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi olduğundan mülki icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd edilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4570/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4570/2021
12.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver