Məhkəmə qərarları › İş №2(005)-4582/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4582/2021

13.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4582/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış , Bakı şəhəri 11 saylı Notariat Ofisində reyestrdə 3M-126 nömrə ilə qeyd edilmiş 01 fevral 2021-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilənin ləğv edilməsi, iddiaçıya məxsus "Kia Picanto" markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobilin iddiaçıya qaytarılması və ödənilmiş dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan "Kia Picanto” markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobili gələcəkdə 11258 manata satılması barədə Cavabdeh ilə razılığa gəlmiş və hər ay 467 manat olmaqla 24 ay müddətində ödəmək şərti ilə satılması barədə 01 fevral 2021-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Ofisində təsdiq edilmiş avtomobilin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin gün avtomobil və qeydiyyat şəhadətnaməsi cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, belə ki, 2 aydır ki, ödənişləri etməmişdir və öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh tərəfindən müqavilənin 2.3. bəndinin tələbləri pozulmuşdur, belə ki, müqavilədə 5 gün gecikdirmə nəticəsində hər gecikdirilmiş gün üçün 10 manat ödənilməsi şərtləşdirlmişdir. Müqavilənin 2.6 bəndində ikinci tərəfin ödənişi 1 ay ödəməyəcəyi təqdirdə birinci tərəfin müqaviləni birtərəfli qaydada poza bilməsi qeyd edilmişdir. İddiaçı cavabdehdən dəfələrlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh buna əhəmiyyət verməmişdir və ödənişləri yerinə yetirməmişdir. Bu da cavabdehin gələcəkdə müqavilə üzrə öhdəlikləri tam şəkildə yerinə yetirəcəyini şübhə altına alır. Cavabdeh artıq müqavilənin şərtlərini pozmağa başlamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmışdır, dəfələrlə müqavilənin tələblərini yerinə yetirməsini tələb etsə də, imtina etmişdir. Cavabdehin razılaşdırılmış qaydada pulu ödəməməsi onu sübuta yetirir ki, cavabdehin razılaşmanın şərtlərini yerinə yetirmək niyyəti yoxdur. Cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozduğuna görə 01 fevral 2021-ci il tarixli müqavilə ləğv edilməlidir. O, müqavilənin ləğv edilməsi barədə təklifi cavabdehə 02.08.2021-ci il tarixdə göndərmiş, təklifə on gün münasibət bildirməsini tələb etmiş və cavabdeh bu təklifə heç bir münasibət bildirməmişdir. Ona görə də, müqavilə ləğv edilməli, cavabdehdən iddiaçının mülkiyyətində olan "Kia Picanto” markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobil alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AE seriyalı, 02377 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2007-ci il buraxılışlı "Kia Picanto” markalı, **-VM-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir; İddiaçı tərəfindən Cavabdeh verilmiş nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin surətinə əsasən 01.02.2021-ci il tarixdə **-VM-*** dövlət qeydiyyat nişanlı "Kia Picanto” minik markalı avtomobil 2 il 1 ay müddətinə 01.03.2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. X5 (İddiaçı əvəzinə) ilə Cavabdeh arasında 01.02.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi aşağıdakı şərtlərlə bağlanmışdır. Tərəflər 01.02.2023-cü il tarixə kimi AD022377 nömrəli 30.01.2021-ci il tarixli AR Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən “Satıcı"- İddiaçı məxsus olan KNA3A24337T412000 ban nömrəli, G4HG6M001345 mühərrik nömrəli, 2007ci il buraxılışlı 90VM733 dövlət nömrə nişanlı KİA PİCANTO minik markalı avtomobili 11258 (on bir min iki yüz əlli səkkiz) manat “İkinci tərəf - Cavabdeh satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. X1 avtomobil 11258 (on bir min iki yüz əlli səkkiz) manata qiymətləndirir, avtomobili həmin qiymətə "İkinci tərəf - Cavabdeh satmağı, İkinci tərəf - Cavabdeh isə avtomobili 11258 (on bir min iki yüz əlli səkkiz) manata almağı öhdəsinə götürür. “İkinci tərəf”- Cavabdeh satış məbləğini 01.03.2021-ci il tarixindən etibarən hər ay 467 (dörd yüz altmış yeddi) manat olmaqla 24 (iyirmi dörd) ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 (əlli) manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. Satıcı daşınar əmlakı alıcıya işlək vəziyyətdə təhvil verir. 10.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə iddia tələbinin “alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satış məbləğini 01.03.2021-ci il tarixindən etibarən hər ay 467 (dörd yüz altmış yeddi) manat olmaqla 24 (iyirmi dörd) ay ərzində ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə məbləğ ödənilmədiyindən həmin müqavilənin ləğv edilməsi tələb edilmişdir, səbəbdən iddia tələbi 01.02.2021-ci il tarixli ilkin alqısatqı müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 01.02.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan "Kia Picanto” minik markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobili 11258 (on bir min iki yüz əlli səkkiz) manata Cavabdeh mülkiyyətinə verməyi, cavabdeh isə 01.03.2021-ci il tarixindən etibarən hər ay 467 (dörd yüz altmış yeddi) manat olmaqla 24 (iyirmi dörd) ay ərzində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 2.1-ci bəndi). Bu Müqavilənin 2.9-cu bəndinə əsasən Satıcı daşınar əmlakı alıcıya işlək vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı aralarında bağlanmış müqavilənin tələblərinin cavabdeh tərəfindən pozulduğunu və ilkin müqaviləsi üzrə ona ödənişlərin olunmamasını qeyd edir və müqavilənin ləğv edilməsi, avtomobilin geri qaytarılmasını ələb edir. Göründüyü kimi, Cavabdeh ilkin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu (aylıq haqqı) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, cavabdeh tərəf müqavilə şərtlərini pozduğundan iddiaçı avtomobili Cavabdeh sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, tərəflər arasından bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, . "İkinci tərəf- Cavabdeh ödənişi 10 (on) gündən artıc gecikdirdikdə hər gün üçün əlavə 10 (on) maral ödəniş edəcok. 10 (on) göndər artıq gedktirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etmiyəcək və avtomibli "Birinci tərəf - X2 nümayəndəsi X4 təhvil verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, avtomobilin iş üzrə cavabdehin sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İddia tələbi təmin olunduğundan və iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etdiyindən, cavabdehdən 20 manat tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ilkin alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh "Kia Picanto” markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobil alınaraq iddiaçıya verilməli, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tututlaraq iddiaçıya verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, avtomobilin geri qaytarılması” tələbinə dair iddiası təmin edilsin. "Kia Picanto” minik markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobilə dair X5 (İddiaçı əvəzinə) ilə Cavabdeh arasında 01.02.2021-ci il tarixdə bağlanmış ilkin alq-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh "Kia Picanto” minik markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobil alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar