Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-459/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yanında qalan 06.11.2013-cü il təvəllüdlü X4, 11.08.2015-ci il təvəllüdlü X5 və 20.08.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment, nikah pozulduqdan sonrakı 8 ay üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment, əlavə olaraq 20.08.2019-cu il təvəllüdlü X3 3 yaşı tamam olanadək onun üçün hər ay 100 manat məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş həyat yoldaşıdır. Cavabdeh ilə rəsmi qaydada 08.09.2011-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində nikahı rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan 06.11.2013-cü il təvəllüdlü X7, 11.08.2015-ci il təvəllüdlü X8 və 20.08.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh ilə bir müddət mehriban yaşamışlar, lakin cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Ailənin dağılmasını istəməmiş, lakin bir yerdə yaşamaları qeyri-mümkün idi. Bu səbəbdən də məhkəməyə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində cavabdeh ilə aralarındakı nikah pozulmuş və 06.11.2013-cü il təvəllüdlü X7, 11.08.2015-ci il təvəllüdlü X8 və 20.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək onun yanında saxlanılması barədə qətnamə qət edilmişdir. Həmin iddia tələbi zamanı aliment tələb etməmişdir. Artıq uşaqlar böyüyür, xərcləri artıb. Bu səbəbdən də, cavabdehdən hər uşaq üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulub ona ödənilməlidir. 26.04.2021-ci il tarixindən, yəni qətnamə çıxan gündən indiyə kimi cavabdeh uşaqlarına baxmır və bu səbəbdən də 26.04.2021-ci il tarixindən bu günə kimi, yəni 8 ayın alimenti, cəmi olaraq 2400 manat ödəməli olan aliment də cavabdehdən alınıb ona verilməlidir. Həmçinin 20.08.2019-cu il təvəllüdlü X3 3 yaşı tamam olanadək cavabdehdən hər ay 100 manat aliment alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X14 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaya etiraz etmir və iddia tələbi ilə tam razıdır. Həmçinin ərizəsində qeyd etmişdir ki, nikah rəsmi olaraq ləğv olsa da, 08.11.2021-ci il tarixinə qədər onlar ailə olaraq bir yerdə yaşamışlar və bu müddət ərzində uşaqların və ailənin tələbatını qarşılamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1846/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması və 06.11.2013-cü il təvəllüdlü X7, 11.08.2015-ci il təvəllüdlü X8 və 20.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. 16.11.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahdan 20.08.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahdan 11.08.2015-ci il təvəllüdlü X8 doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahdan 06.11.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. 059866 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. 15.11.2021-ci il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdilər. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, İddiaçı Cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuş və Nərimanov Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə nikahdan 06.11.2013-cü il təvəllüdlü X7, 11.08.2015-ci il təvəllüdlü X8 və 20.08.2019-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Hazırda iddiaçı cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment, əvvəlki 8 ay üçün aliment pulu və 20.08.2019-cu il təvəllüdlü X3 üç yaşına çatanadək aliment tutularaq ona verilməsini xahiş edir. Cavabdeh ərizəsində iddia ilə razı olduğunu bildirmiş, lakin nikah pozulduqdan sonra 8 ay bir yerdə yaşadıqlarını və cavabdehlə uşaqların tələbatlarını ödədiyi qeyd etmişdir. Məhkəmə iddia tələbinin alimentin tutulması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Cavabdeh tərəf uşaqların yetkinlik yaşına çatanadək hər ay 200 manat aliment ödənilməsinə ərizəsində razı olduğunu qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə uşaqların yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 200 manat alimentin tutulması hissəsində təmin edilməli, birgə nikahdan olan 06.11.2013-cü il təvəllüdlü X7, 11.08.2015-ci il təvəllüdlü X8 və 20.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 23.11.2021-ci il tarixdən başlayaraq 200 manat olmaqla, cəmi 600 manat sabit məbləğində aliment tutulmalıdır. Göründüyü kimi, iddiaçı birgə nikahdan dünyaya gəlmiş azyaşlı 20.08.2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 manat məbləğində pul tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə görə ər və arvad birbirinə maddi cəhətdən kömək göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malik şəxslər sırasında olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Cavabdeh ərizəsində 20.08.2019-cu il təvəllüdlü X3 3 yaşı tamam olanadək iddiaçı üçün hər ay 100 manat məbləğində alimentə razı olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 20.08.2019-cu il təvəllüdlü X3 3 yaşı tamam olanadək iddiaçı üçün hər ay 100 manat məbləğində aliment alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın nikah pozulduqdan sonrakı 8 ay üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentə dair hissədə qeyd edir ki, cavabdeh ərizəsində qeyd olunan müddətdə tərəflərin birgə yaşadıqlarını və cavabdeh ilə uşaqların tələbatlarını özü qarşıladığını bildmişdir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Odur ki, məhkəmə iddianın həmin hissədə rədd olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənləri, tərəflərin mövcud maddi vəziyyətini və hüquqi rejimini, uşaqların maddi cəhətdən saxlanmasının valideynlər tərəfindən təmin edilməsi imkanının mümkünlüyünü uşağın maraqları baxımından nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 06.11.2013-cü il təvəllüdlü X7, 11.08.2015-ci il təvəllüdlü X8 və 20.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, 600 manat sabit pul məbləğində aliment və 20.08.2019-cu il təvəllüdlü X3 üç yaşına çatanadək cavabdeh üçün hər ay 100 manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulma vaxtı qanunla müəyyən edilmiş qaydada iddianın məhkəməyə daxil olduğu və ya alimentin tutulması barədə ərizənin verilməsi vaxtından hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarını və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 2400 manatdan yuxarı məbləğ təşkil etdiyindən 104 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 23.11.2021-ci il tarixdən başlayaraq Cavabdeh 06.11.2013-cü il təvəllüdlü X7, 11.08.2015-ci il təvəllüdlü X8 və 20.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment və 20.08.2019-cu il təvəllüdlü X3 üç yaşına çatanadək İddiaçı üçün 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Hüseynova X10 ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra olunsun. Cavabdeh X2 104 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-459/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-459/2022
19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver