Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4604/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Əziz oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlərin təqsiri nəticəsində sıradan çıxmış, «Merscdes Benz» E-220 CDİ minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir və bərpa edilməsi üçün xərclədiyi 690 (altı yüz doxsan) manat,məbləğin və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və X3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6, idarə etdiyi iş üzrə digər Cavabdeh mülkiyyətində olan «Mersedes Benz» E-220 CDİ minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri X10- F.Yusifov küçələrinin kəsişməsində işıqforun qadağan edici qırmızı işığının tələbinə məhəl qoymayaraq onun mülkiyyətində olan, X1 etibarnamə ilə idarə etdiyi «Mersedes Benz» E-220 CDİ minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtoqmobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra cavabdeh X6, törətdiyi yol nəqliyyat hadisəsinin nəticəsində onun mülkiyyətində olan avtomobilə vurduğu ziyanı ödəyəcəyini bildirərək baş vermiş hadisə yerindən çıxıb getmiş və sonradan telefon əlaqəsi zamanı törətdiyi yol nəqliyyat hadisəsinin nəticəsində vurduğu ziyanı aradan qaldırmaqdan boyun qaçırdığından , onun avtomobilimi idarə edən X1 müraciəti əsasında Nərimanov rayon DYPŞ-də araşdırma aparılmış və cavabdeh X2 baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu və hadisə yerindən yayındığı müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə İnzibati xəta haqqında 02.03.2021 ci il tarixli İXP-3816337 №-li protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixli TP-4227560 №-li İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cavabdeh Mehman İbayev 100 manat məbləğində İnzibati cərimə ediimişdir. Sözü gedən yol-nəqliyyat hadisəsi zamanı iddiaçı onun mülkiyyətində olmaqla, etibarnamə əsasında X1 idarə etdiyi «Mersedes Benz» E- 220 CDİ minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəymişdir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı, ona məxsus sözügedən 1999-cu il buraxılışlı, «Mersedes Benz» E-220 CDİ minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperi və sağ qanadı əzilərək yararsız hala düşmüşdür.Sözügedən yol nəqliyyat hadisəsi zamanı sıradan çıxmış avtomobilimizin əvvəlki vəziyyətinə gətirilməsi üçün çəkdiyi xərclər nəticəsində ona 690 (altı yüz doxsan) manat ziyan dəymişdir. Qeyd olunan çəkilmiş xərclər aşağıdakılardan ibarətdir: Qabaq bamper dəst 300manat, dəmirçi işləri 100 manat, armatur işləri 40 manat, rəngsaz işləri 250 manat. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Əziz oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan AC № 392868 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mersedes Benz» E-220 CDİ minik markalı **- VR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 02.03.2021 ci il tarixli İXP-3816337 No li protokoldan görünür ki, X6 AR İXM-nin 327.6-cı maddəsinə əsasən inzibati xəta törətmişdir. İş materiallarında olan 02.03.2021 ci il tarixli TP-4227560 No li İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, cavabdeh X6 100 manat məbləğində İnzibati cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında ƏN-İV № 361748 saylı şəhadətnamənin surətindən görünür ki, «Mersedes Benz» E-220 CDİ minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili 04 iyul 2013-cü il tarixdə Cavabdeh 04 iyul 2023-cü il tarixinədək idarə etmək üçün X5 etibar etmişdir. İş materiallarında olan "xxxx"MMC-nin 27 mart 2021-ci il tarixli 15 saylı nöqsan aktından görünür ki, «Mersedes Benz» E-220 CDİ minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə işçilərin zəhmət haqqı 390 manat, ehtiyat hissələri 300 manat cəmi 690 manat məbləğində ziyan dəymişdir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh X6, idarə etdiyi iş üzrə digər Cavabdeh mülkiyyətində olan «Mersedes Benz» E-220 CDİ minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri X10-F.Yusifov küçələrinin kəsişməsində onun mülkiyyətində olan, X1 etibarnamə ilə idarə etdiyi «Mersedes Benz» E-220 CDİ minik markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtoqmobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nərimanov rayon DYPŞ-də araşdırma aparılmış və cavabdeh X2 baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu və hadisə yerindən yayındığı müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6 cı maddəsi ilə İnzibati xəta haqqında 02.03.2021 ci il tarixli İXP-3816337 No li protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixli TP-4227560 No li İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cavabdeh Mehman İbayev 100 manat məbləğində İnzibati cərimə edilmişdir. "xxxx"MMC-nin 27 mart 2021-ci il tarixli 15 saylı nöqsan aktından görünür ki, «Mersedes Benz» E-220 CDİ minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə işçilərin zəhmət haqqı 390 manat, ehtiyat hissələri 300 manat cəmi 690 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla qismən sübuta yetmişdir. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin cavabdeh X9 oğlunun hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi X9 oğluna münasibətdə qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən "xxxx" MMC-nin 27 mart 2021-ci il tarixli 15 saylı nöqsan aktına əsasən 690 manat məbləğində pul cavabdeh X9 oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə digər Cavabdeh münasibətdə iddia tələbini Mülki Məcəllənin 1108.2-ci maddəsinin tələbləri baxımından əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materialları ilə sübuta yetir ki, Cavabdeh tərəfindən X9 oğluna Mersedes Benz» E-220 CDİ minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında istifadəyə verilmişdir. Həmin etibarnamə qeyd olunan hadisə baş verən vaxt qüvvədə olmuşdur. Belə ki, MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yuxarıda sadalananlardan göründüyü kimi Cavabdeh “Mersedes Benz" E-220 CDİ minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla X9 oğluna vermiş, beləliklə də yüksək təhlükə mənbəyi onun sahibliyindən hüquqa zidd götürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X9 oğlundan dəymiş maddi zərərə görə 690 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4604/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4604/2021
21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver