Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4730/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: Tələb: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı X4 xeyrinə xx.xx.2014-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlık yaşına çatana qədər saxlanılması üçün har ay 1.500 manat məbləğində alimentin tutulması, İddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmış 50 manat pul vəsaitinin əvəzinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı bildirir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı Nikah Evində bağlanmış xx.xx.2013-eü il tarixli nikah akt qeydləri kitabında 1771 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 va xx.xx.2017-ei il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 2415/2023 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2013-cü il tarixinda bağlanmış və 1771 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2014-сü təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması qət edilmişdir. Həmin vaxt iddiaçının aliment tələbi olmamışdır. Hazırda uşaqlar iddiaçının yanındadır. Uşaqların dolanışıq, təhsil, sağlamlıq va geyim xərclərini iddiaçı qarşılayır. Uşaqlara qulluq etməklə yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çətindir. Cavabdeh uzun müddət ərzində uşaqların saxlanılması üçün rəsmi aliment ödəməmiş, yalnız könüllü olaraq hər ay təxminən 500 manat məbləğində yardım göstərmişdir. Lakin son 3 ay ərzində heç bir vəsait ödəməmişdir. Bu hal uşaqların gündəlik ehtiyaclarının qarşılanmasında çətınlik yaratmışdır. Cavabdehin rəsmi maaşının az göstərilməsinə baxmayaraq, onun faktiki maliyyə imkanları daha yüksəkdir. Belə ki, cavabdeh şaxsi evə və avtomobilə sahibdir, mütəmadi olaraq xarici ölkələrə, o cümlədən Avropa va Türkıyəyə səyahətlər edir. Qeyd etmək lazımdır ki, cavabdeh bəzən gəlirlərini başqalarımın( anasının və ya dostlarımın) adına keçirir. Ona görə də aliment tələbi ilə bağlı Bakı 9 saylı Mediasiya təşkilatına da müraciət etmişdir və Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixində ilkin mediasıya sessiyasında iştirak edilməməsi barədə MŞB/9/2025-01177 saylı arayış təqdim edilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatlar: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh hər il xarici ölkələrə istirahətə gedir. Maddi imkanlara malikdir. Odur ki, məhkəmədən iddianın təmi edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o, hər ay iddiaçıya 500 manat aliment verirdi. Bundan əlavə xərcləri də qarşılayırdı. Lakin sonradan iddiaçı uşaqları gizlətdi və bildirdi ki, 1.000 manat aliment versin. 1.500 manat aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyada iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiyada iştirak etməmişdir. - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin AZ-İ № 462302 saylı xx.xx.2023cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. - 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 974270 saylı xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. - 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 350617 saylı xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Əsaslandırıcı hissə: b. İşin faktiki halları: İddiaçı qızı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikah 1771 nömrə ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydə alınmışdır. Birgə nikahdan övladları – xx.xx.2014-cü il təvəllüdlü X5 va xx.xx.2017-ei il təvəllüdlü X6 doğulmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş, onların nikahları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2415/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin yetkinlik yaşına çatmamış övladları iddiaçının yanında saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 60. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1-ci maddəsinə əsasən məhkəmə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tuta bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 Nömrəli Qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları” Bəyannaməsinin 2 saylı Prinsipi: Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqətli şəraitdə inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Beləki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin müddəalarından göründüyü kimi, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaqlar üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,63 misli miqdarında müəyyən edilməlidir. Belə ki, İddiaçı cavabdehin gəlirlərinin kifayət qədər çox olduğunu bildirsə də, EMİS-dən əldə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, cavabdeh “M & T” LTD firmasında işləyir, əmək haqqı 1127 manat təşkil edir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin gəlirlərinin yüksək olmasına istinad etsə də, məhkəmədə iddia tələbinin dəlillərini sübuta yetirə bilməmişdir. Alimentin tutulma vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 50 manat mediasiya xərci İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 va xx.xx.2017-ei il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,63 misli miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamənin alimentin tutulması hissəsindən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4730/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4730/2025
05.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver