Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4742/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı Açar sözlər: aliment miqdarının dəyişdirilməsi (alimentin azaldılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Ravon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-366/2025 saylı qərardadı ilə birgə nikahdan dünyaya gəlmiş 30 12.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrəmüəyyn edilmiş miniımım əmək haqqının (400 manat) 1,206 misli məbləğində alimentin azaldılaraq, hər ay ölkə üzrə minimum əmək haqqının (400 manat) 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 26 04.2015-ci il tarixli, 2(005)-3156/2015 saylı Qətnaməsi ilə mənimlə cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü X9 və 30 12 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-366/2025 saylı qərardadı ilə ödəyəcəyi alimentin miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin 1,206 misli həddində indeksasiya olunması qərara alınmışdır ki, bu da hər ay 480 (dörd yüz səksən) manat aliment deməkdir. Nərimanov Rayon Məhkəməsinin 13 06 2025-ci il tarixli, 8(005)-366/2025 saylı qərardadı ilə razı deyil. Bekə ki, sözügedən qərardadda reallıq nəzərə alınmamış və bir uşağa fantastik məbləğdə aliment təyin edilmişdir Hansıki həmin məbləğdə alimentin ödənilməsi mümkün deyil. Məlumat üçün onu da bildirir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-987/2020 saylı Qətnaməsi ilə, digər evliliyindən olan övladını 03 07.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək çatanadək saxlanması üçün hər ay 180 manat məbləğində aliment ödəyir. Bu səbəbdən də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(005)-366/2025 saylı qərardadı ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2009cu ii təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə nıüəyyn edilmiş minimum əmək haqqının (400 manat) 1,206 misli məbləğində alimentin azaldılaraq, hər ay ölkə üzrə minimum əmək haqqının (400 manat) 0.50 misli həddində sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət edir. Beləliklə, 480 manat məbləğində alimentin, 200 (iki yüz) manat alimentə azaldılınası tələbini nəzərə alaraq, aylıq 280 (iki yiiz səksən) manat məbləğin mübahisəsini aparır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı alimentin azaldılması ilə məkhəməyə müraciət edib. Belə ki,2015-ci ildə nikahları pozulub, 2007-ci il təvəllüdlü Zahid və 2009-ci il təvəllüdlü Zaura görə ümumilikdə 280 manat təyin edilib. Sonradan indeksasiya ilə bağlı məhkəməyə müraciət olunub və həmin məbləğ 1.206 misli həddində artırılmışdır. Bu da hər uşağa görə 480 manat aliment edir. Məhkəməyə bunu da bildirir ki, iddiaçının başqa nikahdan bir uşağı var. Sonradan ikinci dəfə ailə həyatı qurub və o nikah da pozulub və həmin nikahdan olan uşağa görə də 280 manat aliment ödəyir. O, 1000 manat məbləğində əmək haqqı alır və aliment məbləğlərini toplayanda 1000 manatdan çox edir. Aliment təyin olunarkən onun maaşı digər uşaqlarını, digər öhdəliklərini nəzərə alaraq aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbinə etiraz edir. İddiaçı 10 ildir ki, 140 manat məbləğində aliment verirdi və 18 yaşı olmamış böyük uşağın alimentini kəsdi. Uşağın geyimi var, dərsləri var və çatdıra bilmir. Alimentin artırılması ilə bağlı müraciət etmiş və 480 manat təyin etmişdirlər. May ayından 480 manat məbləğində aliment alır və cavabdeh ödəmək istəmədiyini bildirmişdir. 10 il ərzində heç bir köməklik göstərməyib və sonuncu dəfə uşağı əməliyyat etdirəndə belə maddi yardım göstərmədi. Həmin məbləğin yarısını məhkəmə yolu almışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-987/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı X2 xeyrinə 03 iyul 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat miqdarında aliment tutulması, aliment tutulmasının əvvəli 14 yanvar 2020ci il tarixdən hesablanması qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 366/2025 nömrəli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3156/2017saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,206 misli, cəmi 2,412 misli həddində indeksasiya olunmuşdur. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-366/2025 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 366/2025 nömrəli qərardadda nəticə hissəsində yol verilmiş yanlışlıq aradan qaldırılmış, həmin qərardadda "Nərimanov Rayon Məhkəməsinin 2(005)-3156/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,206 misli, cəmi 2.412 misli həddində indeksasiya olunsun” sözləri "Nərimanov Rayon Məhkəməsinin 2(005)-3156/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X10 üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,206 misli həddində indeksasiya olunsun” kimi qeyd edilməsi qərara alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-750/2025 saylı qərardadından görünür ki, 03 iyul 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)- 987/2020 saylı qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq X4 ödənilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-750/2025 saylı icra sənədi üzrə icraata başlanılmış, borclu İddiaçı icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının nümayəndəsi-vəkili və cavabdehin izahatlarını dinləyib iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X10 adlı bir uşaqları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 366/2025 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3156/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X10 üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,206 misli həddində indeksasiya olunması qərara alınmışdır (qərardad xx.xx.2025-ci il tarixli, 8(005)-366/2025 saylı qərardad ilə düzəliş edilmişdir). Hal-hazırda iddiaçı alimentin indekasasiya olunmuş məbləğindən narazıdır. Bu səbəbdən məhkəməyə müraciət edərək alimentin azaldılaraq, hər ay ölkə üzrə minimum əmək haqqının (400 manat) 0,50 misli həddində tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. -112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valieynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarı: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 01 yanvar 2025-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ikinci nikahından övladı var, həmin uşağın saxlanması üçün də məhkəmə qətnaməsinə əsasən aliment ödəyir, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-366/2025 saylı qərardadı ilə aliment məbləğini ödəməkdə maddi baxımdan çətinlik çəkir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının ikinci nikahından 03 iyul 2019-cu il təvəllüdlü X8 adlı övladı var, həmin uşağın saxlanması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-750/2025 saylı qərardadına əsasən, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində, yəni bir uşağa görə 288 manat aliment ödəyir. Digər tərəfdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-366/2025 saylı qərardadı ilə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,206 misli həddində, yəni hazırki tarixdə bir uşağa görə 482 manat aliment ödəməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırda məhkəmələrə indeksasiya edilmiş aliment məbləğlərinin azaldılması ilə bağlı tələblər irəli sürülür. Hazırki iddia tələbi üzrə qanunvericiliyin tələbinə əsasən alimentin azaldılması üçün yeni əsasların yaranması müəyyən edilir. Belə ki Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-366/2025 saylı qərardadı ilə alimentin indeksasiyası aparılmışdır ki, bu da hər ay bir uşağa görə 482 manat sabit pul məbləğində alimentin tutulması deməkdir. Məhkəmə hesab edir ki, aliment ödəyən şəxsin üzərinə hər ay bir uşaq üçün 482 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsinə görə borclu vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, bir uşağa görə 482 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, iddiaçının şəxsi mənafeyi, maddi və ailə vəziyyəti, habelə onun digər nikahından olan uşağın mənafeyi də nəzərə alınmaqla məqsədəmüvafiq deyil. İddiaçı aliment məbləğinin azaldılaraq, ölkə üzrə minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməsini xahiş edir. Bununla bağlı məhkəmə bildirir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qərardadı əsasında müəyyən olunmuş alimentin məbləğinin tələb olunan həddə qədər azaldılması (0,50 misli) uşağın mənafeyinə zidd olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin müddəalarına uyğun olaraq, 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı alimentin miqdarını uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan da aşağı məbləğdə (400 x 0.50 misli=200 manat) azaldılmasını tələb edir. Odur ki, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları, uşağın mənafeyini, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, onun təminatının mümkün qədər maksimal saxlanması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, uşağın yetkinlik yaşına çatanadək iddiaçıdan tutulacaq alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Məhkəmə qeyd edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qətnamə qanunvericiliyə (MPM 233) uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra olunacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 366/2025 saylı qərardadı ilə (xx.xx.2025-ci il tarixli düzəliş qərardadı nəzərə alınmaqla) xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,206 misli həddində tutulmuş aliment azaldılaraq, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin dəyişdirilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-366/2025 saylı qərardadı ilə (xx.xx.2025-ci il tarixli düzəliş qərardadı nəzərə alınmaqla) xx.xx.2009cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,206 misli həddində tutulmuş aliment azaldılaraq, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində müəyyən edilsin. Alimentin dəyişdirilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4742/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4742/2025
11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver