Məhkəmə qərarları › İş №2(005)-486/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-486/2023

09.02.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-486/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlunu ölüm həddinə çatdırdığı zaman pisixi gərgin olmağından isdifadə edərək Bakı şəhər, Xəzər rayon Türkan Bağlar 19 sotdan ibarət 429 saylı bağ sahəsinə dair Bakı şəhər 12 say notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, ona bağından 7 il ərzində isdifadə etdiyi üçün Cavabdeh 35000 manat pulun tutulma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1970-ci ildə Bakı şəhər icra Hakimiyyəti tərəfindən, Xəzər rayonu, Türkan Bağlar massivində 0.19 ha-dan ibarət 429 nömrə bağ sahəsini mərhum atası 1941-1945-ci il böyük vətən müharibəsində şəhid olduğu üçün şəhid ailəsi kimi ona 4 nəfərdən ibarət ailə üzvlərinin adla bağ sahəsinin icarə müqaviləsinə yazılmaqla bağ sahəsi verilmişdir. Cavabdeh iddiaçının oğlunu özünü öldürmək həddinə çatdırmışdır, iddiaçı öz hərəkətlərini tam dərk etməmiş, oğlu özünü öldürmə həddində olduğu üçün bir müddət hərəkətlərinin mənasını başa düşməmişdir. Bağ sahəsində iddiaçının özü, oğlu, gəlini və nəvəsi olmasına baxmayaraq, onların razılığı olmadan cavabdeh öz adına formal olaraq xx.xx.2022-ci il tarixdə 12 saylı notariat ofisində bağ sahəsini öz adına keçirmişdir. Sonradan iddiaçı həmin ofisə müraciət edərək, müqaviləni ağır stress altında bağladığını bildirmiş və müqavilənin ləğv edilməsini tələb etmişdir. Lakin Notariat ofisi ona imtina məktubu verərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh 163 ədəd nar, 20 ədəd əncir, 2 ədəd heyva, 1 ədəd xar tut, 1 ədəd ağ tut, 2 ədəd üzüm, 2 ədəd alça, 2 ədə gavalı, 1 ədəd şam ağacı, həmçinin 150 kv.m sahəli 2 mərtəbəli 4 otaqlı tikilini zəbt etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o müqavilənin psixi təsir altında imzalamış və 10000 manat pulu almışdır. Həmçinin yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mərhum atası X1 1941-1945-ci il böyük vətən müharibəsi dövründə Sevestapol uğrunda Faşizmə qarşı döyüşlərdə həlak olmuşdur və Sevastapol şəhərində qardaşlıq məzarında dəfn olunmuşdur. Bakı şəhər, X5 tərəfindən iddiaçıya şəhid oğlu kimi Bakı şəhər, Türkan Bağlarında 22 sotdan ibarət bağ sahəsi verilmişdir. Ona şəhid ailəsi kimi verilmiş bağ sahəsinin icarə müqaviləsində iddiaçının və 4 nəfər ailə üzvlərinin adı vardır. Həmin bağ sahəsini iddiaçının xəbəri olmadan Cavabdeh dələduzluq edərək öz adına reyestrdən çıxarış almışdır. Cavabdeh tərəfindən surəti təqdim olunan Texnika bankın adından verilmiş iddiaçının imzası olmayan 35000 manatın qəbzin əsli yoxdur, eyni zamandan imza iddiaçıya məxsus deyildir. Cavabdeh guya ilkin alqı satqı ilə bağı adına keçirmişdir və ilkin alqı satqı müqaviləsi desə də əslini təqdim etməmişdir. İddiaçı Cavabdeh tərəfindən aldadıldığını bildikdə Bakı şəhər, Xəzər rayon Məhkəməsində bağ sahəsinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi və bağ sahəsinin boşaldılması barədə iddia ərizəsi vermiş və məhkəmə iddianı təmin edərək bağ sahəsinə iddiaçının adına 2017-ci ildə verilmiş qeydiyyat vəsiqəsinin ləğvi və bağ sahəsinin boşaldılması barədə qətnamə çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Cavabdeh ilə iddiaçı MəmmədovSaidr Bayram oğlu arasında mübahisəli bağ sahəsi ilə bağlı 18 fevral 2021-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən hazırki iş üzrə iddiaçı 40000 manat müqabilində bağ evini cavabdehə satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə reyestr nömrəsi verilmədiyi üçün məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Sonra barışıq əldə edilmiş, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmişdir. Sazişə əsasən bank vasitəsilə iddiaçıya 35000, daha sonra 5000 manat ödənilmişdir. Barışıq sazişinə əsasən alqı-satqı müqaviləsi bağlanan vaxt əlavə pul ödənilməməli idi. Lakin iddiaçı yenidən cavabdehə bildirmişdir ki,artıq köçüb Qəbələdə yaşayacaq, cavabdehə qarşı heç bir iddiası olmayacaq. Bunun müqabilində də pul tələb etdiyinə görə cavabdeh iddiaçıya daha 10000 manat ödədi. Ümumiyyətlə iddiaçı mütəmadi olaraq cavabdehdən müəyyən miqdarda pul məbləği alır. Hal-hazırda da müqavilənin bağlamasından 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının X2 və İstismarı Birliyi və İddiaçı arasında bağlanmış 20013 saylı müqavilədən müəyyən olunur ki, Xəzər rayonu, Türkan Bağlar massivində 0.19 ha-dan ibarət 429 nömrə bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2584/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədini üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 429 saylı (0,19 ha torpaq sahəsi və 155,5 kv metr bağ evi) bağ evinə dair Cavabdeh Agaşirin oğlunun adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilməlidir. Cavabdeh Bakı şəh., Xəzər ray., Türkan qəs., 429 saylı bağ evindən çıxarılmalıdır. İcra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Bu barədə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib olunaraq icraat materiallarına əlavə olunmuşdur. xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən : İddiaçı öhdəlikləri: İddiaçı Cavabdehla aralarında bağlanmış 18 fevral 2015-ci il tarixli ilkin müqavilə üzrə 35000 manat pulu ondan həmin gün “Bank Technique"nın Nizami filialı vasitəsi ilə, sənədləşmə işi başa çatdıqdan sonra qalan 5000 manat pulu isə birbaşa aldığını etiraf edərək həmin müqavilənin şərtlərinə sadiq qalacağını öhdəsinə götürür; Müvəqqəti təmin tədbiri kimi bağ sahəsinin özgəninkiləşdrilməsinə qoyulmuş qadağa götürüldükdən sonra bağ sahəsini boşaldaraq iddiaçı ilə yeni əsas alqı- satqı müqaviləsini bağlayacağını üzərinə götürür; Yeni müqavilə bağlanarkən bağ sahəsinə görə əlavə pul tələb etməyəcəkdir; Bağ sahəsi üzrə Cavabdeh qarşı hər hansı tələb və iddiası olmayacaqdır; Saziş üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetiməzsə, onun bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərcləri və dəymiş zərəri qarşı tərəfə ödəməyi üzərinə götürür; ilkin müqavilədən sonra iddiaçı tərəfindən bağın yaxşılaşdırılmasına 93150 manat vəsait qoyulmasını qəbul edir və saziş pozulduğu təqdirdə həmin vəsaiti ödəyəcəyini üzərinə götürür; Cavabdeh öhdəlikləri: Müvəqqəti təmin tədbiri kimi bağ sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürüldükdən sonra cavabdeh İddiaçıla yeni alqı-satqı müqaviləsini bağlayacağını üzərinə götürür; Saziş üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetiməzsə, onun bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərcləri və dəymiş zərəri qarşı tərəfə ödəməyi üzərinə götürür; Cavabdehə qarşı Xətai məhkəməsində qaldırdığı 93150 manat məbləğində iddiadan imtina etməyi öhdəsinə götürür. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2054/2021 saylı qərardadına əsasən aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilmişdir: xx.xx.2015-ci il tarixli birinci tərəf olan satıcı İddiaçı və ikinci tərəf olan alıcı Cavabdeh arasında bağlnamış ilkin müqavilədən məlum olur ki, birinci tərəf, satıcı adlanacaq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X2 və İstismarı Birliyi tərəfindən verilmiş 429 nömrəli bağın İstifadəyə verilməsi haqqında 20013 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, ərazisində yerləşən 0.19 hektar torpaq sahəsində olan 429-nömrəİi bağ sahəsini bu günə razılaşdıqları məbləğdə, yəni 40000 manata satmağı ,2-ci tərəf alıcı isə həmin məbləğin 35000 manatını depozit vastəsi ilə, hazırda qalan 5000 manatını isə sənədləşmə işi başa çatdıqdan sonra ödəməyi öz öhdəsinə götürdü. Əsas müqavilənin bağlanması sənədləşmə işi başa çatdıqdan sonra başa çatdırılmalıdır. Əgər tərəflərdən hər - hansı biri müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməzsə müqavilənin bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərcləri və dəymiş zərəri qarşı tərəfə tam olaraq ödəməyi öhdəsinə götürür. Alıcı daşınmaz əmlakın razılaşdırılmış satış qiymətini notariat kontorunun X6 filialındakı depozit hesabına qoyaraq Satıcıya ödədi. İlkin müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər alıcı tərəfindən ödənildi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, 0,19 ha torpaq sahəsi üzərində yerləşən bağ evi İddiaçı tam payda məxsusdur və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci tarixində notariat ofisində ona məxsus torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satmışdır. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı öz mülkiyyətində olan ünvan 2 üvanında yerləşən 155,5 kv.m olan bağ evini və ünvan 2 üvanında yerləşən 0.19 ha torpaq sahəsini alıcı Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə bunun əvəzində 10000 manat pulu İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ona məxsus olan Xəzər rayonu, Türkan qəsəbəsi, Xudu Məmmədov küçəsi, 429 ünvanında yerləşən bağ evini Cavabdeh xx.xx.2015-ci il tarixli ilkin müqaviləyə əsasən 40000 manata satmağı öhdəsinə götürmüşdür. Tərəflərin arasında xx.xx.2017-ci il tarixli əsas müqavilə isə notarial qaydada təsdiqlənməmişdir. Bu əsasla da Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi və cavabdehin bağ evindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməmiş və ləğv edilməmişdir. Daha sonra Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “ilkin müqavilə üzrə alqısatqı müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata tərəflərin arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə xitam verilmişdir. Barışıq sazişinin tələblərinə əsasən iddiaçı Cavabdehlə aralarında bağlanmış 18 fevral 2015-ci il tarixli ilkin müqavilə üzrə 35000 manat pulu ondan həmin gün, sənədləşmə işi başa çatdıqdan sonra qalan 5000 manat pulu isə birbaşa aldığını etiraf edərək həmin müqavilənin şərtlərinə sadiq qalacağını və bağ sahəsinin üzərinə qoyulmuş qadağa götürüldükdən sonra bağ sahəsini boşaldaraq iddiaçı ilə yeni alqı-satqı müqaviləsini bağlayacağını, bu zaman əlavə pul tələb etməyəcəyini, bağ sahəsi üzrə hər hansı tələb və iddiasının olmayacağını öhdəsinə götürür. Xəzər Rayon Məhkəməsinin sözügedən qərardadı iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. 28 yanvar 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 12 saylı notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanır. Həmin müqaviləyə əsasən, satıcı İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 155.5 kv.m. olan bağ evini və eyni ünvanda yerləşən 0,19 ha olan torpaq sahəsini Cavabdeh mülkiyyətinə verir. Müqavilənin şərtlərinə əsasən satıcı daşınmaz əmlakı 10000 manata aldı, alıcı isə həmin qiymətə satdı. Müqavilə 12 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilir. Hazırda İddiaçı 28 yanvar 2022-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə iddia ərizəsində göstərilən dəlillərə münasibət bildirərək qeyd edir ki, İddiaçı 28 yanvar 2021-ci il tarixli “alqı-satqı” müqaviləsinin etibarsızlığını cavabdehin onun oğlunu özünü öldürmə həddinə çatdırması ilə bağlı özündə olmaması, hərəkətlərinin mənasını başa düşməməsi ilə əsaslandırmışdır. Lakin məhkəməyə dediklərini təsdiq edə biləcək heç bir dəlil təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclaslarında oğlunun şahid qismində dəvət edilməsi barədə cavabdehin şifahi vəsatətinə etiraz edərək onun gəlməsini istəmədiyini, münasibətlərinin pisləşdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə idda ərizəsinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi mövcuddur. Həmin barışıq sazişinə əsasən Cavabdeh İddiaçı ilə aralarında bağlanmış 18 fevral 2015-ci il tarixli ilkin müqavilə üzrə 35000 manat pulu ondan həmin gün, sənədləşmə işi başa çatdıqdan sonra qalan 5000 manat pulu isə birbaşa aldığını etiraf edərək həmin müqavilənin şərtlərinə sadiq qalacağını və bağ sahəsinin üzərinə qoyulmuş qadağa götürüldükdən sonra bağ sahəsini boşaldaraq iddiaçı ilə yeni alqı-satqı müqaviləsini bağlayacağını öhdəsinə götürmüşdür. Qərardad qanuni qüvvəyə minmiş və tərəflər həmin qərardadı mübahisələndirməmişdir. 28 yanvar 2021-ci il tarixdə 12 saylı notariat ofisində bağlanan müqavilə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı barışıq sazişində göstərilən pul məbləğinin 35.000 manatlıq hissəsi ilə bağlı pulu heç vaxt almadığını, Xəzər Rayon Məhkəməsinə mülki işin baxışı zamanı cavabdehin təqdim etdiyi çekin saxta olduğunu, cavabdehin onu həm barışıq sazişi bağlanarkən, həm də 28 yanvar 2021-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanarkən aldatdığını bildirsə də, məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçı eyni zamanda cavabdehdən 10000 manat pulu aldığını məhkəmə iclasında etiraf etmiş, həmçinin məhkəməyə ərizə ünvanlayaraq cavabdehin ona müəyyən məbləğdə pul verməsinin müqabilində iddianı geri götürəcəyini bildirmişdir. Məhkəmədə tədqiq edilən iş materialları ilə müəyyən edilir ki, İddiaçı şəxsən özü 12 saylı notariat ofisində 28 yanvar 2022-ci il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə mübahisəli bağ sahəsinin və torpaq sahəsini Cavabdeh satmış, bunu öz əlyazısı və imzası ilə təsdiq etmişdir. Müqavilənin bağlanmasında iştirakı müqavilədə əks edilmiş fotoşəkillə də təsdiq olunur. Bütün bunlar isə, həmin müqavilənin məhz iddiaçının iradə bəyanına müvafiq olaraq bağlandığını göstərməklə, onun müqavilənin notariusun və Cavabdeh təsiri altında bağlandığına dair irəli sürdüyü arqumentlərin də əsassız olduğu mənasına gəlir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbi rədd edildiyindən, əldən çıxmış faydanın ödənilməsi ilə bağlı hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin özündə bu tələblər əsaslandırılmamış, nəyə görə məhz 35000 manat tələb edildiyi göstərilməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 28 MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-nin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə xx.xx.2020-ci il və X.Mirzəliyevin şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarlar). MM-nin 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. MM-nin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. MM-nin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. MM-nin 351.4-cü maddəsinə əsasən, əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. MM-nin 452.2-ci maddəsinə əsasən, Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. MM-nin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 139.1 və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-nin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. MM-nin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-nin 364.1ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 390-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar