Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4873/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh “Kooperativ İdarəetmənin təşkili X14” publik hüquqi şəxsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh “Kooperativ İdarəetmənin təşkili X14” publik Hüquqi Şəxsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqı tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh “Kooperativ İdarəetmənin təşkili X14” publik Hüquqi Şəxsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Kooperativ İdarəetmənin təşkili X14” Publik Hüquqi şəxsi tərəfindən ödənilməmiş 10500 (on min beş yüz) manat əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişlərinin, mediasiya üçün ödənilmiş 50 manat rüsumun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1%-i tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 25 iyun 2023-cü il tarixli K-208 X18 X9 direktor təyin edilmişdir. 2025-ci ilin iyul ayında həmin vəzifədən azad edilmişdir. İşlədiyi dövr ərzində əmək haqqının ödənilməsi barədə yuxarı rəhbərliyə dəfələrlə müraciət etsə də iddiaçıya əmək haqqımın ödəniləcəyi barədə bildirilsə də, bu günə kimi ödəniş edilməmişdir. Bunlarla yanaşı nəzərinizə çatdır ki, həmin vəzifədə işlədiyi 20 ayın əmək haqqısı 345 manatdan hesablanmış və digər 9 ayı isə 400 manatdan hesablanmışdır.Hesab edir ki, cavabdehin onun işə qəbul olunduğu tarixdən yəni 25 iyun 2023-cü il tarixdən işdən azad olduğu tarixədək (yəni mənə bildirdikləri təqribi tarix) 2025ci ilin iyul ayınadək ödənilməmiş hər aya münasibətdə vəzifəsinə uyğun əmək haqqının tam hesablanılaraq ödənilməsi, bundan əlavə həmin müddətlər üzrə ödənilmiş mükafat, məzuniyyət və.s. ödənişlər də hesablanaraq iddiaçıya ödənilməlidir. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh “Kooperativ İdarəetmənin təşkili X14” publik hüquqi şəxsi tərəfindən məhkəməyə yazılı etiraz daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında rəsmiləşdirilmiş əmək müqaviləsi yoxdur və olmayıb. “Azərbaycan Respublikasının Ticarət Nazirliyinin və X11 Nazirliyinin ləğv edilməsi və onların bazasında yeni nazirlik yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 607 nömrəli Fərmanı ilə ləğv edilmiş Ticarət Nazirliyinin müəssisə və obyektləri özəlləşdirilmək üçün Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) sərəncamına verilmişdir. DƏK-in xx.xx.1999-cu il tarixli 230 nömrəli Sərəncamı ilə ləğv edilmiş Ticarət Nazirliyinin ticarət və ictimai iaşə üzrə inzibati-ərazi idarəetmə orqanları (Ticarət və X17, Universal Ticarət Firmaları və digər ictimai iaşə birlikləri) ləğv edilmiş və həmin orqanların tabeliyində olan bütün müəssisə və obyektlər özəlləşdirilənə qədər DƏK-in "xxxx" İdarəsinin tabeliyinə verilmişdir. DƏK-in xx.xx.1999-cu il tarixli 230 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə verilmiş DƏK-in xx.xx.1999-cu il tarixli 23 nömrəli Əmri ilə bir sıra Ticarət və X17 ləğv edilmiş və "xxxx" İdarəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 229 nömrəli Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli 01 nömrəli əmri ilə "xxxx" İdarəsi ləğv edilərək,xx.xx.2000-ci il tarixli 05 nömrəli əmri ilə keçmiş "xxxx" İdarəsinin bazasında Ticarət və Xidmət Müəssisə və X2 Mərkəzi (TXMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 30 aprel tarixli 475 nömrəli Fərmanı ilə TXMOFƏM-in təsisçisi - DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının bazasında İqtisadi inkişaf Nazirliyi (İİN) yaradılmışdır. İİN-in 26.01,2004-cü il tarixli 03 nömrəli əmri ilə TXMOFƏM-nin bazasında Ticarət, Xidmət və İstehsalat Müəssisə və X1 Mərkəzi (TXİMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 313 nömrəli Fərmanı ilə yaradılmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) xx.xx.2005-ci il tarixli 11 nömrəli əmri ilə tabeliyinə verilmiş TXİMOFƏM-nin adı dəyişdirilərək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (İXMİM) olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə DƏİEDK-in bazasında Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 7.3-cü yarımbəndinə əsasən ƏMDK-nin İXMİM-nin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdehdir. Bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 28 dekabr 2012-ci il tarixli 407 nömrəli Sərəcamının 9.3-cü hissəsinə əsasən eyni Sərəncamın əlavəsində adı qeyd edilən Dəmir X12 qorunub saxlanılması və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə İXMİM-nin sərəncamına verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq olunmuş Cavabdeh Nizamnaməsinə əsasən idarəetməsinə verilmiş dövlət müəssisələrində idarəetməni təşkil etdir, dövlət müəssisələrinin əmlakının qorunub saxlanılması və özəlləşdirilməyə hazırlanması sahəsində zəruri tədbirləri həyata keçirir, özəlləşdirilənədək dövlət əmlakından səmərəli istifadə olunması üçün həmin dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirir. İddiaçının mübahisələndirdiyi məsələnin faktiki halından və ona münasibətdə tətbiqi məcburi xarakter daşıyan, yuxarıda istinad olunan mülki qanunvericiliyin normativ müddəalarından göründüyü kimi, iddiaçının tələbi heç bir halda təmin edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi. Bildirdi ki, 2023-cü ili iyun ayının sonlarıdan 2025-ci il qədər 2 il ərzində əmək haqqı almadan işləmişdir. Eyni zamanda qeyd etdi ki, onunla Cavabdeh arasında əmək müqaviləsi bağlanmmışdır. Məhkəmənin əvvəlki iclasında ona cavabdehi əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, o razı olmamışdır. Hesab edir ki, iddia ərizəsi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Kooperativ İdarəetmənin təşkili X14” publik hüquqi şəxsinin nümayəndəsi X16 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki işin materialları - xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əmək müqaviləsi bağlayaraq,Əmlak Məsələləri Dövlət Xidməti/Dəmir X12nda direktor vəzifəsinə qəbul edilmişdir. - 25 iyun 2023-cü il tarixli K-208 №-li Əmrin surətindən görünür ki, İddiaçı “X3 direktoru vəzifəsinə 2023-cü il 25 iyun tarixindən 1 (bir) ay müddətinə təyin edilməsi və tutduğu vəzifədən azad edilmədikdə səlahiyyət müddəti növbəti müddətə uzadılmış hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsi və "X5 bu əmrdən irəli gələn məsələlərin həllini təmin etmələri qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli,K-316 nömrəli Əmək müqvailəsinə xitam verilməsi barədə Əmrin surətindən görünür ki, ”Əmlak Məsələri Dövlət Xidməti/Dəmir X12” bölməsində “Direktor” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə,” AR ƏM-nin 68.2. “b”-əmək müqaviləsinin müddətinin qutarması” maddəsinə əsaəsn xx.xx.2025-ci il tarixdə xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 62.47 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi qərara alınmışdır. - Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli,MŞB/11/2025-01235 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki,hər iki tərəf mediasiya sessiyasında iştirak etmiş,lakin davam etdirilməsinə razılıq verilməmişdir. İddiaçı tərəfindən 60 manat mediasiya haqqı ödənilmişdir. - 25 iyun 2025-ci il tarixli "xxxx" ASC tərəfindən arayışdan görünür ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixinə sistemində adına aktiv əmək haqqı olmadığı qeyd edilmişdir. - 01 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki,” araşdırmaya izahat təqdim etsəniz də əmək haqqı bank hesabından çıxarış təqdim etməmisiniz. Müraciətinizlə əlaqədar Dəmir X8 və onun üst qurumu olan Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov, ev 20 və ünvan 2 ünvanlarına müraciət olunaraq, Sizə aid olan sənədlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, müəssisə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta məsuliyyətinin nəzərdə tutulduğu barədə məlumatlandırılmışdır. Həmçinin bildiririk ki, tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ‘’Əmək və Məşğulluq” alt sisteminə tərəfimizdən baxış keçirilərkən Sizinlə Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyi arasında bağlanılmış 25 06.2023-cü il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin ”b’' bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, Əmlak Məsəələri Dövlət Xidmətinin rəhbərliyi tərəfindən Sizə aid sənədlər təqdim edildiyi və ya sənəd ərin təqdim edilməməsi ilə bağlı inzibati xəta tərkibi yarandığı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı halda, nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir.” məzmunu qeyd edilmişdir. - X6 Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışdan görünür ki, ”Birtək Company” MMC-VÖEN ********** hüquqi ünvanı isə ünvan 3 subyektinin olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat obyektinin adı-Beton Zavod-Anbar xx.xx.2023-cü il tartixdı uçota alınmışdır. - 03 oktyabr 2025-ci il tarixli təhvil-qəbul aktından görünür ki,25 iyun 2023-cü il tarixli,K-208 nömrəli əmrinə müvafiq olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesi, 54 ünvanında yerləşən “X5” na yeni direktor təyin olunduğu üçün müəsssisənin balansında olan əsas vasitələrin təhvil-qəbulu aparılmışdır. - 10 iyul 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, ”birinci tərəf”- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Kooperativ İdarəetmənin təşkili X14” publik hüquqi şəxsinin keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2012-ci il tarixli,407 nömrəli sərəncamı ilə “Birinci tərəf” in sərəncamına verilmiş və tabeliyində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şoesi,54 ünvanında yerləşən “X5”nun torpaq sahəsi ilə birlikdə tikili və qurğularını “ikinci tərəf”ə-”Birtək Company” MMC-yə dövlət əmlakından səmərəli istifadə məqsədi ilə faəliyyət gösətərilməsi üçün təhvil verilir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 57.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəfləri dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Hazırki iş üzrə İddiaçı ödənilməyən əməkhaqqını və son haqq hesabı ilə bağlı pul məbləğini cavabdehdən tələb etsə də, bu tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əmək müqaviləsi bağlayaraq, Əmlak Məsələləri Dövlət Xidməti/Dəmir X12nda direktor vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilə müddətsiz bağlanmışdır. Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixli, K-316 nömrəli Əmək müqvailəsinə xitam verilməsi barədə Əmrə əsasən ki,”Əmlak Məsələri Dövlət Xidməti/Dəmir X12” bölməsində “Direktor” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə,” AR ƏM-nin 68.2. “b”-əmək müqaviləsinin müddətinin qutarması” maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 62.47 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi qərara alınmışdır. Hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Kooperativ İdarəetmənin təşkili X14” Publik Hüquqi şəxsi tərəfindən ödənilməmiş əmək haqqı, məzuniyyət və mükafat pulu ödənişlərinin, mediasiya üçün ödənilmiş rüsumun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1%-i tutularaq ödənilməsini xahiş edir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. İş materialları, proses iştirakçılarının izahatları müəyyən olunmuşdur ki, İddiaçı ilə Əmlak Məsələri Dövlət Xidməti/Dəmir X12” bölməsi arasında bağlanmış 25 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı direktor vəzifəsinə təyin edilmişdir. Daha sonra iddiaçının əmək müqaviləsinə AR ƏM-nin 68.2. “b”-əmək müqaviləsinin müddətinin qutarması” maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir.Hazırda isə iddiaçı - “Kooperativ İdarəetmənin təşkili X14” publik Hüquqi Şəxsinə qarşı hazırkı iddia tələbi ilə müraciət etmişdir. Qeyd edilməlidir ki, iddiaçı mediasiya təşkilatına müraciət edən zaman iddiasına cavab verməli olan şəxs kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Kooperativ İdarəetmənin təşkili X14” Publik Hüquqi şəxsi göstərmiş və həmin şəxs ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumat verilmişdir. Həmçinin, iddiaçı öz iddiasından da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Kooperativ İdarəetmənin təşkili X14” Publik Hüquqi şəxsi tərəfindən onunla bağlanmış əmək müaviləsinə xitam verildiyini göstərmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və əmək müqaviləsi tətqiq edilən zaman müəyyən edilmişdir ki, iddiaçınn mək müqaviləsi cavabdehlə bağlanmamışdır. İş materiallarından aydın olur ki,iddiaçının Cavabdeh arasında rəsmiləşdirilmiş əmək müqaviləsi yoxdur və bu halın təsdiqi ilə bağlı sübut onun tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh “Kooperativ İdarəetmənin təşkili X14” publik Hüquqi Şəxsi iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Belə olan təqdirdə aydın olur ki, iddiaçı hazırki iddianı subyektiv cavabdehlik daşımayan şəxsə qarşı qaldırmışdır, bu səbəbdən də onun iddiası təmin edilə bilməz. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Kooperativ İdarəetmənin təşkili X14” publik X7 1.8-ci bəndinə əsasən, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Göründüyü kimi, iddiaçı əsl olmayan cavabdehə qarşı iddia qaldırmış və əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Məhkəmə hesab edir ki, əsl olmayan cavabdehə qarşı iddianın qaldırılması iddianın rədd edilməsi üçün əsasdır və iddianın əsaslı olub-olmaması üçün əlavə araşdırılmanın aparılmasına zərurət yoxdur. Məhkəmə mövqeyini prosessual qənaət prinsipinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh “Kooperativ İdarəetmənin təşkili X14” publik Hüquqi Şəxsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqı tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh “Kooperativ İdarəetmənin təşkili X14” publik Hüquqi Şəxsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqı tələbinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4873/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4873/2025
09.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver