Məhkəmə qərarları › İş №2(005)-489/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-489/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-489/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X8, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 4 44 saylı fərdi yaşayış evinin ½ hissəsinin X24 "xxxx" ASC-dən ipoteka yüklülüyündən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 4 44 saylı fərdi yaşayış evinin ½ hissəsini 01.09.2004-cü il tarixdə alqı-satqı əsasında almışdır.Hazırda xüsusi mülkiyyətində olan ünvan 4 44 saylı fərdi yaşayış evinin ½ hissəsini satmaq istəsə də notariat kontorunda əmlakının 02.10.2004-cü il tarixdən X24 "xxxx" ASC-də ipoteka ilə yüklü olunduğunu öyrənmişdir. Qeyd edir ki, mülkiyyətində olan sözü gedən əmlak hansı əsaslara görə X24 "xxxx" ASC-də yüklü olması barədə heç bir məlumatı yoxdur. Məsələyə aydınlıq gətirilməsi üçün 13.10.2021-ci il tarixdə X24 "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ıcrac direktoru Tural Piriyevə rəsmi ərizə ilə müraciət etmişdir. 29.09.2021-ci il tarixdə "Elektron notariat" informasiya sistemindən çıxarışa və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08.10.2021-ci il tarixli **********94 saylı məktubundan da göründüyü kimi ünvan 4 44 saylı fərdi yaşayış evinin ½ hissəsini X24 "xxxx" ASC-də ipoteka ilə yüklü kimi göstərilsə də hansı əsaslara görə yüklü edilməsi barədə heç bir məlumatı yoxdur. X12 Olan "xxxx" ASC tərəfindən 29.10.2021-ci il tarixli **********545 saylı məktubla cavab verilmişdir. Lakin cavab məktubundan LPO "xxxx" ASC əmlakımın hansı əsaslara görə bank qarşısında yüklü edilməsini əsaslandıra bilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X15 iddia tələbinə etiraz edərək, iddianın əsassız olduğunu, hazırki mübahisəli məsələ ilə əlaqədar cavabdeh cəmiyyətin arxivində hər hansı sənədlərin aşkar edilmədiyini, hansı səbəbdən reyestr xidmətində yüklülük barədə qeydin olmasına dair məlumatlarının olmadığını qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, ünvan 4, 44 saylı fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı ********** daxil olma nömrəli. 01.10.2021-ci il tarixli sorğunuza baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, 06.10.2021-ci il tarixinə olan məlumata əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sizə məxsus hissəsi, 02.10.2004-cü il tarixli müraciətinə əsasən “Dəmirbank" ASC-nin (əvvəlki adı Azərdəmiryolbank) xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № 136020 saylı çıxarışdan görünür ki, ünvan 4, 44 saylı fərdi yaşayış evi 27.08.2018-ci il tarixdə X13 adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin 11.01.2022-ci il tarixli 2(005)-489/2022 nömrəli sorğusuna Dövlət Notariat Arxivinin 31 yanvar 2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair rəsmiləşdirilmiş müqavilələr (ipoteka müqaviləsi və s.) barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, “Elektron notariat” informasiya sistemi 01.01.2007-cı ildən formalaşdırıldığından həmin tarixdən əvvəl aparılmış notariat hərəkətləri barədə məlumat vermək imkan xaricindədir. Bu səbəbdən notariat hərəkətinin rəsmiləşdirildiyi notariat ofisinin adı barədə dəqiq məlumat verildiyi halda qeyd edilən məsələ öz həllini tapa bilər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin 16.12.2021-ci il tarixli 2(005)-5681/2021 saylı sorğusuna cavab məktubundan görünür ki, ünvan 4, 44 saylı evin hüquqi vəziyyəti ilə bağlı ətraflı məlumalın və sənəd surətlərinin təqdim ediiməsi ilə bağlı müraciətinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Aşıq Pəri küçəsi, 44 saylı fərdi yaşayış evi 11.02.1970-ci il tarixdə X3 və X4 adlarına ilkin qeydiyyatdan keçmişdir. 4 saylı DNK-nın 11-3963 reyestr nömrəli 10.03.1973-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi X7 adına qeydiyyatdan keçmişdir. 4 saylı DNK-nın 92974 reyestr nömrəli 16.02.1974-cü il tarixli qanun üzrə vərəsəiik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/2 hissəsi X10 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 1kn-20 reyestr nömrəli 09.02.1983-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi Ağamalıyev Başaratdin Xasay oğlunun adına qeydiyyatdan keçmişdir. 16 saylı DNK-nın DOG/1349 reyestr nömrəli 24.08.1988-ci il tarixli dəyişmə müqaviləsin əsasən evin 1/2 hissəsi X5 adına qeydiyyatdan keçmişdir. 4 saylı DNK-nın 3M-A-49 reyestr nömrəli 29.01.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi X16 adına qevdivvatdan keçmişdir. 17 saylı DNK-nın 2-V-101 reyestr nömrəli 11.11.1997-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/2 hissəsi Ağamalıyev Nazim Başaratdin oğlunun adına qeydiyyatdan keçmişdir. 4 saylı DNK-nın 3M-A-399 reyestr nömrəli 27.10.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi X1 adına qeydiyyatdan keçmişdir. 12 saylı DNK-nın 2V-1-243 reyestr nömrəli 07.08.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/2 hissəsi X2 adına qeydiyyatdan keçmişdir. 16 saylı DNK-nın 4Ə/5-782 reyestr nömrəli 25.08.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. 16 saylı DNK-nın 2V-1/40 reyestr nömrəli 10.03.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/6 hissəsi X6 1/6 hissəsi X17, 1/6 hissəsi X11 adlarına qeydiyyatdan keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.11.2009-cu il tarixli 2(103)-4596/2009 nömrəli icra vərəqəsinə, 12/02 nömrəli hərracın yekunları barədə protokola, 03.02.2011 -ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə, notarius R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 7E-15/10437 reyestr nömrəli 12.04.2013-cü il tarixli şəhadətnaməyə əsasən evin 1/2 hissəsi “Royal Bank" ASC-nin adına qeydiyyatdan keçmişdir. 14/01 nömrəli 11.06.2018-ci il tarixli hərracın nəticələrinə dair yekun protokola, 14/01 nömrəli 11.06.2018-ci il tarixli sifarişçi və alıcı arasında alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi X14 adına qeydiyyatdan keçmişdir. Hazırda ünvan 4, 44 saylı evin 1/2 hissəsi X14, 1/2 hissəsi İddiaçı mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.04.2022-ci il tarixli №**********96 saylı məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, bildiririk ki, 05.04.2022-ci il tarixinə olan məlumata əsasən ünvan 4 ünvanında yerləşən 44 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/2 hissəsi 02.10.2004-cü il tarixli müraciətə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və hazırda yüklüdür. Əmlakın yüklü edilməsi ilə bağlı sənədlər idarənin arxivində saxlanılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, işin hallarından məlum olduğu kimi hazırda mübahisəli əmlakın ipoteka ilə yüklü edilməsinə dair hər hansı əsasın mövcudluğu aşkar edilmir və heç bir əsas olmadan cavabdeh bankın xeyrinə “əmlakın yüklü edilməsi barədə reyestr xidmətində qeydin olması” qanunsuz olduğundan iddiaçı öz iddiasında haqlıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.04.2022-ci il tarixli №**********96 saylı məhkəmənin sorğusuna cavab məktubundan da göründüyü kimi, İddiaçı məxsus 1/2 hissəsi 02.10.2004-cü il tarixli müraciətə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və hal-hazırda yüklüdür. Lakin, əmlakın yüklü edilməsi ilə bağlı hər hansı hüquqi əsas mövcud deyil. Bu isə onu göstərir ki, İddiaçı mülkiyyət hüquqları pozularaq, heç bir əsas olmadan ünvan 4 44 saylı fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan ½ hissəsi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 4 44 saylı fərdi yaşayış evinin ½ hissəsi ipoteka yüklülüyündən azad edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 44 saylı fərdi yaşayış evinin ½ hissəsi ipoteka yüklülüyündən azad edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar