Məhkəmə qərarları › İş №2(005)-4899/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4899/2022

30.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4899/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 yanvar 2017-ci il tarixində anadan olmuş oğlu X2 18 yaşı tamam olanadək hər ay sabit məbləğ 193 (yüz doxsan üç) manat məbləğində alimentin tutulması, alimentin cavabdehin əmək haqqından tutulmasının onun iş yerinin mühasibatlığına tapşırılması, Cavabdeh aliment üzrə yaranmış 756 (yeddi yüz əlli altı) manat məbləğində borcun məcburi qaydada tutulması və bu borcun tutulmasının onun iş yerinin mühasibatlığına tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə ailə qurub, cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Tə\briz küçəsi ev 87, mənzil 79-a köçüb, orada yaşayır və pasport qeydiyyatına düşüb. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə münasibəti bərpa olunmayacaq tərzdə pozulduğundan nikahın pozulması və aliment tələbi ilə məhkəməyə iddia ilə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-cii il tarixli qətnamə ilə nikahları pozulmuşdur. Alimentin tutlması ilə bağlı məsələyə Bakı 4 saylı Mediasiya Təşkilatının mediatoru və tərəflərin iştirakı ilə baxılmış və 14 may 2022-ci il tarixli Barışıq Sazişi bağlanmışdır. Barışıq Sazişinə əsasən cavabdeh hər ayın 10-na kimi birgə nikahdan olan övladı üçün 193 manat alimenti iddiaçının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri pozmuş, xx.xx.2022ci il tarixinə 1158 manat aliment ödəməli olduğu halda bu günə kimi cəmi 402 manat ödəmişdir. Göründüyü kimi 2022-ci ilin avqust və sentyabr aylarında cavabdeh bir manat da olsun ödəməmiş, ödədiyi aylar isə təyin edilmiş aliment məbləğindən az vəsait ödəmişdir. Cavabdehin bu aylar üçün aliment borcu 756 manat təşkil edir. İddiaçı müəllimədir, müvəqqəti olaraq işləmir, 73 yaşlı anasının etdiyi köməklik hesabına dolanır. Cavabdeh nəinki alimenti ödəmir, hətta uşağına nə maddi və ya mənəvi qayğı göstərmir. Aralarında bağlanmış yuxarıda qeyd olunan Barışıq Sazişinin 2.4-cü bəndində göstərilib ki, Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərin biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Cavabdeh heç bir zaman Barışıq Sazişindən irəli gələn öhdəliklərini könüllü icra etməyəcəkdir. Bu səbəblərdən də məhkəmədən xahiş edir ki, aliment məbləğini müəyyən etsin və alimentin tutulmasını cavabdehin iş yerinə-Bakı Metropoliteninə göndərilsin və onun əmək haqqından tutulması tapşırılsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 4298/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddia təmin edilərək, iddiaçı Mustafayeva (İbrahimova) Turac Məcid qızı ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixdə Bakı Şəhəri Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 95 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, 23 yanvar 2017-ci il tarixdə X4 iddiaçı (anası) Mustafayeva (İbrahimova) Turac Məcid qızının himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan 4 saylı Mediasiya Təşkilatının xx.xx.2022-cı il tarixli barışıq sazişindən görünür ki; 1.Mübahisə tərəfləri nikahın pozulması, alimentin tutulması və mülk tələbi ilə bağlı ailə mübahisəsinin mediasiya prosesi vasitəsi ilə həll edilməsi 2.1.1. İkinci tərəf Barışıq sazişi imzalandıqdan sonra yəni 1 iyun 2022-ci il tarixindən hər ayin 10-nə qədər olmaqla birgə nigahdan 2017-cı ildə anadan olmuş övladı üçün 193 (yüz doqquz üç manat) AZN məbləğində aimenti birinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür. 2.1.2. ikinci tərəf uşağın ananın yanında qalmağa etiraz etmir, birinci tərəf atanın uşaqla günün istənilən vaxtı əvvəlcədən razılaşdırmaqla görüşə bilməsinə şərait yaradacığını öhdəsinə götürür. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. * 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.7. Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır. _ ; 3.1. Tərəflər razılığa gəlirlər ki. tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqBu Saziş son imzanın qtıldığı gündən qüvvəyə minir. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçı tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2016-cı ildə nikaha daxil olmuş, birgə nikahdan 23 yanvar 2017-ci il tarixdə X4 doğulmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş, aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur, tərəflər alimentin tutulması ilə bağlı mediasiyada razılığa gəlmiş və barışıq sazişi imzalamışlar. Hazırda cavabdeh Barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən məhkəmə 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tuta bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı Metropoliteni geniş profilli avtomobil sürücüsü vəzifəsində çalışır və aylıq əmək haqqısı 559 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin daimi iş yeri olduğundan və əmək haqqı aldığından aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə tələblərinə uyğun olaraq aylıq qazancından tutulmalıdır. Lakin bu zaman uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış həddi nəzərə alınmalıdır. Bununla belə məhkəmə hesab edir ki, əmək haqqında tutulmaların cavabdehin iş yerinin mühasibatlığına tapşırılması hissəsində iddia əsassızdır, həmin hissədə tələbin həll edilməsi məhkəmə icraatı çərçivəsində deyil, icra icraatı çərçivəsində həll edilə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, Cavabdeh 23 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və hər ay 53 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə alimentin tutulmasını ədalətli və əsaslı hesab edir. Məhkəmə iddiaçının aliment üzrə yaranmış borc məbləğinin məcburi qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı əvvəlki üç illik müddət üçün cavabdehdən aliment tələb edə bilər. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin 2.1.1-ci maddəsində qeyd olunmuş tarixdən, başqa sözlə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, 23 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və hər ay 53 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Mustafayeva (İbrahimova) Turac Məcid qızının xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar