Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4996/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, Kreditor Borclu qarşı “borc tələbi”nə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor Borclu qarşı borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu kreditor "xxxx" MMC-nin xeyrinə 352 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 372 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsində məhkəmə əmrinin verilə biləcəyi hallar sadalanmışdır. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.5-ci maddəsinə görə borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırki mülki işin hallarından aydın olur ki, kreditorun tələbi cavabdehlə 10.04.2018-ci il tarixli əşyanın alıcıya verilməsilə əlaqədar yaranmış müqaviləsindən irəli gəlir. Həmin müqaviləyə görə Borclu Kreditor MMC-dən məişət avadanlığı əldə etmiş, həmin əşyanın dəyərini pul məbləğində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqavilə borc müqaviləsi kimi bağlansa da, müqavilənin şərtlərində qeyd edilən səbəbdən məhkəmə müqavilənin hərfi mənasına görə deyil, müqavilənin forma və məzmununa uyğun hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. Məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Bununla belə yuxarıda qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində mülki iş üzrə tərəflər arasında bağlanmış belə kateqoriyadan olan müqavilədə pretenziya (məhkəməyə qədər nizama salınma) qaydasının nəzərdə tutulmaması tərəflərə bu qaydaya riayiət edilməsi imkanını istisna etməmişdir. Digər tərəfdən mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunundan aydın olur ki, qanunvericilik hazırki iş üzrə belə kateqoriyadan olan müqavilələrdə pretenziya qaydasına əməl edilməsini müqavilədən asılı etməmiş və belə müqavilə üzrə yaranan öhdəliklərin icrası ilə bağlı qaydanının tətbiqini bilavasitə nəzərdə tutaraq tərəflər üçün məcburi etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, Kreditor MMC hazırki mübahisə üzrə müqavilənin xarakteri nəzərə alınmaqla Borclu Kreditor MMC tərəfindən borcun ödənilməsi ilə bağlı mübahisənin məhkəmədən kənar nizama salınmasına (pretenziya qaydasına) dair qaydaya riayət etməsini təsdiqləyən sübutları iş materiallarına əlavə etmədən və bununla da Mülki-Prosessual Məcəllənin 151.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin tələblərinə riayət edilməməklə məhkəmə əmrinin verilməsi ilə bağlı müraciət etmişdir. Bundan başqa mülki prosessual qanunvericilikdə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilməsinin mümkünlüyü qeyd edilmişdir. Bununla belə kreditor tələb borclunun mübahisə edilməyən borcunun ödənilmədiyini və bu barədə mübahisə olmadığını təsdiqləyən sübutları da əlavə etmədən məhkəmə əmrinin verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, Kreditor MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsindən imtina edilməli, kreditora qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsindən imtina edilsin. Kreditora izah olunsun ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4996/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4996/2021
04.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver