Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-50/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İddiaçı Ləgv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləgvedicisi Əmanətlərin Sıgortalanması fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “qiymətləndirmə hesabatının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləgv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləgvedicisi Əmanətlərin Sıgortalanması fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “qiymətləndirmə hesabatının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İcra sənədi üzrə tutmanın yönəldildiyi X1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində olan 0.0787 ha torpaq sahəsində yerləşən 2 mətəbəli, 16 otaqlı, 334.8 kv.m yaşayış, 811.9 kv.m köməkçi sahədən ibarət 220a/t nömrəli bağ evinin qiymətlərdirilməsinə dair "xxxx" MMC-nin 404 saylı, xx.xx.2012-ci il tarixli Qiymətləndirmə rəyinin ləğv edilməsi, həmin əmlakın likvid dəyərinin müəyyənləşdirilməsi üçün yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və iddiaçının nümayəndəsinin məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehin məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləgv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləgvedicisi Əmanətlərin Sıgortalanması fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “qiymətləndirmə hesabatının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-50/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-50/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver