Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-516/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərc kimi alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərc kimi alimentin tutulması” tələbinə iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh, yetkinlik yaşına çatmış, üçüncü dərəcəli skolioz xəstəsi olan, oğlu X4 əlavə xərlərinə cəlb olunmaqla, ondan hər av sabit pul məbləğində, 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirmək istəyir ki, Cavabdeh ilə aralarında olan rəsmi nikahdan, 19 iyun 2003-cü ildə oğlu X6 anadan olmuşdur. Nikah münasibətləri pozulduğundan, aralarında olan nikah pozulmuş və X6 iddiaçının himayəsinə verilərək saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən aliment tutulması qət olunmuşdur. Rəsmi nikahları 01 mart 2021-ci ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən ləğv olunmuşdur. 12.04.2021-ci il tarixli, 2(005)-1840/2021 saylı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsinə əsasən, aliment məbləğinin dəyişdirilməsinə dair iddia təmin olunmuş və Cavabdeh 24.02.2021-ci il tarixdən başlayaraq, 19 iyun 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərin 1/4 hissəsi miqdarında aliment İddiaçı ödənilməsi qət olunmuşdur. Hal hazırda oğlu X4 18 yaşı tamam olmuş və o Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Reqionşünaslıq fakültəsinin 1 kurs bakalavr tələbəsidir. Lakin, oğlu X6, üçüncü dərəcəli skolioz xəstəsi olduğundan, daim müalicəyə ehtiyacı var və bu müalicələr xüsusi ixtisaslaşdırılmış müalicə müəssisələrində həyata keçirilməlidir. Müalicə ilin hər fəslində keçirilir və kursu 600 manata başa gəlir. Bu gün ki, günə kimi övladının müalicələrini özü maliyələşdirmişdir, o iddiaçının himayəsində hələ də qalır, iddiaçı ilə yaşayır, lakin hal-hazırda rəsmən işsiz olduğundan, İlkinin müalicəsini ödəməkdə çətinlik çəkir. İlkinin müalicəsinin ödənilməsində hesab edir ki, atasının da iştirakı zəruridir. Lakin atası Cavabdeh övladının müalicə haqqının ödənilməsindən yayınır. Məhkəməyə müraciət etməmişdən öncə Azərbaycan Respublikası Mediyasiya Şurasına müraciət etdi, lakin iddia predmetinin həlli ilə əlaqədar Cavabdeh, mediassiya sessiyalarına gəlməkdən imtina etdi və bu sessiyada iştirak etmədi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, özünün xəstə olduğunu, xəstəliyə görə əvvəllər təqaüd aldığını, lakin həmin təqaüdün də verilməsinin sonradan dayandırıldığını, hazırda öz müalicəsi üçün maddi vəsaitinin olmadığını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 07 iyun 2021-ci il tarixli arayışın surətindən görünür ki, X6 Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin İ kurs bakalavr tələbəsidir. 18 noyabr 2019-cu il tarixli arayışın surətindən görünür ki, X6 “bubnovsky Onurğa Mərkəzi”ndə müayinə zamanı İİİ dərəcə kifoskolioz diaqnozu qoyulmuşdur. X3 09.09.2019 tarixindən etibarən həftədə 3 dəfə kineziterapiya üsulu ilə müalicə almaqdadır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1840/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 24.02.2021-ci il tarixdən başlayaraq, 19 iyun 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı ödənilməsi qət edilmişdir. Doğum haqqında AZ-İ № 386193 nömrəli şəhadətnamənin surətinə əsasən, X6 19.06.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh anası isə İddiaçı qızıdır. Beləliklə, tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, Cavabdeh iddiaçı ilə rəsmi nikahda olmuş, nikahlarından 19.06.2003-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. İddiaçı ilə cavabdehin ailə münasibətlərinin pozulması nəticəsində məhkəmə qaydasında nikahları ləğv edilmişdir. Oğlu iddiaçının himayəsinə verilmiş, onun saxlanması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1840/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 24.02.2021-ci il tarixdən başlayaraq, 19 iyun 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı ödənilməsi qət edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmış övladı hazırda Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin İ kurs tələbəsidir. İddiaçı qeyd edir ki, oğlu üçüncü dərəcəli skolioz xəstəsi olduğundan, müalicəyə ehtiyacı vardır. Bu səbəbdən də cavabdehdən 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunanları nəzərə alınmaqla mübahisənin həllinə nail olmaq mümkündür. Qərarda qeyd olunur ki, Ailə Məcəlləsinin Beşinci bölməsi ailə üzvlərinin aliment öhdəliklərini nəzərdə tutur. Bu Məcəllənin 49.1- 49.3-cü maddələrinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Qeyd olunan Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Bunun davamı olaraq, Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin məqsədi yetkinlik yaşına çatmış maddi yardıma ehtiyacı olan və gəlir əldə etmək imkanı obyektiv olaraq olmayan övladlara onların valideynlərinin öz imkanları daxilində maddi yardımının təmin edilməsidir. Ailə Məcəlləsinin 80 və 81-ci maddələrində “əmək qabiliyyəti olmayan” və 81-ci maddəsində “göstərilən kənar xidmət”, “və digər hallarda” ifadələrində nəyin nəzərdə tutulması ilə bağlı ünvanlanan müraciətə dair aşağıdakıların qeyd edilməsi zəruridir. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Ailə Məcəlləsinin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara valideynləri tərəfindən alimentin ödənilməsi iki qaydada həyata keçirilir: aliment ödənilməsi barədə valideyn və övlad arasında bağlanan sazişə əsasən (Ailə Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq, tərəflər alimentin miqdarı, ödənilmə qaydası və şərtləri barədə razılığa gələ bilərlər); tərəflər arasında belə saziş olmadıqda isə məhkəmə tərəfindən müəyyən edilən həcmdə və qaydada. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimenti məhkəmə hər ay ödənilən sabit pul məbləğində təyin etməklə yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün ödənilən alimentin miqdarını dəyişdirə və yaxud valideyni aliment ödəməkdən azad edə bilər. Bu Məcəllənin 112.2-ci maddəsinə görə həmin şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Onu da xüsusilə qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, hazırki işin halları ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunanları əlaqəli şəkildə təhlil etməklə qeyd edir ki, iddiaçının yetkinlik yaşına çatmış övladının üçüncü dərəcəli skolioz xəstəsi olması və müalicəyə ehtiyacının olması hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının övladının əmək qabiliyyətinin itirilməsi ilə bağlı, o cümlədən maddi yardıma ehtiyacının olmasına və əlavə xərclərinə dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, əgər yetkinlik yaşına çatmış övladın əmək qabiliyyəti varsa, onun maddi yardıma ehtiyacının olması valideynlərdən əlavə xərclərin ödənilməsini tələb etməyə əsas vermir. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "əlavə xərc kimi alimentin tutulması" tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ da olmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əlavə xərc kimi alimentin tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "əlavə xərc kimi alimentin tutulması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-516/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-516/2022
21.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver