Məhkəmə qərarları › İş №2(005)-517/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-517/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-517/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı, onun vəkili X5, cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC və Cavabdeh2 Firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC və Cavabdeh2 Firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 Firması arasında xx xxxxxx 2010-cu il tarixli MQ-M/21-01 saylı və xx xxx 2012-ci il tarixli MQ-M/29-05 saylı Müqavilələr bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16,100.5 kv.m. sahəli olan binada qeyri-yaşayış sahəsi əldə etmişdir. Daha sonra Cavabdeh2 Firması özünə məxsus ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il) əldə etmişdir. ASC “Xalq” Bankı ilə Cavabdeh2 Firması arasında x xxxxxxx 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7,000.000.00 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14,000,000.00 manat təşkil etmişdir. x xxxx 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə Cavabdeh2 Firması x xxxxxxx 2018-ci il tarixinədək 17,000,000.00 ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Cavabdeh2 Firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m. təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə x xxxxxxx 2013-ci il tarixli, sonradan isə x xxxx 2015-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır.Hesab edir ki, ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq bağlanmış və bu səbəbdən də etibarsızdır. “xxxxxxxxx” ASC və Cavabdeh2 Firması arasında xx xxxxxxx 2013-cü il tarixində bağlanmış Kredit müqaviləsinin 1.2-ci maddəsində verilmiş kreditin məqsədi “digər bankqarşısında mövcud olan kreditborcunun tam həcmdə ödənilməsivə tikinti işlərinin tamamlanması”kimi göstərilmişdir. Həmin müqavilə üzrə Cavabdeh2 Firmasına 7,000,000.00 manat məbləğində kredit verilmişdir. Lakin, qeyd edilən kredit müqaviləsindən 2 ildən də az müddət keçdikdən sonra “xxxxxxxxx” ASC və Cavabdeh2 Firması arasında xx xxxx 2015-ci il tarixində yeni Kredit müqaviləsi bağlanaraq, Cavabdeh2 Firmasına 17,000,000.00 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təyinatı kimi isə “Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması” qeyd edilmişdir. Göründüyü kimi, 2013-cü il tarixində tikintinin başa çatdırılması məqsədi ilə kredit verilir, üstündən 2 ildən az müddət keçdikdən sonra isə həmin kreditdən 3 dəfə çox məbləğdə kredit eyni məqsəd ilə Cavabdeh2 Firmasına verilir. Bununla da həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X4 2008-ci il 18 noyabr tarixli qərarı (34 nömrəli protokol) ilə təsdiq edilmiş və 2008-ci il 10 dekabr tarixli 3426 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydalar’-nın tələbləri “xxxxxxxxx” ASC tərəfindən kobud şəkildə pozulmuşdur. xx xxxxxx 2019-cu ildə Azərbaycan Respublikasının Maliyyə X1 “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydalarını qəbul edib və Qaydalar qüvvədən düşüb. Bundan başqa, Qaydalara əsasən “xxxxxxxxx” ASC Cavabdeh2 Firmasının maliyyə hesabatlarına əsaslanaraq kredit verə bilərdi. Cavabdeh2 Firmasının özünün də bildirdiyi kimi, həmin dövrlərdə maliyyə vəziyyətləri pisləşdiyinə görə, onlarda kredit götürmək zərurəti yaranmışdır. Hər kəs bildiyi kimi, banklardan kredit götürmək üçün istər fiziki, istərsə də hüquqi şəxslərin maliyyə vəziyyəti, gəlirləri kreditor tərəfindən hərtərəfli qaydada araşdırılır və bunun nəticəsində onlara kredit verilir. Hazırki vəziyyətdə isə açıqaşkar görünür ki, “xxxxxxxxx” ASC tərəfindən kreditlərin verilməsində kobud pozuntulara yol verilmişdir. “xxxxxxxxx” ASC-nin kredit rəsmişləşdirilən Filialının kredit komitəsi kreditin verilməsi ilə bağlı mənfi qərar vermiş, bundan əlavə biznes plan da mövcud olmamışdır. Təəssüflər olsun ki, hazırki İpoteka müqaviləsi üzrə Qaydaların tələbləri pozulmuş və ipoteka predmetinin dəyəri bir qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Həm qanunvericiliyin tələblərinə, həm də ümumi qəbul edilmiş praktikaya əsasən ipoteka saxlayan hər hansı daşınmaz əmlakı ipotekaya götürən zaman, ipoteka predmetini təşkil edən daşınmaz əmlakın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər zəruri sənədlərin yoxlanılmasında əlavə, daşınmaz əmlaka yerində baxış keçirir. Qeyd etmək istəyir ki, ünvan 1 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m. təşkil edən qeyriyaşayış binasına “xxxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən bir neçə dəfə baxış keçirilmişdir. Bunu Cavabdeh2 Firması da təsdiqləyir. Maraqlısı isə odur ki, həmin müddətdə iddiaçılar və Cavabdeh2 Firması arasında bağlanan müqavilələr əsasında iddiaçılar onlara məxsus əmlaklarda sahibkarlıq fəaliyyətlərini həyata keçirirdilər. Necə ola bilərdi ki, “xxxxxxxxx” ASC artıq bir neçə ildir ki fəaliyyət göstərən ofis və mağazalı görməmiş, gördükdə isə bunların kimlərə məxsus olması ilə maraqlanmamışdır. “xxxxxxxxx” ASC özü də etiraf edir ki, orada fəaliyyət göstərən aptekin mövcud olmasını görmüşlər, guya Cavabdeh2 Firması “xxxxxxxxx” ASC-yə həmin aptekin yerləşdiyi qeyriyaşayış sahəsinin icarədə olmasını bildirmişdir. Belə olan halda, təbii ki, “xxxxxxxxx” ASC müvafiq sənədlərin onlara təqdim edilməsini tələb etməli idi (icarə müqaviləsi və s.). Lakin, ona məlum olmayan səbəblərdən “xxxxxxxxx” ASC bunu etməmişdir. Mübahisə ilə bağlı “xxxxxxxxx” ASC yalnız o halda vicdanlı əldə edən hesab edilə bilər ki, qeydin düzgün olmamasını bilə bilməzdi. Lakin, yuxarıda da qeyd edildiyi kimi, həm kreditlərin verilməsində, həm də ipoteka predmetinə yerində baxış keçirilərkən (aptekin fəaliyyət göstərməsi faktı) yol verilmiş pozuntular iddiaçıda “xxxxxxxxx” ASC-nin vicdanlı olmaması ilə bağlı əsaslı şübhələr yaradır. “xxxxxxxxx” ASC ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasını ipoteka ilə yüklü edərkən həmin əmlakın bir hissəsinin İddiaçılara məxsus olmasını bilmişdir. Belə olan halda, “xxxxxxxxx” ASC vicdanlı əldə edən olmur və onun daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına istinad etməsi istisna edilir. Yuxarıda qeyd edilən bütün məsələlərə əsaslanaraq bildirilir ki, x xxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi etibarsızdır.Belə ki, x xxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ümumiyyətlə iddiaçılar barəsində heç bir hüquqi nəticə doğura bilməz. Çünki əmlak iddiaçılara məxsusdur və Cavabdeh2 Firmasının əmlaka dair hər hansı sərəncam vermək səlahiyyəti belə yoxdur. Səlahiyyətsiz şəxsin bağladığı əqd isə, bağlandığı andan etibarsızıdır. İddiaçı isə, nəinki bəyənmiş, heç əmlakın “xxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü edilməsindən məlumatlı belə olmamışdır.Qeyd edilənləri nəzərə alaraq, ASC “Xalq” Bankı ilə Cavabdeh2 firması arasında bağlanmış x xxxx 2015ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosessində İddiaçı və onun vəkili X5 ayrı-ayrılıqda iddia ərizəsinin tələblərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında “xxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etdi. Digər Cavabdeh2 Firmasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Cavabdeh2 Firması ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 Firmasına illik 16% olmaqla, 60 ay müddətinə 17000000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh2 Firması ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 Firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m. təşkil edən qeyri-yaşayış binası “xxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli Qərarı ilə "Cavabdeh2" firmasının ASC "Xalq" Bankına qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli. 2-2(102)-366/17 saylı qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxxx 2018-ci il tarixli, İş № 13-2(102)-1(k)/2018 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-2(102)-366/17 saylı qərarı və onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017ci il tarixli, 2-2(103)-14/2017 saylı qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X8 və Hacıyeva Könül Rəşid qızının apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı "Cavabdeh2” firmasının cavabdeh ASC “Xalq” Bankına qarşı "Cavabdeh2” firması ilə ASC "Xalq” Bankı arasında bağlanmış xx.xx.2015ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, "Cavabdeh2” firması ilə ASC "Xalq” Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Cavabdeh2 firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, "Cavabdeh2” firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC "Xalq" Bankının xeyrinə tutulmuş, tutma xx.xx.2015-ci il tarixli **********58815/Sİ.V1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "Cavabdeh2" firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən "Cavabdeh2” firmasından ASC "Xalq” Bankının xeyrinə tutulmuş, ipoteka predmeti olan "Cavabdeh2" firmasına məxsus ünvan 4 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 15043.1 kv.m olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38.600.000 manat müəyyən edilmişdir. Qarşılıqlı iddia xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh2 firmasından ASC “Xalq” Bankının xeyrinə tutulması hissəsində təmin edilməmiş, üçüncü şəxs Ağa-X6 Cavabdeh2 firması ilə ASC "Xalq” Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, eləcə də digər üçüncü şəxs Hacıyeva Könül Rəşid qızının “xxxxxxx” firması ilə ASC “Xalq" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvenda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2ci mərtəbəsində yerləşən 24.6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(102)-285/2019 saylı Qərarı ilə iddiaçı Cavabdeh2 firması və üçüncü şəxs Ağa-X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan RespublikasınınKonstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə qeyd edir ki, etibarsız hesab edilməsi xahiş edilən “xxxxxxxxx” ASC və Cavabdeh2 Firmasına arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi artıq qüvvəyə minmiş məhkəmə qərarları ilə qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, həmin müqavilənin etibarsiz hesab edilməsini istisna edən məhkəmələr tərəfindən müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir və bir daha sübut olunmamalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı, “xxxxxxxxx” ASC ilə Cavabdeh2 Firması arasında bağlanmış ipoteka müqaviləsi üzrə tərəf olmadığından həmin müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olan subyekt hesab edilə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı hazırkı iddiası əsassızdır, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC və Cavabdeh2 Firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi heç bir hüquqi əsasa söykənmədiyindən rədd edilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxx” ASC və Cavabdeh2 Firmasına qarşı xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar