Məhkəmə qərarları › İş №2(005)-5198/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5198/2025

13.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5198/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndələri və vəkilləri Vəkil1, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bulgari brilyant boyunbağı (sep) - 65 000 ABŞ dolları Bulgari brilyant qolbaq - 87 000 avro,Bulgari brilyant sırğalar - 40 000 avro,Bulgari brilyant üzük - 29 900 avro,Cartier qızıl üzərində brilyantlarla boyunbağı - 13 300 ABŞ dolları,Cartier qızıl üzərində brilyantlarla qolbaq - 5 300 ABŞ dolları,Cartier qızıl üzərində brilyant qaşlı üzük - 5 350 avro,Van Cleef & Arpels qızıl boyunbağı (sep) - 4 150 ABŞ dolları,Van Cleef & Arpels qızıl qolbaq - 6 850 ABŞ dolları, 5 daş brilyant üzük - 25 000 ABŞ dolları (BƏƏ-nin Dubay şəhərində şəxsi zərgərə sifarişlə hazırlanmış və hədiyyə olunmuşdur) İddiaçı qızma göstərilən bütün zinət əşyalarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nümayəndəsi olduğu İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixli, AZ-İİ № 604788 saylı nikahın pozulması tələbi ilə müraciət etmişdir. Hal-hazırda iş e-2(006)-4062/2025 saylı olub, hakim Vüsalə Musayevanın icraatındadır. Cavabdeh ilə nikah münasibətlərimiz artıq formal xarakter daşıdığından və nikahın pozulması barədə məhkəmə icraatı davam etdiyindən, toy və evlilik dövründə cavabdeh tərəfindən bağışlanmış zinət əşyalarının iddiaçıya geri qaytarılması tələbi ilə çıxış edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndələri və vəkilləri Vəkil1, Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin,iddiaçının nümayəndəsi və vəkili Vəkil2 vəsatət ilə müraciət edərək, e-2(005)- 4349/2025 saylı və 2(005)-5198/2025 saylı işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə- pul tələbinə dair iddia, sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət edilərək, Birgə nikah dövründə əldə edilmiş və Cavabdeh adma qeydə alınmış «Toyota Camry (Hibrid)> markalı, buraxılış ili 2024, rəngi Qara metallik, Mühərrik EN20753, Ban LVGBECEK2RG519333, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin 40.000 ABŞ dolları (68.000 manat) müəyyən edilməklə, həmin məbləğ üzərində 1/2 hissədə İddiaçının payımn müəyyən edilməsi, payına uyğun məbləğdə - 20.000 ABŞ dolları (34.000 manat) pul vəsaitinin və 192 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı qızma ödənilməsinə; Cavabdeh adma xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən 80 saylı mənzilin Cavabdeh və İddiaçı ümumi mülkiyyəti sayılaraq, həmin mənzil üzərində 1/2 hissədə iddiaçının payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmin iddiaya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Nərgiz Tağıyevanın icraatında baxılır (İş № e-2(005) 4349/2025). Bundan əlavə, İddiaçı tərəfindən Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair Nərimanov rayon Məhkəməsində iddia qaldırılaraq Bulgari brilyant boyunbağı (sep) -65 000 ABŞ dolları Bulgari brilyant qolbaq - 87 000 avro,Bulgari brilyant sırğalar - 40 000 avro,Bulgari brilyant üzük - 29 900 avro,Cartier qızıl üzərində brilyantlarla boyunbağı - 13 300 ABŞ dolları,Cartier qızıl üzərində brilyantlarla qolbaq - 5 300 ABŞ dolları,Cartier qızıl üzərində brilyant qaşlı üzük - 5 350 avro,Van Cleef & Arpels qızıl boyunbağı (sep) - 4 150 ABŞ dolları,Van Cleef & Arpels qızıl qolbaq - 6 850 ABŞ dolları, 5 daş brilyant üzük - 25 000 ABŞ dolları (BƏƏ-nin Dubay şəhərində şəxsi zərgərə sifarişlə hazırlanmış və hədiyyə olunmuşdur) İddiaçı qızma göstərilən bütün zinət əşyalarının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddiaya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Mehriban Əfəndizadənin icraatında baxılır (İş № 2(005)-5198/2025). Hər iki iş üzrə iddiaçı və cavabdeh eyni şəxslərdir, hər iki tələb əmlak xarakterlidir, iddia tələbləri üçüncü şəxslərin maraqlarına toxunmur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hazırlıq iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması iddiasına dair 2(005)-5198/2025 saylı mülki iş və İddiaçı iddiasına dair e-2(005) 4349/2025 saylı mülki iş bir-biri ilə əlaqəli olduğundan onların bir icraatda birləşdirilməsi məsələsinin müzakirə olunmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü iddiaları olduğu, hazırki iş üzrə iddiaçı olan İddiaçı digər iş üzrə də iddiaçı olduğu və bu iddialar bir-biri ilə əlaqədar olduğu üçün onların bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəldilmişdir. Məhkəmə mülki işlər iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçiirlməsini, həmçinin prosessual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, vəsatətə əsasən mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki mülki mübahisə üzrə 2(005)- 5198/2025 saylı mülki iş daha sonra daxil olduğundan və icraata qəbul olunduğundan 2(005)-5198/2025 saylı mülki iş məhkəmənin icraatında olan e-2(005) 4349/2025 saylı mülki işə birləşdirilməlidir. Məhkəmə, MPM-nin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki,İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair 2(005)-5198/2025 nömrəli mülki iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə- pul tələbinə dair e- 2(005) 4349/2025 nömrəli mülki işə birləşdirilməlidir. Azərbaycan respublikasının Mülki Prosessual Məcəllənin : 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair 2(005)- 5198/2025 nömrəli mülki iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə- pul tələbinə dair e-2(005) 4349/2025 tələbinə dair 2(005)-3153/2024 nömrəli mülki işə birləşdirilsin. 2(005)-5198/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar