Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-520/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X6 Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs Ləgv Prosesində olan “xxxxxxx” X16 nümayəndəsi-X10 iştirakı ilə, İddiaçı Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs “xxxxxxx” X14rşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs “xxxxxxx” X14rşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxx 2017-ci il tarixli 27 nömrəli hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxxxxx” X20 ilə İddiaçı arasında bağlanmış xx xxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cəmiyyətə illik 7% olmaqla 84 ay müddətinə 2.000.000 (iki milyon) manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit öhdəliklərinin təminatı olaraq cəmiyyətə məxsus Saatlı rayonunun Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5.411,9 kv metr olan əmlak kompleksi kimi müəssisə xx xxxxxx 2009-cu il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş, həmin ipoteka predmeti 6.150.000 (altı milyon bir yüz əlli min) manat dəyərində qiymətləndirilmiş, xx xxx 2008-ci il tarixli girov müqaviləsinə əsasən isə cəmiyyətə məxsus, girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilmiş Saatlı rayonunun Gomuşçu kəndində saxlanılan və ümumi dəyəri 5.000.000 (beş milyon) manat olan avadanlıq banka girov qoyulmuşdur. “xxxxxxx” X20 İddiaçınə, X7 və X11 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin azaldılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cəmiyyətdən 936.000 (doqquz yüz otuz altı min) manat məbləğində əsas, 937.110,25 (doqquz yüz otuz yeddi min yüz on manat iyirmi beş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 1.873.110,25 (bir milyon səkkiz yüz yetmiş üç min bir yüz on manat iyirmi beş qəpik) manat məbləğində kredit borcunun, qətnamə çıxarılacaq günədək hesablanacaq əlavə faiz borcunun, 30 manat dövlət rüsumunun, tutmanın ipoteka predmetinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində rüsumun tutulması, tutmanın banka və ipotekaya və girova qoyulmuş “BİM” X9 məxsus Saatlı rayonu, Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5.411,9 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə və Saatlı rayonu Gomuşçu kəndində saxlanılan və ümumi dəyəri 5.000.000 (beş milyon) manat məbləğində avadanlığa yönəldilərək həmin ipoteka və girov predmetlərinin açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaitinin banka ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-865/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “BİM” X2 1.432.316 (bir milyon dörd yüz otuz iki min üç yüz on altı) manat məbləğində kredit borcunun tutularaq banka ödənilməsi, tutmanın xx xxx 2008ci il tarixli 21 nömrəli girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilmiş cəmiyyətə məxsus Saatlı rayonu Gomuşçu kəndində saxlanılan avadanlığa yönəldilməsi, həmin girov predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin banka ödənilməsi, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cəmiyyətə qaytarılması, tutmanın həmçinin cəmiyyətə xx xxxxxx 2009-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus Saatlı rayonu Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5.411,9 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə ilkin satış qiyməti 3.382.000 (üç milyon üç yüz səksən iki min) manat müəyyən edilməklə yönəldilməsi, həmin qiymətlə açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsaitin hesabına cəmiyyətin banka olan borcunun ödənilməsi, borc tam ödəniləndən sonra artıq qalan məbləğin cəmiyyətə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, iş üzrə çəkilmiş 130 (bir yüz otuz) manat məhkəmə xərclərinin iddianın təmin edilmiş 76,5% hissəsinə münasibətdə 99,45 (doxsan doqquz manat qırx beş qəpik) manatının cəmiyyətdən alınaraq banka ödənilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 38,25 (otuz səkkiz manat iyirmi beş qəpik) manat hissəsinin cəmiyyətdən 11,75 (on bir manat yetmiş beş sent) manat hissəsinin isə bankdan alınaraq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Qətnamədən bankın nümayəndəsi apelyasiya şikayəti verərək onun qismən - iddia tələblərinin təmin edilməyən hissəsində, habelə ipoteka predmetinin ilkin satış qiymətinin 3.382.000 (üç milyon üç yüz səksən iki min) manat müəyyən edilməsi hissəsində ləğv olunmasını, iddia tələblərinin tam şəkildə təmin edilməsi və ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisənin qiymətinin satış dəyərinə uyğun yenidən müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin olunmaması, qətnamənin bank tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-7436/2018 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-2713/2019 nömrəli qətnaməsinə əsasən iddiaçının apelyasiya şikayətinin qismən təmin edilərək, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-865/2018 nömrəli qətnaməsinin İddiaçındən 1.432.316 (bir milyon dörd yüz otuz iki min üç yüz on altı) manat məbləğində kredit borcunun tutularaq “xxxxxxx” X17 ödənilməsi” hissəsində dəyişdirilməsi, İddiaçındən 1.400.000 (bir milyon dörd yüz min) manat məbləğində əsas, 32.316 (otuz iki min üç yüz on altı) manat məbləğində faiz borcu “xxxxxxx” X16 xeyrinə tutulması, qətnamənin “qətnamə çıxarılacaq günədək hesablanacaq əlavə faiz borcunun tutulması” tələbinin rədd olunması hissəsində ləğv edilməsi, həmin iddia tələbinin qismən təmin edilərək İddiaçındən müqavilə müddətinin bitməsindən sonra hesablanmış faiz borcu qismində 191.126 (bir yüz doxsan bir min bir yüz iyirmi altı) manatın “xxxxxxx” X16 xeyrinə tutulması, qətnamənin mübahisələndirilən digər hissədə, yəni “ipoteka predmeti olan Saatlı rayonu Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5.411,9 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə ilkin satış qiyməti 3.382.000 (üç milyon üç yüz səksən iki min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Aşağıda göstərilənlərə əsasən Cavabdeh xx xxxxxx 2017-ci il tarixli 27 nömrəli hesabatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. İşin faktiki hallarına əsasən tərəflər arasında razılaşmaya əsasən ipoteka predmeti olan əmlaklar 6.150.000 (altı milyon bir yüz əlli min) manat dəyərində qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində icraat zamanı məhkəmə ipoteka predmetinin qiymətləndirilməsi barədə qərardad qəbul etmişdir. İş üzrə Cavabdeh xx xxxxxx 2017-ci il tarixli 27 nömrəli hesabatına əsasən ipoteka predmeti olan əmlaklar 3.382.000 (üç milyon üç yüz səksən iki min) manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh ipoteka predmeti olan əmlakları faktiki bazar dəyərinə uyğun qiymətləndirməmişdir. Cavabdeh ipoteka saxlayanın maraqlarına yuğun olaraq əmlakları ipoteka saxlayan bankın iddia tələbində göstərilən həcmdə qiymətləndirmişdir. Belə ki, iddiaçı bank cəmiyyətdən 1.873.110 (bir milyon səkkiz yüz yetmiş üç min bir yüz on) manat tələb edir. Cavabdehndə əmlakları həmin məbləğə yaxın həddə qiymətləndirmişdir. Bununla da cavabdeh əmlakların bazar dəyərindən ucuz satılaraq yalnız iddiaçı bankın maddi maraqlarının təmin edilməsinə şərait yaratmışdır. Faktlar təsdiq edir ki, cavabdehlə ipoteka saxlayan bankın kooperativ maraqları birləşdirir. Nəticədə əmlaklara qoyulan qiymət nəinki bazar qiymətləri ilə, eyni zamanda bankla cəmiyyətin razılaşdıqları qiymətdən də ucuz qiymətləndirilib ki, bunu da ədalətli hesab etmək mümkün deyildir. Ekspert rəyindən görünür ki, ipoteka predmeti olan əmlaklar qiymətləndirilərkən Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində rəsmi qeydiyyatdan keçmiş və alqı-satqı əməliyyatı aparılmış əmlak barədə toplanmış məlumat bankından, mülki qeydiyyat sistemindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində saxlanılan məlumatlardan, həmçinin ekspert tərəfindən əldə edilmiş daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən əldə edilən real bazar məlumatlarından istifadə edilməmişdir. Odur ki, xx xxxxxx 2017-ci il tarixli 27 nömrəli hesabat etibarsız hesab edilməlidir. Bundan başqa, Cavabdeh tərəfindən qiymətləndirmə aparılarkən ipoteka predmetinin dəyərliliyinin artırılması nəzərə alınmamışdır. Belə ki, bankla cəmiyyət arasında əmlakların qiyməti razılaşdırıldıqdan sonrakı müddətdə ipoteka predmetinin həcmi böyüdülüb, davamlı olaraq əmlakın yenilənməsi prosesi həyata keçirilmişdir. Görülmüş işlərə 4 ədəd açıq navesin qapalı sexə çevrilməsini, yerinin betonlanmasını, həmin ərazidə yeni biyan kökü emalı sexinin qurulmasını, emal sexinə 2018-ci ildə Çindən avadanlıqlar gətirilməsini, sexlərdə elektirik və qaz xətlərinin çəkilməsini göstərmək mümkündür. Göstərilən sexin qurulmasına 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti xərclənmişdir. Bundan başqa, istehsal gücü illik 50 ton civarında olan turşu sexində sonradan yeni quyular tikilib, əlavə sistem çəkildikdən və avadanlıqlar qurulduqdan sonra hazırda illik istehsal gücü 200 tona çatdırılmışdır. Bu işlərin görülməsi üçün 100.000 (bir yüz min) manat məbləğində pul vəsaiti xərclənmişdir. Bundan başqa drabilka (xırdalayıcı) sexi əvvəl 4 ədəd üyütmə aparatından ibarət olduğu və günlük üyütmə gücü 15 tona çatdığı halda 2019-cu ildə son model 2 ədəd drabilka alınıb qurulması nəticəsində hazırda sexin günlük üyütmə gücü 30 tona çatdırılmışdır. Göstərilən işin görülməsi üçün 50.000 (əlli min) manat vəsait xərclənmişdir. Bundan başqa, tabletka sexində əvvəl ancaq əl ilə doğrama aparıldığı halda hazırda sexdə mexaniki doğrama aparatları qurulub və bu işlərə 25.000 (iyirmi beş min) manat vəsait xərclənmişdir. Bundan başqa, müəssisənin enerji təchizatının fasiləsizliyini təmin etmək məqsədilə 16.000 (on altı min) manat dəyərində genarator quraşdırılmışdır. Göründüyü kimi, bankla cəmiyyətin arasında qiymətləndirmə aparıldıqdan sonra ötən müddətdə müəssisənin dəyərliliyi və istehsal gücü artırılmışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, ipoteka predmetinin bazar dəyərindən aşağı qiymətə qiymətləndirmək bank siyasətinin tərkib hissəsidir. Bu baxımdan ipoteka predmetləri 6.150.000 (altı milyon bir yüz əlli min) manat dəyərində qiymətləndirilsə də, həmin vaxt ipoteka predmetinin bazar dəyəri 10.000.000 (on milyon) manatdan artıq olmuşdur. Hazırda ipoteka predmetlərinin bazar dəyəri 15.000.000 (on beş milyon) manat qiymətindən artıqdır. Belə olan halda ipoteka predmetlərinin Cavabdeh tərəfindən 3.382.000 (üç milyon üç yüz səksən iki min) manat qiymətləndirilməsi ədalətli hesab edilə bilməz. Bundan başqa, məhkəmənin qiymətləndirməni özəl şirkət vasitəsilə həyata keçirməsi qanuni və əsaslı olmamışdır. Belə ki, özəl şirkətlərin qiymətləndirmə zamanı subyektivliyə yol verməsi geniş yayılmışdır. Bu baxımdan məhkəmənin qiymətləndirməni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etməsi zəruri olmuşdur. Lakin məhkəmə cəmiyyətin qanunla qorunan maraqlarını nəzərə almadan qiymətləndirməni özəl şirkətə həvalə etmişdir. Belə olan halda mübahisə predmeti olan xx xxxxxx 2017-ci il tarixli 27 nömrəli hesabat etibarsız hesab edilməsi zəruridir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər (maddə 7). Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır (maddə 8). Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs Ləgv Prosesində olan “xxxxxxx” X16 nümayəndəsi iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə və üçüncü şəxs “xxxxxxx” X14rşı iddia qaldıraraq, əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-865/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxxx” X16 iddiası qismən təmin edilərək, cavabdeh İddiaçındən 1.432.316 (bir milyon dörd yüz otuz iki min üç yüz on altı) manat məbləğində kredit borcunun tutularaq iddiaçı “xxxxxxx” X17 ödənilməsi, tutmanın xx xxx 2018-ci il tarixli 21 nömrəli “Girov müqaviləsi”nə 1 saylı əlavədə qeyd edilmiş, cavabdeh İddiaçınə məxsus Saatlı rayonu, Gomuşçu kəndində saxlanılan avadanlığa yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və satışdan əldə ediln pul vəsaitinin iddiaçı “xxxxxxx” X17 ödənilməsi, satışdan əldə edilən vəsaitin artıq qalan hissəsi mülkiyyətçi İddiaçınə qaytarılıması, tutmanın həmçinin İddiaçınə məxsus Saatlı rayonu, Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5.411,9 kv.metr olan əmlak kompleksi müəssisəsinə ilkin satış qiymətinin 3.382.000 (üç milyon üç yüz min səksən iki) manat müəyyən edilməklə yönəldilməsi, həmin qiymətlə açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsaitin hesabına cavabdeh İddiaçı “xxxxxxx” X12 borcunun ödənilməsi, borc tam ödənildikdən sonra artıq qalan məbləğin mülkiyyətçi İddiaçınə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması və s. qət edilmişdir. Cavabdeh İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-865/2018 nömrəli qətnaməsinin icrasına maneçilik etmək üçün məhkəməyə iddia verərək qiymətləndirmə hesabatının ləğv edilməsini və əmlakların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Hesab edir ki, hazırkı mübahisə məhkəmənin icra vərəqəsinin icrası zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi üzrə cavabdeh (borclu) və icra məmuru arasında yaranmış mübahisədir. Belə bir mübahisə meydana çıxdıqda qiymətləndirmənin nəticəsindən narazı qalan borclu qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Vəsatətləri təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarı, hərəkəti və ya hərəkətsizliyi ilə başlı inzibati-iqtisadi məhkəmədə mübahisə qaldıra bilərlər. İcra icraatı zamanı aparılmış qiymətləndirmənin nəticəsindən icra vərəqəsi üzrə borclu narazıdırsa, bu narazılıq, həmin şəxslə qiymətləndirməni aparmış şəxs arasında deyil, onunla icra məmurunun arasında yaranmış mübahisə kimi qəbul olunmalıdır. Mübahisələndirilən qiymətləndirmə icra vərəqəsi üzrə icraat çərçivəsində həyata keçirildiyindən, bu icraat çərçivəsində aparılmış qiymətləndirmə ilə bağlı mübahisələr üzrə cavabdeh müstəqil qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxs deyil, sifarişçi təşkilat olan icra orqanı olmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ümumiyyətlə düzgün verilmədiyindən, həmin ərizə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)- 865/2018 nömrəli qətnaməsinin icrasına maneçilik tərədilməsi ilə bağlı olduğundan qeyd olunan iddia təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdehnə və üçüncü şəxs “xxxxxxx” X14rşı “hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 iddia tələbini müdafiə edərək, müvafiq vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs Ləgv Prosesində olan “xxxxxxx” X16 nümayəndəsi X15 iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-865/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxxxxx” X16 iddiası qismən təmin edilərək, cavabdeh İddiaçındən 1.432.316 (bir milyon dörd yüz otuz iki min üç yüz on altı) manat məbləğində kredit borcunun tutularaq iddiaçı “xxxxxxx” X17 ödənilməsi, tutmanın xx xxx 2018-ci il tarixli 21 nömrəli “Girov müqaviləsi”nə 1 saylı əlavədə qeyd edilmiş, cavabdeh İddiaçınə məxsus Saatlı rayonu, Gomuşçu kəndində saxlanılan avadanlığa yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və satışdan əldə ediln pul vəsaitinin iddiaçı “xxxxxxx” X17 ödənilməsi, satışdan əldə edilən vəsaitin artıq qalan hissəsi mülkiyyətçi İddiaçınə qaytarılıması, tutmanın həmçinin İddiaçınə məxsus Saatlı rayonu, Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5.411,9 kv.metr olan əmlak kompleksi müəssisəsinə ilkin satış qiymətinin 3.382.000 (üç milyon üç yüz min səksən iki) manat müəyyən edilməklə yönəldilməsi, həmin qiymətlə açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsaitin hesabına cavabdeh İddiaçı “xxxxxxx” X12 borcunun ödənilməsi, borc tam ödənildikdən sonra artıq qalan məbləğin mülkiyyətçi İddiaçınə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması və s. qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-2713/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-865/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, İddiaçındən 1.400.00 (bir milyon dörd yüz min) manat məbləğində kredit borcunun tutularaq iddiaçı “xxxxxxx” X17 ödənilməsi, qətnamə “qətnamə çıxarılacaq günədək hesablanacaq əlavə faiz borcunun tutulması” tələbinin rədd edilməsi hissədə ləgv edilməsi, həmin iddia tələbi qismən təmin olunmuş və İddiaçındən müqavilə müddətinin bitməsindən sonra hesablanmış faiz borcu qismində 191.126 manat “xxxxxxx” ASC-nin xeyrinə tutulmuş, qətnamə mübahisələndirilən digər hissədə “yəni ipoteka predmeti olan Saatlı rayonu, Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5.411,9 kv.metr olan əmlak kompleksi müəssisəsinə ilkin satış qiymətinin 3.382.000 (üç milyon üç yüz min səksən iki) manat müəyyən edilməsi ” hissəsində dəyişdirilmədən saxlanılmışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Saatlı rayonu, Gomuşçu kəndində 5,4837 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5.411,9 kv.metr olan əmlak kompleksi müəssisəsinin ilkin satış qiyməti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-865/2018 nömrəli qətnaməsi ilə 3.382.000 (üç milyon üç yüz min səksən iki) manat müəyyən məbləğində müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş əmlakın satış dəyərinin yenidən müəyyən olunması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən - Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan RespublikasınınKonstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx xxxxxx 2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs “xxxxxxx” X14rşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçün şəxs “xxxxxxx” X14rşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-520/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-520/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver