Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5257/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Atəşgah Həyat” Sığorta Şirkəti ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" sığorta şirkəti ilə müqaviləyə xitam verilməsini və daha "xxxx" sığorta şirkəti 2028-ci ildə onun həyatını sığortalamayacağını nəzərə alıb, qaytarılmayan 183.41 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 “Elektron Məhkəmə Sistemi” vasitəsilə yazılı ərizə təqdim edərək, İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı iddia ərizəsinin aidiyyatı üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı işin aidiyyatı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə mülki işin hallarını nəzərə alaraq hesab edir ki, hazırda İddiaçı cavabdeh "Atəşgah Həyat” Sığorta Şirkəti ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyatı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi deyil, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsidir. Bu səbəbdən mülki iş adiyyatı üzrə göndərilməlidir. Belə ki, mülki iş üzrə cavabdeh "Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin hüquqi ünvanı ünvan 1osessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana uyğun məhkəməyə verilməmişdir. Buna görə də vəsatət təmin olunaraq mülki iş aidiyyatı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərək ərazi aidiyyatına riayət olunması iddianın yolverilən olması baxımından mühüm şərtlərdən biridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci, 44-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "Atəşgah Həyat” Sığorta Şirkəti ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-5257/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5257/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver